ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

18.10.2017

DAĞISTANLI ALİMLƏR ƏLYAZMALAR İNSTİTUTUNUN QONAĞI OLUBLAR

17 oktyabr 2017-ci il tarixdə Rusiya Elmlər Akademiyasının Dağıstan Elmi Mərkəzinin Dil və ədəbiyyat İnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi Həsən Məmmədrəsul oğlu Orucov (Orazayev) və həmin mərkəzin Tarix, arxeologiya və etnoqrafiyaİnstitutunun Şərqşünaslıq şöbəsinin böyük elmi işçisi, tarix elmləri namizədi Milena Nuru qızı Osmanova AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olublar. Qonaqları İnstitutun elmi işlər üzrə direktor müavinləri, filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov və Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıb. 


16.10.2017

NƏSİMİNİN İKİ ƏLYAZMA DİVANININ SURƏTİ ƏLDƏ EDİLMİŞDİR

AMEA Məhəmməd Füzuli adına Əlyamalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadilli divanının iki nüsxəsinin surətini əldə edib. 83 vərəqdən ibarət birinci divan aydın nəsx xətti ilə köçürülüb. 308 vərəqdən ibarət olan ikinci divan da səliqəli və gözəl xətlə yazılıb. Qeyd edək ki, bu divan Nəsiminin əlyazma divanları içərisində ən irihəcmlilərdəndir. 


16.10.2017

GƏNCLƏRƏ ÜNVANLANMIŞ KİTAB

Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubi. İrşadüş-şəbab. Bakı: “Ekoprint”, 2017, 80 s.
“Ekoprint” nəşriyyatı Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin “İrşadüş-şəbab” adlı əsərini çap edib. Kitab AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi şurasının 2017-ci il tarixli qərarı ilə nəşrə hazırlanıb. Əsəri çapa hazırlayan fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova ön sözdə “İrşadüş-şəbab”-ı Axund Hacı Ağamirzə  Əbdülkərim ağa Badkubinin anadan olmasının 150 illiyinə həsr etdiyini qeyd edib.


14.10.2017

ROTŞİLDLƏR AİLƏSİNİN BAŞÇILARI ƏLYAZMALAR İNSTİTUTUNDA

Məşhur Rotşildlər nəslinin nümayəndələri -  Endi, Barbara, Şarlotta, Barbra, Tibor, Daqmar, Attikus Rotşildlər - Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda olublar. Qonaqları institutun direktoru, akademik Teymur Kərimli, müavinlər- filologiya üzrə elmlər doktorları Aybəniz Əliyeva-Kəngərli, Paşa Kərimov, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əzizağa Nəcəfov, filologiya üzrə fəlsəfə doktoru Əkrəm Bağırov qarşılayıblar. 


14.10.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA NÖVBƏTİ DƏRS TƏŞKİL EDİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni çərçivəsində növbəti dərsdə iştirak ediblər. İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Seyid İmadəddin Nəsimi və davamçıları” mövzusunda mühazirə oxuyub. 


10.10.2017

ALİMLƏRİMİZ KAZANDA ELMİ-PRAKTİK KONFRANSINDA İŞTİRAK EDİBLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Bayram oğlu Nəcəfov və institutun “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin aparıcı elmi işçisi Aynur Günəş qızı Nəcəfova 04-07 oktyabr 2017-ci il tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində yerləşən Kazan Federal (Volqaboyu) Universitetinin nəzdində fəaliyyət göstərən “Beynəlxalq əlaqələr, tarix və şərqşünaslıq İnstitutu”nun təşkilatçılığı ilə keçirilən “Rusiya-Çin: tarix və mədəniyyət” mövzusunda X yubiley elmi-praktik konfransında iştirak ediblər.       


10.10.2017

PAŞA KƏRİMOV OSMANLI ŞAİRİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Ankara Milli Kitabxanasından yaradıcılığında Nəsiminin güclü təsiri olan, XVI əsrdə yaşamış osmanlı şairi Heyrəti divanının surətini əldə edib. Divanda 100-dən artıq qəzəl, bir tərcibənd var. Divandakı “Gəlür”, “İmiş”, “Bu gün”, “Kibi”, “Yok”, “Ancaq”, “Gərək” və s. rədifli qəzəllərdə, şairin işlətdiyi obraz və məcazlarda Nəsimi təsiri daha aydın görünür. Tədqiqatçıların fikrincə, şair bəktaşi və ya qələndəri təriqətinə mənsub olub. O, əsərlərində özünü dərviş, Rum abdalı, sufi adlandırır. Şairin bir şeirindən məlum olur ki, o,  qürbətdə, Makedoniyanın paytaxtı Üsküpdə-Skopye şəhərində, Vardar çayının sahilində yaşayıb. Divanda, eyni zamanda, böyük özbək şairi Əlişir Nəvainin də təsirini görmək mümkündür.



06.10.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA “SABAH” QRUPUNUN TƏLƏBƏLƏRİ ÜÇÜN NÖVBƏTİ DƏRS TƏŞKİL EDİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Dövlət Universitetinin filologiya fakultəsinin “SABAH” qrupunun III kurs tələbələri “Azərbaycan yazılı abidələrinin dili” fənni üzrə dərslərdə iştirak ediblər.
Son dərsdə dinləyicilərə “Kitabi-Dədə Qorqud” dastanı haqqında mühazirə oxunub. İnstitutun əməkfaşı, filologiya üzrə fəlsəfə doktoru Əli Əliyev dastanın Drezden və Vatikan nüsxələrinin Əlyazmalar İnstitutunda qorunub saxlanılan foto sürətləri əsasında tələbələrə abidə ilə bağlı geniş məlumat verib. O, institutda  dastanının tədqiqi və dünyada təbliği istiqamətində həyata keçirilən tədbirlərdən söz açıb.
Mühazirəçi sonda dinləyiciləri maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, institutda “SABAH” qrupunun tələbələri üçün mütəmadi olaraq dərslər təşkil edilir.



02.10.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA CAHANGİR QƏHRƏMANOVUN XATİRƏSİNƏ HƏSR EDİLMİŞ TƏDBİR KEÇİRİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının əməkdar elm xadimi, professor Cahangir Qəhrəmanovun anadan olmasının 90 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Aybəniz Əliyeva-Kəngərli  C.Qəhrəmanovla bağlı təəssüratlarını dilə gətirib. O, alimlə cəmi bir neçə dəfə görüşdüyünü bildirib: “Mən o zaman Ədəbiyyat Muzeyində işləyirdim, bizim hesabatlarımızı ekspert kimi C.Qəhrəmanov yoxlayırdı. Bu qısa görüşlərdə mən onun necə qayğıkeş, mehriban insan olduğunu  hiss edirdim. Onun xatirəsi hamımızın qəlbində daim yaşayacaq”.

İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. professor Paşa Kərimov Cahangir Qəhrəmanovun həyat və fəaliyyəti barədə geniş məruzə ilə çıxış edib. Alimin elmi, ictimai fəaliyyəti üzərinə işıq salan Paşa Kərimov  sonda xatirələrini tədbir iştirakçıları ilə bölüşüb.  O, C.Qəhrəmanovun Əlyazmalar Fondunun instituta çevrilməsindəki xidmətlərindən danışıb və yüksək qiymətləndirib.


01.10.2017

BEYNƏLXALQ “VISION OF AZERBAIJAN” JURNALI ƏLYAZMALAR İNSTİTUTUNDAN YAZIB

“Vision of Azerbaijan” jurnalının yay buraxılışında AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu haqqında məqalə işıq üzü görüb.  “Vision of Azerbaijan” jurnalı 2006-cı ildə Avropa- Azərbaycan Cəmiyyəti və İnglis-Azərbaycan Gənclər Cəmiyyəti tərəfindən təsis edilmişdir. Məqalədə institutun ayrı-ayrı şöbələri, qədim əlyazmaların saxlanması və bərpası, aparılan tədqiqat işləri haqqında geniş məlumat verilib. Jurnalda həmçinin tanınmış jurnalist Tomas Marsdenin institutun direktoru, akademik Teymur Kərimlidən aldığı geniş müsahibə dərc olunub.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014