ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

 

T.K?rimli

AYBƏNİZ İBRAHİM QIZI ƏLİYEVA-KƏNGƏRLİ

1946-cı ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ziyalı ailəsində anadan olmuşdur.
1968-ci ildə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini fərqlənmə diplomu ilə bitirmiş və kitabxanaşünas-biblioqraf ixtisasına yiyələnmişdir. 1968-ci ildə təyinatla Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində kitabxana müdiri vəzifəsində işə başlamış və həmin vəzifədə 33 il fasiləsiz çalışmışdır. 1992-ci ildə “Azərbaycan nağıllarında qadın obrazı” mövzusunda dissertasiya müdafiə edərək, filologiya elmləri namizədi elmi dərəcəsi almışdır.
2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına direktor müavini təyin olunmuşdur. 2002-2014-cü illərdə Mərkəzi Elmi Kitabxanada direktor vəzifəsində çalışmışdır. 2010-cu ildə «Azərbaycan folklor kitabı: qaynaqları, təşəkkülü və inkişaf mərhələləri» adlı doktorluq dissertasiyasını müdafiə etmiş, filologiya üzrə elmlər doktoru alimlik dərəcəsini almışdır. Hazırda AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsini icra edir.
Müxtəlif beynəlxalq elmi konfranslarda, Azərbaycanda kitabxana-informasiya sahəsində innovasiyaların tətbiqinə həsr olunmuş simpozium və seminarlarda dəfələrlə məruzələrlə çıxış etmişdir. Beynəlxalq kitab sərgilərində (Frankfurt, İstanbul, Tehran şəhərləri) Azərbaycanın tarixinə, elminə, iqtisadiyyatına, mədəniyyətinə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə və s. aid Azərbaycan və xarici dillərdə ədəbiyyatı nümayiş və təbliğ etmişdir. Kitabxanaşünaslığın, biblioqrafiyaşünaslığın, kitabşünaslığın və ədəbiyyatşünaslığın aktual məsələlərinə həsr olunmuş 15 kitab və monoqrafiyanın, 170-dan çox elmi məqalənin müəllifidir, 120-ə yaxın biblioqrafik göstəricinin tərtibçi-müəllifi, elmi redaktorudur. BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvüdür.
2009-2014-cü illərdə Azərbaycanda “Kitabxanaşünaslıq, Kitabşünaslıq və biblioqrafiya” üzrə Problem Şurasının sədri olmuşdur. “Kitabxanaların modernləşdirilməsi və davamlı inkişafı Konsepsiya və Dövlət Proqramlarının hazırlanması üzrə Milli İdarələrarası Koordinasiya Şurası”nın, “Elmlər Akademiyaları Beynəlxalq Assosiasiyasının nəzdində yaradılmış elmi kitabxanalar və informasiya mərkəzlərinin direktorlar şurası”nın, “Amerika Kitabxana Asossiasiyası”nın, “Kitabxanaşünaslıq və biblioqrafıya: elmi-nəzəri, metodik və təcrübi jurnalı”nın redaksiya heyətinin, “Kitabxanaşünaslıq və informasiya: elmi-nəzəri və təcrübi jurnalı”nın redaksiya heyətinin, “Biblioteki naüionalğnıx akademiy nauk: problemı funküionirovaniə, tendenüii razvitiə: nauçno-praktiçeskiy i teoretiçeskiy sbornik» adlı nəşrin beynəlxalq redaksiya heyətinin, “Beynəlxalq Elmi Araşdırılmalar Jurnalı”nın redaksiya heyətinin üzvüdür. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” məqalələr toplusunun baş redaktorudur. 8 doktorant, 15 dissertantın elmi rəhbəridir.
2008-ci ildən Yeni Azərbaycan Partiyasının, 2010-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2006-cı və 2010-cu illərdə Azərbaycanda kitabxanaşünaslıq elminin inkişafında xidmətlərimə görə Azərbaycan MEA-nın Fəxri fərmanı ilə təltif olunmuşdur.
2011-ci ildə D.S.Lixaçev mükafatı uğrunda müsabiqənin nəticələrinə əsasən “Milli kitab mədəniyyəti kontekstində Azərbaycan folklor kitabının öyrənilməsinə bəxş etdiyi qiymətli xəzinəyə görə” diplomuna layiq görülmüşdür.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014