ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

11.03.2016

ƏLYAZMALAR İNSTİTUTU ELMİN TƏHSİLƏ İNTEQRASİYASINDA YAXINDAN İŞTİRAK EDİR

11 mart 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversiteti (ADMİU) “Rəssamlıq” və “Kulturologiya” fakultəsinin müəllim və tələbələri, Azərbaycan Dillər Universiteti “SABAH” qrupları xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə ikinci kurs tələbələri və bir qrup müəllim heyəti Azərbaycan ədəbiyyatı dərsləri çərçivəsində Əlyazmalar İnstitutunda əlyazmaların bərpası və gigienası labaratoriyasının fəaliyyəti və əlyazmalara dair ekspozisiyası ilə tanış olmuş, institutun alimlərinin- elmi işçi Zaur Orucovun, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfovun mühazirələrini dinləmişlər.

Şəkillərə "ətraflı"da baxın


10.03.2016

HƏMKARIMIZ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi fondlar” şöbəsinin elmi işçisi, Həmkarlar Komitəsinin sədri Zahidə Mirzə qızı Hacıyevanı həmkarlar ittifaqındakı aktiv ictimai fəaliyyətinə və xidmətlərinə görə FƏXRİ FƏRMANLA təltif etmişdir. Həmkarımızı təbrik edirik!



10.03.2016

“AZƏRBAYCAN MULTİKULTURALİZMİNİN ƏDƏBİ-BƏDİİ QAYNAQLARI” KİTABININ TƏQDİMATI KEÇİRİLDİ

Təqdimat mərasimi 10 mart 2016-cı il saat 10:30-da AMEA-nın Rəyasət Heyətinin binasında oldu. Təqdimatdan öncə binanın 1-ci mərtəbəsində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fondunda saxlanılan mövzu ilə bağlı elmi və bədii ədəbiyyatdan təşkil olunmuş sərgiyə baxış keçirildi.
Mərasimi giriş sözü ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açdı. Kitab haqqında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, AMEA-nın Folklor İnstitutunun direktoru, müxbir üzv Muxtar İmanov, AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., professor Məmməd Əliyev, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun elmi işçisi, fəl.ü.f.d. Elsevər Səmədov, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfov fikirlərini söylədilər.
Mərasimdə yekun sözü isə Azərbaycan Respublikasının Millətlərarası, Multikulturalizm və Dini Məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdulla söylədi.


04.03.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA YENI AZƏBAYCAN PARTİYASININ YERLİ ÖZƏYİ YARADILDI

04 mart 2016-cı il tarixdə Əlyazmalar İnstitutunda İnstitutun direktoru akademik Teymur Kərimli, YAP-ın Yasamal Rayon Komitəsinin sədri Tağı Əhmədov, AMEA-nın Aqrar bölməsinin rəhbəri akademik Qərib Məmmədovun iştirakı ilə YAP-ın özəyi yaradıldı. İclasda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda YAP-ın özəl yerli təşkilatının sədri və üzvləri seçildi:
Sədr: – Teymur Kərimli
Müavin: – Mehri Məmmədova
Üzvlər: - Aybəniz Əliyeva- Kəngərli
- Raqub Kərimov
- Firəngiz Hüseynova
- Sarvan Kərimov
- Rasım Hüseynov
- Kərimulla Məmmədzadə
- Lalə Sultanova



04.03.2016

MULTİDİSTİPLİNAR TƏDQİQATLARA HƏSR OLUNMUŞ ELMİ-PRAKTİKİ KONFRANS KEÇİRİLDİ

04 mart 2016-cı il tarixdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun doktorant və dissertantlarının iştirakı ilə “Multidistiplinar tədqiqatlar və müasir Azərbaycan elmi” mövzusunda elmi-praktiki konfrans keçirildi. Konfransda gənc alimlərin məruzələri və elmi nailiyyətləri ilə bağlı hesabatları dinlənildi. İclasda iştirak edən fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d.Paşa Kərimov, fil.ü.f.d.Əzizağa Nəcəfov doktorant və dissertantlara uğurlar arzuladılar və öz dəyərli tövsiyələrini verdilər. Dinlənilən elmi məruzələr institutun elmi məcmuələrində dərc olunacaqdır.

 



29.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA TƏSİS OLUNAN DAHA İKİ JURNALIN İLK SAYLARI İŞIQ ÜZÜ GÖRDÜ

29 fevral 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclasında Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli “Əlyazmalar yanmır”  “Elmi əsərlər” adlı elmi məqalələr toplusunu Elmi Şura üzvlərinə təqdim etdi.



29.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ ŞURASININ İCLASI KEÇİRİLDİ

24 fevral 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorant və dissertantlarının 2015-ci il üçün elmi fəaliyyətinə dair illik hesabatı İnstitutun Elmi Şurasında dinlənilmişdir. Doktorant və dissertantlara lazımı məsləhətlər, tövsiyyələr verilmiş, onların illik hesabatı qənaətbəxş hesab edilmişdir.
Hesabatdan çəkilmiş fotoşəkillərə "ətraflı"da baxa bilərsiz.


26.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

26 fevral 2016-cı il tarixdə Əlyazmalar İnstitutunda Xocalı faciəsinin 24-cü ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbiri Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli açdı və faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun direktor müavinləri: fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov və digərləri çıxış etdilər. İnstitutun direktoru, akademik Teymur Kərimlinin təklifi ilə tədbir iştirakçıları “Xocalıya ədalət!” Beynəlxalq Kompaniyasına müraciət ünvanlamaq qərara alındı.


15.02.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNDƏ İXTISASARTIRMA KURSUNDA İŞTİRAK ETMİŞLƏR

08-13 fevral 2016-cı il tarixlərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov və “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin aparıcı elmi işçisi fil.ü.f.d. Aynur Nəcəfova Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində fəaliyyət göstərən Paris Sorbon Universitetində təşkil olunmuş Azərbaycan Respublikası ali təhsil ocaqlarının professor-müəllim heyəti üçün “Davamlı təhsil və təhsildə təkmilləşdirmə” kurslarında işitirak etmişlər. Təlim müddəti bitdikdən sonra Əlyazmalar İnstitutunun əməkdaşları Paris Sorbon Universitetinin sertifikatı ilə təltif olunmuşlar.



02.02.2016

“GƏNCLƏR GÜNÜ” ƏLYAZMALAR İNSTİTUTUNDA QEYD EDİLDİ

02 fevral 2016-ci il tarixdə Əlyazmalar İnstitutunda “Gənclər günü”nə həsr edilmiş elmi seminar keçirildi. İclası giriş sözü ilə açan institutun gənc alimlər şurasının sədri, fil.ü.f.d.Nailə Mustafayeva gənclər günü münasibəti ilə iştirakçıları təbrik etdi. Bu günün bayram kimi qeyd olunmasının əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu söylədi. Seminarda institutun gənc əməkdaşı, baş mütəxəssis Aytən Hüseynova “Mir Cəlal Paşayev yaradıcılığına bir baxış” mövzusunda məruzə etdi. Məruzəçi tədbir iştirakçılarının suallarına cavab verdi.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014