ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.04.2016

NADİR ŞAH ƏFŞARIN ŞƏXSİ MÜNŞİSİ MİRZƏ MEHDİ XAN ASTRABADİNİN “İNŞA” ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında  XVIII əsr Azərbaycan tarixçisi, Nadir şah Əfşarın şəxsi münşisi Mirzə Mehdi xan Astrabadinin “İnşa” əsəri çapdan çıxmışdır. Bu kitaba bır sıra tarixi şəxsiyyətlərin məktubları, tarixi sənədlər daxil edilmişdir. “İnşa”ya daxil edilmiş sənədlər içərisində Nadir şahın məktubları Azərbaycan və  İranın tarixinin öyrənilməsi baxımından böyük əhəmiyyətə malikdir. Əsəri fars dilindən tərcümə edən və şərhlərin müəllifi AMEA-nın  Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Hacı Rauf Şeyxzamanlıdır.

Redaktor fil.ü.e.d. Paşa Kərimovdur. Rəyçilər akademik Teymur Kərimli və AMEA-nın müxbir üzvü Nizami Cəfərovdur. Kitabı AMEA-nın Əlyazmalar İnstitutu və Azərbaycanda  Atatürk Mərkəzi birlikdə nəşr etdirmişlər.



05.04.2016

MƏHƏMMƏD HÜSEYN İBN MƏHƏMMƏD ƏLİ GƏNCƏVİNİN ƏSƏRİ ÇAPDAN ÇIXMIŞDIR

“Elm” nəşriyyatında Məhəmməd Hüseyn ibn Məhəmməd Əli Gəncəvinin “Mirzə Məhəmməd Hüseyn Təbib Həkimbaşının sınayıb təcrübədən keçirdikləri” əsəri çapdan çıxmışdır. Əsər orta əsrlər və yeni dövrün ilk məsələlərində Azərbaycanda təbabət, xüsusilə həkimşünaslığa dair qiymətli mənbədir. Fars dilindən tərcümə edən bu müqəddimənin müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi İradə Qayıbovadır. Redaktor: institutun elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitab AMEA Gəncə Bölməsinin yardımı ilə nəşr edilmişdir.



05.04.2016

“TƏZKİREYİ-YUSİF” KİTABI

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çapa hazırladığı yeni kitab işıq üzü görüb. XIX əsrin görkəmli Azərbaycan şairi və mütəfəkkiri Mirzə Əbdülxalıq Yusifin 165 illik yubileyinə hərs olunan, 68 səhifədən ibarət kitab “Təzkireyi-Yusif” adlanır. Burada müasirləri Seyid Əzim Şirvani, Mirzə Səməndər Dərbəndi, Haşım bəy Saqib, Məhəmmədağa Cürmi, Əbdül Qarabaği, Faiz Şəkili və başqaları tərəfindən ədibə göndərilən şeirlər toplanmışdır. 

 

05.04.2016

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN ÇAPA HAZIRLADIĞI YENİ KİTAB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun çapa hazırladığı yeni kitab işıq üzü görüb. “Misilsiz sevgi” adlanan kitab İnstitut tərəfindən Cənubi Azərbaycan yazarları silsiləsindən çapa hazırlanan ilk kitabdır. Burada ərdəbilli şairə Mihən Kəriminin müxtəlif illərdə qələmə aldığı vətənpərvərlik və məhəbbət mövzusunda şeirləri toplanmışdır.
      Kitabı ərəb qrafikasından transfonoliterasiya edib nəşrə hazırlayan İnstitutun böyük elmi işçisi Sona Xəyal, redaktoru Yədullah Kənani, rəyçiləri fil.ü.f.d. Aynur Nəcəfova və “Kitabxana və elmi informasiya”  şöbəsinin  müdiri Qutiyera Cəfərovadır.



01.04.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTİQRASİYASI DAVAM EDİR

 

1 aprel 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında İnstitutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov Azərbaycan Dillər Universitetinin bir qism müəllimi və xarici dil müəllimliyi ixtisasından “SABAH” qruplarının ikinci kurs tələbələri  üçün “XVII əsr Azərbaycan poezisiyası” mövzusunda mühazirə oxumuşdur. 


30.03.2016

31 MART – AZƏRBAYCANLILARIN SOYQIRIM GÜNÜNƏ HƏSR OLUNMUŞ ANIM MƏRASİMİ KEÇİRİLDİ

30 mart 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun konfrans zalında “31 Mart – azərbaycanlıların soyqırım günü” münasibəti ilə anım mərasimi keçirildi. İlk öncə soyqırım qurbanları bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavinləri – fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli və fil.ü.e.d. Paşa Kərimov, institutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfzadə, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov və Multidistiplinar əlyazmalar və çap kitabları şöbəsinin elmi işçisi Şöhrət Səlimbəyli çıxış etdilər.


16.03.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ PERSPEKTİVLƏRİ İNSTİTUTUN ELMİ ŞURASINDA MÜZAKİRƏ OLUNDU

16 mart 2016-cı il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirildi. İnstitutun elmi işlər üzrə direktor müavini, f.ü.e.d. Paşa Kərimovun sədrliyi ilə keçən iclasda türkdilli əlyazmaların tədqiqi şöbəsinin kiçik elmi işçisi, doktorant Lalə Sultanovanın“Hüseyn Cavidin ədəbiyyatşünaslıq fəaliyyəti” mövzusunda elmi məruzəsi dinlənildi. Sonra bir sıra məsələlər müzakirə edildi:


11.03.2016

ƏLCƏZAİR SƏFİRLİYİNİN VƏZİFƏLİ ŞƏXSİ İNSTİTUTUMUZUN QONAĞI OLDU

11 mart 2016-cı il tarixində Əlcəzair Xalq Respublikasının Azərbaycandakı Səfirliyinin Müvəqqəti İşlər vəkili, cənab Abbes Benmoussat AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşdur. Görüş zamanı İnstitutun direktoru, akademik Teymur Kərimli və institutun idarə heyətinin üzvləri tərəfindən cənab vəkilə Əlyazmalar İnstitutunun tarixi, iş prinsipi, burada qorunan əlyazmalar haqqında geniş məlumat verilmişdir. Cənab Abbes Benmoussat Əlcəzair Milli Kitabxanasının fondu əsasında Əlcəzairdə yaradılacaq Əlyazmalar İnstitutunun işinin səmərəli təşkili üçün Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun təcürbəsinin prearitet istiqamət olmasını vurğulamış, əlyazmaların elektronlaşması sahəsində qarşılıqlı əməkdaşlığın vacib olduğunu qeyd etmişdir.


11.03.2016

ƏLYAZMALAR İNSTİTUTU ELMİN TƏHSİLƏ İNTEQRASİYASINDA YAXINDAN İŞTİRAK EDİR

11 mart 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Unversiteti (ADMİU) “Rəssamlıq” və “Kulturologiya” fakultəsinin müəllim və tələbələri, Azərbaycan Dillər Universiteti “SABAH” qrupları xarici dil (ingilis dili) müəllimliyi ixtisası üzrə ikinci kurs tələbələri və bir qrup müəllim heyəti Azərbaycan ədəbiyyatı dərsləri çərçivəsində Əlyazmalar İnstitutunda əlyazmaların bərpası və gigienası labaratoriyasının fəaliyyəti və əlyazmalara dair ekspozisiyası ilə tanış olmuş, institutun alimlərinin- elmi işçi Zaur Orucovun, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfovun mühazirələrini dinləmişlər.

Şəkillərə "ətraflı"da baxın


10.03.2016

HƏMKARIMIZ FƏXRİ FƏRMANLA TƏLTİF EDİLDİ

Azərbaycan Milli Elmlər Akademiyasında AMEA Azad Həmkarlar İttifaqının sədri, professor İsa Alıyev Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi fondlar” şöbəsinin elmi işçisi, Həmkarlar Komitəsinin sədri Zahidə Mirzə qızı Hacıyevanı həmkarlar ittifaqındakı aktiv ictimai fəaliyyətinə və xidmətlərinə görə FƏXRİ FƏRMANLA təltif etmişdir. Həmkarımızı təbrik edirik!



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014