ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA

           Dübayda dünyanın nəhəng muzeylərindən birinin açılıışı gözllənilir


Bu ay Dubay şəhərində Birləşmiş Ərəb Əmirliklərinin yaranma tarixini əks etdirən muzeyin açılışı gözlənilir. İyirmi beş min kvadrat metr ərazini əhatə edən və İttihad adlanan bu muzey əlyazma şəklində inşa edilmişdir. Onun yeddi sütunu 1971-ci il birləşmə razılaşmasını özündə ehtiva edən konstitusiya bəyannaməsini simvolizə edir. Muzeydə ziyarətçilərə rəsm qaleriyası, sənədlər, interaktiv pavilyonlar və 1968-1974-cü illər ərzində BƏƏ-nin keçdiyi inkişaf yolunu əks etdirən filmlər təqdim olunacaq. Zəngin eksponatları olan muzeydə “Qurucu Atalar” alı zal da olacaq. Burada interaktiv monitorlar vasitəsi ilə qonaqlara BƏƏ-nin yaranmasında xidmətləri olan şəxslər barədə məlumat veriləcəkdir. Muzey Kanada firması “Moriyama və Teshima Architects” tərəfindən dizayn edilmişdir. Xatırladaq ki, Ottavada yerləşən Kanada Savaş Muzeyi, Torontodakı Ağa Xan Muzeyi və Ontariodakı Vaterloo Bölgə muzeyi də bu şirkət tərəfindən layihələndirilmişdir.

 

 

1958-ci ildə Cammu və Kəşmir dövləti tərəfindən yaradılmış İncəsənət, Mədəniyyət və Dillər Akademiyası (Mədəniyyət Akademiyası kimi tanınır) zəngin mənəvi irsin qorunuib saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə əlyazmaların rəqəmsallaşdırılmasına başlayıb. Layihə New Delhi ekspertlərinin rəhbərliyi altında həyata keçirilir. Akademiyanın katibi dr. Əbdül Əziz Hacni bildirib ki, adıçəkilən akademiya qədim əlyazmalar baxımından dünyanın ən zəngin fondlarından biridir və bu fondu rəqəmsallaşdırmaq zəruridir. Qeyd edilən əlyazmalar din, siyasət, astranomiya, məntiq, tarix, riyaziyyat,regionşünaslıq, huquq, xəttatlıq, musiqi kimi sahələri ehtiva edir. Akademiyanın əməkdaşı Məhəmməd Əşrəf Taak akademiyada başqa dillərlə yanaşı, ərəb,sanskrit və Kəşmir dillərində 650-yə yaxın əlyazma olduğunu bildirib. O, deyib: “Onları dünyaya təqdim etmək üçün rəqəmsallaşdırma vacibdir. Layihə gerçəkləşdiyi təqdirdə, dünyanın istənilən ölkəsində bu zəngin xəzinədən istifadə etmək mümkün olacaq"





Dövlət proqramının tələblərinə uyğun olaraq, Tatarıstan Milli Kitabxanası ildə beş yüz nadir sənədin elektron versiyasını hazırlayır. Bu gün Tatarıstan Respublikası Milli Kitabxanası çoxfunksiyalı elmi tədqiqat müəssisəsidir və dünyada komplektləşdirmə, tatar ədəbiyyatı və kitablarının saxlanılması, yayılması ilə məşğul olan yeganə ictimai kitabxanadır.







 

“Almaty News” Dövlət Muzeyinin mətbuat xidmətinə əsasən xəbər verir ki, Mərkəzi Dövlət Muzeyi Semey Regional Tarixi Muzeyilə birgə Böyük qazax şairi Abay (İbrahim) Kunanbayevin 170 illik yubileyi münasibətilə “Abayın dünyası” adlı sərgi təşkil edib. Açılışı 30 sentyabra təsadüf edən sərgidə Alma-ata sakinləri və qonaqlar unikal eksponatlar- şairə və onun ailəsinə aid olan əşyalar, arxiv sənədləri, əlyazmalar, fotoşəkillərlə tanış olublar.
Sərgidə həmçinin Abayın birinci həyat yoldaşının Dombra Dildası, Abayın qardaşı İskakın boriki (baş geyimləri), Abayın qohumları və nəslinin şəcərə salnaməsi (1987-ci ildə tərtib olunmuş), Abayın oğlu Maqauniyə 1896-cı ildə yazdığı məktub, Abayın imzası olan sənədlər, Abayın xarakteristikası (1903-cü ilə aid olan), şəxsi sənədlərin surətləri, kitablar, etnoqrafik obyektlər, şairin dövrünü əks etdirən epoxa , qazax dilində, lakin latın qrafikası ilə yazılmış “Abayın gənclik şeirləri”, “Ağsaqqal Musirəlinin sözlərinə görə” və “Abay Kunanbayev. Seçilmiş əsərləri” də nümayiş olunub. Burada 1918-ci ildə Semeydə “Alaşord” partiyasının üzvləri tərəfindən hazırlanmış “Abay” jurnalı və M.Auezovun “Qoçaq vaxt” adlı romanı və Oxota Şakarimulı Kudayberdiyevanın (1900-1984) ərəb qrafikasından kiril əlifbasına çevrilib və maşınla yığılan əlyazmaları da öz layiqli yerini tutub.







Gürcüstan Milli Arxivində saxlanılan Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poeması və Bizans dövrünə aid əlyazmalar YUNESKO-nun “Dünya yaddaşı” proqramına daxil edilmişdir.
Mərkəzdən bildirilib ki, bəzi əlyazmaların təkcə xüsusi fraqmentləri saxlanılmışdır. “Pələng dərisi geymiş pəhləvan”ın kolleksiyasına poemanın 96 əlyazması daxildir. Bunların 94-ü Gürcüstan Milli Əlyazmalar Mərkəzində, 2-i isə Britaniyanın Bodlian kitabxanasında saxlanılır.
YUNESKO-nun mədəni irsinə eyni zamanda Gürcüstanda saxlanılan Bizans dövrünə aid bir neçə əlyazma da daxil olmuşdur. Onların arasına X-XI əsrlərə aid “Davitni” kitabı, XIII-XVI əsrlərə aid ilahilər kolleksiyası, Bibliyadan fraqmentlər, həmçinin Evangeliyadan XII-XIII əsrlərə aid fəsillər də daxildir.





 

Rusiya Milli Kitabxanasının əlyazmalar şöbəsi yubileyini qeyd edir


Rusiya Milli Kitabxanasının Peterburq Əlyazmalar şöbəsi əsasının qoyulmasının 210 illik yubileyini qeyd edir. Yubiley münasibətilə şöbənin heyəti şair, yazıçı və elm xadimlərinin şəxsi arxivlərini nümayiş etdiriblər. Onların sırasında Anna Axmatovanın uşaqlıq və gənclik şəkilləri, həmçinin, Paris səyahətindən olan şəkil albomu və qeydləri, o cümlədən, şairənin Amedeo Modilyani tərəfindən çəkilmiş eskiz portreti də var idi. Yubileylə əlaqədar elektronlaşdırılmış əlyazmaların – dünya ədəbi-mədəni abidələrinin yerləşdirildiyi yeni inertnet saytın da təqdimatı oldu. Burada, həmçinin ilk olaraq unikal sənədlər – rəvayətə görə, Yaroslav Mudrının qızı Annaya məxsus olmuş XI əsrə aid ilahilər kolleksiyası və XIV əsrə aid gözəl şəkillərlə bəzədilmiş Frolov Zəburu (ruhani nəğmə) də nümayiş etdirilmişdir.

   

İranda türkçə əlyazmalar siyahısı nəşr olunacaq

 


İran Millət Məclisi kitabxanasının veb saytının verdiyi xəbərə əsasən, dünyada mövcud olan türkçə əlyazmalar siyahısı İranda altı cildlik kitab şəklində nəşr olunacaq. “Araznews”in əldə etdiyi məlumata görə, bu 6 cildlik kitab Osmanlı və Azərbaycan türkcəsi də daxil olmaqla türkcənin bir sıra şivələrində dünya kitabxanalarında mövcud olan əlyazma mətnlərinin siyahısını və onlar haqqında məlumatları əhatə edir. Əslən Cənubi Azərbaycanın Marağa şəhərindən olan tədqiqatçı, yazıçı Yusif Bəy Babapur tərəfindən hazırlanmış bu kitab “Mənşuri-Səmir” nəşriyyatında işıq üzü görəcək.

 

 

GƏNCƏ ŞƏHƏRİNİN TARİXİNƏ DAİR SƏNƏDLƏR VƏ NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİNİN ƏLYAZMALARI ƏLDƏ EDİLİB

AMEA-nın Gəncə Bölməsinin Türkiyəyə ezam olunmuş əməkdaşları tərəfindən arxiv və kitabxanalardan Gəncə şəhərinin, o cümlədən Qafqazın tarixinə aid çoxlu sayda əlyazma, miniatür və kitabların surəti ölkəmizə gətirilib. Türkiyənin bir neçə arxiv və kitabxanasında aparılan araşdırmalardan sonra Başbakanlık Osmanlı Dövlət Arxivindən Gəncə şəhərinin hərbi-siyasi və iqtisadi tarixinə aid 181 arxiv sənəd toplanaraq, Akademiyaya təhvil verilib. Eyni zamanda, əsli Fransa Milli Kitabxanasında saxlanılan Nizami Gəncəvinin əsərlərinin 1365-ci ilə aid 649 ədəd əlyazması və “Xəmsə”yə həsr edilmiş 25 miniatürün surəti İstanbulun Süleymaniyyə Kitabxanasından Akademiyaya gətirilib. Qeyd edək ki, hazırda Akademiyaya daxil olan arxiv materiallarının üzərində elmi tədqiqat işləri aparılır.

Posted on 23.09.2015 by admin


ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014