Nazirlikdən verilən yazılı məlumata əsasən, təşkilat, həmçinin yeni dövrdə sahəsində ilk olacaq işlərə də imza atacaq. Mərkəzi İstanbulda yerləşən və Türkiyədə üç bölgə, 17 rayon və 22 kitabxanada fəaliyyət göstərən təşkilatın fondunda 187 min əlyazma və 305 min mətbu əsər var. Əlyazmaların qorunması, bərpası və yenidən nəşrini icra edən təşkilat, əlyazmaların bir mərkəzdə toplamasını da nəzərdə tutub.