ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

25.11.2016

ƏLİAĞA VAHİDİN ƏSƏRLƏRİ NƏŞR EDİLMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə böyük Azərbaycan şairi Əliağa Vahidin əsərləri nəşr olunmuşdur. Kitaba Ə.Vahidin 1914-1934-cü illərdə qələmə aldığı müxtəlif mövzuda və janrda olan bədii nümunələri daxil edilmişdir. Görkəmli tədqiqatçı alim Əlabbas Müznibin topladığı və M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan həmin əlyazmaları institutun əməkdaşı Sona Xəyal transliterasiya etmiş və ona ön söz yazmışdır. Kitabın rəyçiləri Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun əməkdaşları fil. ü. f.d. Əzizağa Nəcəfov və Qutiyera Cəfərovadır.



24.11.2016

TEHRAN UNİVERSİTETİNİN MAGİSTRANTLARI ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

Bu günlərdə Tehran Universitetinin magistrantları Seyid Əbdürrza Hüseyni və Müctəba Ləbbafi  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşlar. Xəttatlıqla məşğul olan magistrantlar məşhur münşi Müəllim və Ləvəsaninin əlyazmalarının izi ilə Tehrandan Bakıya gəldiklərini qeyd ediblər. 


21.11.2016

KƏŞMİRDƏ ƏLYAZMALAR RƏQƏMSALLAŞDIRILIR

1958-ci ildə Cammu və Kəşmir dövləti tərəfindən yaradılmış İncəsənət, Mədəniyyət və Dillər Akademiyası (Mədəniyyət Akademiyası kimi tanınır)  zəngin mənəvi irsin qorunuib saxlanılması və  gələcək nəsillərə ötürülməsi məqsədilə əlyazmaların rəqəmsallaşdırılmasına başlayıb.


21.11.2016

“ƏLYAZMALARI YAŞADAN ALİM”

Bu günlərdə “Ekoprint” nəşriyyatı tərəfindən “Əlyazmaları yaşadan alim” adlı yeni kitab çap edilmişdir. Kitab görkəmli dilçi alim, AMEA–nın müxbir üzvü, Nəsimi adına Dilçilik İnstitutunun direktoru, professor Möhsün Nağısoylunun 70 illik yubileyinə həsr olunub. Kitaba əsasən yubilyarın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutundfa işləyən həmkarlarının ürək sözləri və arzuları daxil edilmişdir.  Kitabın redaktoru və ön sözün müəllifi Könül Mirzəyeva, tərtibçi Nailə Əliyevadır.



18.11.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLDİ

18 noyabr 2016-cı il tarixində  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunmuş  “Azərbaycan əlyazmaları dünya kitabxanalaında” adlı I beynəlxalq elmi-nəzəri konfrans keçirildi.
    Tədbiri giriş sözü ilə açan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli mənəvi sərvətimiz olan əlyazmaların axtarışının, toplanmasının və nəşrinin vacibliyini bildirdir O, konfrans ərəfəsində nəşr olunan jurnalda bir çox dəyərli materialların yer aldığını qeyd etdi.


18.11.2016

VƏTƏNİNDƏ TANINMAYAN BÖYÜK FİKİR ADAMI

Türkiyədə məşhur olan böyük fikir adamı, görkəmli sufi alimi Məhəmməd Zahid Kotku (1897-1980) əslən Azərbaycanin Şəki şəhərindəndir. Onun atası İbrahim Əfəndi 1880-ci ildə Türkiyəyə köçərək orada məskunlaşmışdır. Məhəmməd Zahid Kotku Türkiyədə məşhur təsəvvüf mürşidi kimi tanınmış, xeyli sayda ardıcıllar yetişdirmişdir. O, sufi və ümumiyyətlə, fəlsəfi mövzularda bir çox məşhur əsərlərin müəllifi olmuşdur. Təəssüf ki, bu böyük filosofun, məşhur din aliminin həyatı və yaradıcılığı indiyədək öz doğma vətənində araşdırılıb tədqiq edilməmişdir.


16.11.2016

FOLKLORŞÜNAS ALİM VƏLİ XULUFLU HAQQINDA YENİ KİTAB

AMEA Əlyazmalar İnstitutunun elmlər doktorluğu hazırlığı üzrə dissertantı Rəhman Salmanlının folklorşünas alim, repressiya qurbanı Vəli Xuluflu haqqında “Gizli güllələnən alim” (xatirə-memuar) kitabı işıq üzü görüb. V.Xuluflunun ömür yolundan bəhs edən kitabda ötən əsrin 20-30-cu illərində baş vermiş qırğınlar, bolşevik-erməni terroru, qırmızı imperiyanın Azərbaycan ziyalılarına qarşı apardığı soyqırımı siyasəti və tarixi hadisələr öz əksini tapıb. Müəllif Vəli Xuluflu barədə oxuduqlarına, eşitdiklərinə, xatirələrə, habelə almin ailə üzvlərinin və yaxınlarının söylədiklərinə istinad etməklə onun mükəmməl obrazını yaradıb. R.Salmanlının məqsədi tədqiqatçıların və oxucuların diqqəti alimin həyat və fəaliyyətinə yönəltmək olub. 



16.11.2016

“AVROPADA SUFİZMİN TƏDQİQİ”

AMEA Məhəmməd Fizuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmalar” şöbəsinin elmi işçisi Tahirə Əliyeva 6-10 noyabr tarixlərində Çex Respublikasının paytaxtı Praqa şəhərində Hrades-Kralove Universitetində keçirilən “Beynəlxalq humanitar və mədəni araşdırmalar” adlı elmi konfransda (İCHACS) iştirak etmişdir. T.Əliyevanın “Avropada sufizmin tədqiqi” adlı məruzəsi maraqla qarşılanmışdır. 



16.11.2016

ALİMİN MƏRUZƏSİ MARAQLA QARŞILANIB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmalar” şöbəsinin böyük elmi işçisi Aybəniz Rəhimova Türkiyənin Bolu şəhərində Abant İzzət Baysak Universitetinin təşkilatçılığı ilə keçirilən və dünyanın 13 ölkəsinin nüfuzlu alimlərinin qatıldığı “Koroğlu və türk dünyası dastan qəhrəmanları” adlı VII beynəlxalq simpoziumda iştirak edib. Simpoziumda A.Rəhimovanın “Koroğlu dastanının Azərbaycandakı yayım tarixindən” adlı məruzəsi çox böyük  maraqla qarşılanmışdır. O, həmçinin səfər çərçivəsində Türkiyənin tanınmış alimləri Dr. Əzizə Aktaş Yaşa, Fərrux Öztürk və Hikmət Çətinlə görüşmüşdür. 



16.11.2016

IX BEYNƏLXALQ ÜZKÜDAR SİMPOZİUMU

11-13 noyabr 2016-cı il tarixlərində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəb əlyazmalarının tədqiqi şöbəsi”nin müdiri, fil.ü.e.d., professor Kamandar Şərifov Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən IX Beynəlxalq Üsküdar Simpoziumunda iştirak etmişdir. Simpoziuma Türkiyədən və dünyanın müxtəlif ölkələrindən 152 alim qatılmış və onlar Üsküdar ədəbiyyatı, tarixi, coğrafiyası, memarlığı, təhsili, mədrəsələri, tarixi şəxsiyyətləri, mətbuatı və s. bağlı maraqlı məruzələrlə çıxış etmişlər.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014