ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.05.2016

İNSTİTUTUN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri 2 may 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XV Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.


02.05.2016

KİTABXANALAR İNNOVASİYA VƏ MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ ŞƏRAİTİNDƏ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsi"nin böyük laborantı Mustafayeva Səadət Rafahət qızı 25-29 aprel 2016 cı il tarixlərində C.Cabbarlı adına Gənclər kitabxanasında  "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində"  mövzusunda  keçirilən treninqdə iştirak etmişdir.


26.04.2016

ALİMİMİZİN ƏLCƏZAİRDƏ BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞI

16-22  aprel 2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov Əlcəzairdə “Əlcəzairdə, ərəb və islam dünyasında ərəb əlyazma irsi: həqiqət və  gələcək” mövzusunda keçirilən Beynəlxalq Elmi konfransda “Əlyazmaların mühafizəsi, tədqiqi və nəşri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrinin qorunması, tədqiqi və nəşri, eləcə də ərəb əlyazmaları haqqında müfəssəl məlumat verilmişdir.



26.04.2016

ƏLYAZMAŞÜNAS ALİM BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ ETMİŞDIR

9-14 aprel 2016–cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar Institutunun “Ərəbdilli  Əlyazmaların tədqiqi şöbəsi”nin müdiri fil.ü.e.d. Kamandar Şərifov 2016-cı ildə Küveytin İslam mədəniyyəti mərkəzi elan edilməsi münasibəti ilə Küveytdə keçirilən Beynəlxalq Elmi konfransda “Səfəvi miniatür məktəbi və Nizami əsərlərinə çəkilmiş miniatürlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan Səfəvi miniatur məktəbinin islam incəsənətinin inkişafındakı rolu nəzərə çatdırılmış və bu məktəbin məşhur rəssamlarının Nizami Gəncəvi əsərlərinə çəkdikləri miniatürlər nümayiş etdirilərək, şərhləri verilmişdir. 



26.04.2016

MİRZƏ AĞADADAŞ MÜNİRİNİN “BAHAR AĞLAYIŞI” KİTABI ÇAP OLUNMUŞDUR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” kitabı çap edilmişdir. XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi və  Bakı ədəbi mühitində yazıb-yaradan, öz dövründə şair, rəssam və müəllim kimi tanınan Mirzə Ağadadaş Münirinin şeirləri İnstitutda B-1791 şifrəli qovluqda 22,5x14,5, 21x8, 21x13, 35x11 sm. ölçülü vərəqlərdə saxlanılmşdır. Onun  əlyazması çap şeirləri ilə birlikdə nəşrə hazırlanmışdır. Kitabda şairin əsərləri: “Qəzəllər”, “Müxtəlif şeirlər”, “Qəmli sətirlər” və “Mənzum məktublar” bölümlərində verilmişdir.

 

20.04.2016

FARSDİLLİ ORTA ƏSRLƏR MƏNBƏYİ AZƏRBAYCAN TARİXİ VƏ ƏDƏBİYYATI HAQQINDA

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov bu günlərdə XVII əsr müəllifi Abdulla Kabulinin elmi dövriyyədən kənarda qalmış “Təzkirət ət-təvarix” əsərinin Tehran çap nüsxəsini əldə etmişdir. Çoxsaylı mənbələr əsasında yazılmış bu əsər Orta Əsrlər üzrə tədqiqat aparan tarixçilər və ədəbiyyatşünaslar üçün maraq doğura biləcək dəyərli məlumatlarla zəngin olan bir mənbədir.


19.04.2016

SALMAN MÜMTAZIN NAMƏLUM ƏSƏRİ AŞKAR EDİLMİŞDİR

Görkəmli ədəbiyyatşünas alim  Salman Mümtazın  itmış əsərlərindən biri   “100 şair”  kitabı aşkar edilmişdir. Bu yaxınlarda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi,  fil.ü.f.d. Şəlalə Ana Hümmətli Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən “Azərnəşr”in arxivindəki  materialları  araşdırarkən S.Mümtazın naməlum əlyazmalarını aşkar etmış, həmin əlyazma sənədlərinin uzun illərdir itib-batmış  “100 şair”  kitabının parçalanmış hissələri olduğunu aydınlaşdırmışdır. 


18.04.2016

ƏMƏKDAŞIMIZ ƏFQANISTANDA KEÇİRİLƏN BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə elmlər doktoru Almaz Ülvi ilə birlikdə böyük özbək şairi Əlişir Nəvainin 575 illiyi münasibəti ilə Əfqanıstan İslam Respublikasında keçirilən beynəlxalq simpoziumda və müxtəlif tədbirlərdə iştirak etmişdir. 


14.04.2016

ƏMƏKDAŞIMIZ BEYNƏLXALQ SİMPOZİUMDA ÇIXIŞ ETMİŞDIR

7-9 aprel 2016-cı il tarixində AMEA-nın Əlyazmalar İnstitutunun “Kitabxana və elmi informasiya” şöbəsinin elmi işçisi İradə Vəzirova Türkiyə Cümhuriyyətinin Xarici İşlər Nazirliyi, Türkiyə Başbakanlıq Dövlət Arxivləri Baş İdarəsi  və Türkiyə Başbakanlıq Atatürk Mədəniyyət, Dil və Tarix Yüksək Qurumu Araşdırma Mərkəzinin dəvəti ilə İstanbul şəhərində təşkil olunmuş Beynəlxalq Simpoziumda iştirak etmişdir.  Simpoziumda elmi işçi İradə Vəzirova “Abbasqulu ağa Bakıxanovun Əlyazmalar İnstitutunda mühafizə edilən şəxsi arxivi” adlı  məruzə ilə çıxış etmişdir. O, məruzəsində A.Bakıxanovun həyatı, elmi yaradıcılığı,  hərbi-diplomatik fəaliyyəti,  Rusiy-İran və Rusiya-Türkiyə müharibələrindəki tərcüməçilik işi və adıçəkilən dövlətlər  tərəfindən xidmətlərinə görə mükafatlandırılması barədə geniş məlumat vermişdir. 


08.04.2016

ƏLYAZMALAR İSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR

8 aprel 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimov Azərbaycan Dillər Universitetinin xarici dil müəllimliyi ixtisasından “SABAH” qruplarının II kurs tələbələri və bir qrup müəllimi üçün “Qasım bəy Zakir və müasirləri” mövzusunda mühazirə oxumuşdur. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014