ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

23.01.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN MAGİSTRANTLARI DAHA BİR FƏNDƏN İMTAHAN VERMİŞLƏR

Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadənin 23 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, akademiyanın magistrantları üçün qış imtahan sessiyasının müddəti 29 dekabr 2016-cı ildən - 2 fevral 2017-ci il tarixlərinədək müəyyən edilib. Sessiya müddətində AMEA magistrantları ümumilikdə 197 fəndən imtahan verməlidirlər. Artıq imtahanların xeyli hissəsi arxada qalmışdır.


18.01.2017

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

18 yanvar  2017 – ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt  zalında qanlı 20 yanvar faciəsinin şəhidlərinin xatirəsinə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlk sükutla yad edilib.  


17.01.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İRAN İSLAM RESPUBLİKASINDA SAİB TƏBRİZİ YARADICILIĞINA HƏSR OLUNAN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Yanvarın 14-də İran İslam Respublikası Təbriz Universitetinin təşkilatçılığı ilə XVII əsrdə yaşamış görkəmli Azərbaycan şairi Saib Təbrizinin yaradıcılığına həsr olunan beynəlxalq elmi konfrans keçirilib.
İran İslam Respublikası ilə yanaşı, Azərbaycan, Türkiyə və Gürcüstan alimlərinin də iştirak etdiyi beynəlxalq tədbirdə ölkəmiz AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunub. Nümayəndə heyətinin tərkibinə Azərbaycandan AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli və elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov da daxil olub.


16.01.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA GƏNC TƏDQİQATÇININ KİTABI TƏQDİM OLUNDU

16.01.2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun akt zalında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq – informasiya fakültəsinin tələbəsi Qasımlı Hacının  “Müstəqillik dövründə Azərbaycanda kitabxana işi” adlı kitabının təqdimatı keçirilmişdir. Kitab “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsinə əsasən hazırlanmışdır. Qeyd edək ki, nəşri Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu maliyyələşdirmişdir. 


15.01.2017

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA “GƏNC KİTABŞÜNASLARIN, BİBLİOQRAFİYAŞÜNASLARIN VƏ KİTABXANAŞÜNASLARIN ELMİ FƏALİYYƏTİNƏ DƏSTƏK” LAYİHƏSİ İCRA OLUNUR

Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 8-ci qrant müsabiqəsi əsasında Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakültəsinin III kurs tələbəsi Hacı Qasımlı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Gənc kitabşünasların, biblioqrafiyaşünasların və kitabxanaşünasların elmi fəaliyyətinə dəstək” layihəsini həyata keçirir. 2016-cı ilin oktyabr ayının 15-dən start götürmüş layihənin icra olunduğu 3 ay müddətində institutun kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə doktorantı, Hüseyn Cavidin Ev Muzeyinin elmi katibi Natiq Mürsəlov ekspert qismində iştirak edir.


10.01.2017

AMEA PREZİDENTİ ƏLYAZMALAR İNSTİTUTUNDA MAGİSTRANTLARIN İMTAHAN PROSESİ İLƏ TANIŞ OLUB

Məlum olduğu kimi, AMEA prezidenti, akademik Akif Əlizadənin 22 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən, akademiyanın magistrantları üçün qış imtahan sessiyasının müddəti 29 dekabr 2016-cı ildən - 2 fevral 2017-ci il tarixlərinədək müəyyən edilmişdir. Sessiya müddətində AMEA magistrantları  ümumilikdə 197 fənndən imtahan verəcəklər. Bu günədək artıq 40-a yaxın fəndən imtahan keçirilmişdir.


08.01.2017

İNSTİTUT DOKTORANTININ KİTABI ÇAP EDİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Natiq Mürsəlovun müəllif olduğu “İqtisadiyyat sahəsində gənc tədqiqatçıların elmi informasiya təminatı” kitabı nəşr olunub. Kitab Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə elmin və təhsilin inteqrasiyası çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Nahid Rzazadənin rəhbərliyi altında həyata keçirilən “Gənc iqtisadçılar arasında araşdırma müsabiqəsi” layihəsinin əsasında hazırlanıb.


06.01.2017

BAKIXANOVŞÜNASLİQDA DAHA BİR ADDIM

“Elm və təhsil” nəşriyyatı  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı İradə Vəzirovanın  “Abbasqulu ağa Bakıxanovun şəxsi arxivinin təsviri” kitabını nəşr etmişdir. Kitabda görkəmli alim, şair, mütəfəkkir, hərbi diplomat Abbasqulu ağa Bakıxanovun həyat və yaradıcılığına aid sənədlərin: məktublar, təliqələr, şəkillər, teleqramlar, fotoşəkillər, onun haqqında yazılmış məqalələrin təsviri verilmişdir. İ.Vəzirova kitaba yazılmış ön sözdə A.Bakıxanovun şəxsi arxivində 100-dən artıq məktubun, 100-dən çox təliqənin, 4 arxiv iş qovluğunun , “Müasirləri Bakıxanov haqqında” adlı kitabın makina çapının, 3 müqavilənin, 2 teleqramın, 3 raportun, 23 elmi məqalənin, 31 məktub zərfinin, 5 şəklin və digər sənədlərin yer aldığını və ilk dəfə onların izahlı elmi təsvirinin verildiyini bildirmişdir. Kitabı Bakıxanovşünaslıqda irəliyə doğru ciddi bir addım saymaq olar.
Kitabın redaktoru fil.ü.f.d. Əkrəm Bağırov, rəyçisi fil.ü.e.d. Paşa Kərimovdur.



29.12.2016

TÜRKİYƏNİN MƏŞHUR MÖVLƏVİ ŞAİRİNİN ƏSƏRİ ÇAP OLUNMUŞDUR

“Ekoprint”  nəşriyyatı XVII əsrdə Türkiyədə  mövləvi təriqətinin aparıcı nümayəndələrindən olmuş, istedadlı  şair Dərviş Osman Sinəçakın “Gülşəni-ürfan” adlı əsərini nəşr etmişdir. Əsər AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap olunmuşdur. Nəsr və nəzmlə növbələnən əsəri AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Sona Xəyal transfonoliterasiya edərək nəşrə hazırlamışdır. O, kitaba yazdığı ön sözdə əsərin dil və üslub xüsusiyyətlərini olduğu kimi saxladığını və hətta bəzi sözlərin ikişəkilliyini də nəzərə aldığını  bildirmişdir. Kitabın redaktoru fil.ü.f.d. Şəlalə Ana, rəyçiləri Qutiyera Cəfərova və Hacı Mustafa Mailoğludur.    



29.12.2016

ƏMƏKDAŞIMIZ PRAQA MİLLİ KİTABXANASINDA ELMİ EZAMİYYƏTDƏ OLMUŞDUR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d Əkrəm Bağırov xarici ölkələrdə saxlanılan və indiyə qədər kataloqlaşdırılmamış əlyazmalarla tanış olmaq və Azərbaycanla bağlı olan əlyazma nüsxələrini üzə çıxarmaq məqsədi ilə 2016-cı il dekabr ayının 10-dan 25-dək  Çexiya Respublikasının Milli Kitabxanasında olmuşdur. AMEA-nın və M.F.Axundzadə adına Milli Kitabxananın təşkilatçılığı ilə baş tutan bu səfərdə Milli Kitabxananı Nadir kitablar şöbəsinin müdiri Gülsəidə Abdullayeva təmsil etmişdir.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014