ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

12.11.2015

GÖRKƏMLİ BƏSTƏKAR AİLƏ FOTOŞƏKİLLƏRİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ ETDİ

Tanınmış bəstəkar Eldar Mansurov Əlyazmalar İnstitutuna gələrək ailə arxivində olan fotoşəkillərin elektron variantını və bu yaxınlarda tərtib edərək çap etdirdiyi “Mansurovlar” kitabını İnstituta hədiyyə vermişdir. Onun təqdim etdiyi fotolar toplusunda “Mansurovlar” nəslinin tarixinə dair 81 şəkil vardır. Eldar Manasurov ailə arxivində saxlanan digər fotoşəkil və sənədlərin surətlərini də Əlyazmalar İnstitutuna təqdim edəcəyinə söz vermişdir.



11.11.2015

AKADEMİK TEYMUR KƏRİMLİNİN DAHA BİR MARAQLI KİTABI ÇAPDAN ÇIXMIŞDIR

AMEA-nın 70 illik yubileyi ilə əlaqədar akademiyanın ilk təsisçilərindən olan Mirzə İbrahimov haqqında yeni monoqrafiya işıq üzü görüb. “Mirzə İbrahimov” adlı kitabın müəllifi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Monoqrafiyada AMEA-nın beşiyi başında duranlardan biri, görkəmli Azərbaycan yazıçısı, dramaturqu, publisisti, ictimai-siyasi xadim, akademik Mirzə İbrahimovun həyatı, elmi və elmi-təşkilati fəaliyyəti tədqiqat obyekti kimi önə çəkilib. Kitab mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Qeyd edək ki, kitabın baş məsləhətçisi və elmi redaktoru AMEA-nın prezidenti, akademik Akif Əlizadədir.



11.11.2015

DAHİ ŞAİRİN 100 AFORİZMİNDƏN İBARƏT KİTAB İŞIQ ÜŞÜ GÖRMÜŞDÜR

Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 100 aforizmindən ibarət “Könüllər şairi” adlı kitab işıq üzü görmüşdür. Kitabda dahi şairin hikmətli kəlamları üç dildə - Azərbaycan, rus, ingilis dillərində verilmişdir. Kitabın tərtibçisi mərhum professor Rüstəm Əliyevdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu kitaba “Filosof şairin ölməz kəlamları” başlıqlı ön söz yazmışdır. Kitabın redaktoru AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir.



10.11.2015

"KİTABİ DƏDƏ-QORQUD"DAN BƏHS EDƏN DAHA BİR KİTAB OXUCULARIN İSTİFADƏSİNƏ VERİLDİ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyevin “Dədə Qorqud kitabı”: bir müqəddimə, üç boy...” adlı kitabı işıq üzü görmüşdür.Kitabda alimin son illərdə “Kitabi-Dədə Qorqud” ilə bağlı məqalələri toplanmışdır. Burada Dədə Qorqud şeirlərinin qafiyə və vəzn xüsusiyyətləri, dastandakı dini məsələlər ön plana çıxarılır.



09.11.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİM VƏ ƏMƏKDAŞLARI YÜKSƏK DÖVLƏT MÜAKAFATLARIANA LAYİQ GÖRÜLDÜLƏR

Azərbaycan Milli Elmlər Akademiyası əməkdaşlarının təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq
qərara alıram:
Azərbaycan Milli Elmlər Akademiyasının 70 illik yubileyi münasibətilə, Azərbaycan elminin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

“Tərəqqi” medalı ilə

Kərimov Paşa Əli oğlu
Şərifov Kamandar Kazım oğlu

Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar mədəniyyət işçisi”

Əliyev Fəxrəddin Vəli oğlu
Məmmədvəliyev Seyfəddin Mansum oğlu


Bakı şəhəri, 3 noyabr 2015-ci il.

 



04.11.2015

ƏLYAZMALAR İNSTİTUTU ƏLAQƏLƏRİNİ GENİŞLƏNDİRİR

Noyabrın 4-də YUNESKO-nun məsləhətçisi, əlyazmaların bərpası və saxlanması üzrə mütəxəssis Stavros Andreou (Kipr, Limosol) AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldu. Cənab Stavros Andreou Əlyazmalar İnstitutunda mühafizə edilən əlyazmaların saxlanma şəraiti və bərpası prosesi ilə maraqlanmış, bərpa laboratoriyasında əməkdaşların iş təcrübəsi ilə tanış oldu. O, gəlişinin tanışlıq məqsədi daşıdığını söylədi və bildirdi ki, təmsil etdiyi qurumun bütün dünya əlyazma mərkəzləri, kitabxanaları və laboratoriyaları ilə əlaqələri var, əlyazmaların qorunması və bərpası sahəsində onlarla əməkdaşlıq edir, məsləhətlər verir, lazım olan cihaz və preparatların alınmasına yardım edir. Qonaq Əlyazmalar İnstitutunda əlyazmaların qorunması və bərpası sahəsində gedən işləri yüksək dəyərləndirdi, bu müəssisəyə hərtərəfli köməklik göstərəcəklərinə söz verdi. İnstitutun direktor müavini fil.ü.e.d. Paşa Kərimov Əlyazmalat İnstitutunda əlyazmaların qorunması və bərpası sahəsində aparılan işlər və planlar barədə qonağa məlumat verdi. Məsləhətlərinə və əməkdaşlıq təkliflərinə görə YUNESKO mütəxəssisinə rəhbərlik və kollektiv adından minnətdarlıq bildirildi.



04.11.2015

İNSTİTUTUMUZUN ALİMİNİN YENİ KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın "Məmmədəli Sidqinin arxivinin təsviri" adlı kitabı çapdan çıxmışdır. Kitabda görkəmli maarifçi-pedaqoq Məmmədəli Sidqinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları barədə məlumat verilmişdir. Qeyd edək ki, M. Sidqinin şəxsi arxivində cəmi 265 saxlama vahidi altında 800-ə qədər material vardır. Bunlar M. Sidqinin hekayə, pyes, məqalə və xatirələrinin aftoqraf nüsxələri, tərcümeyi-hal sənədləri, müxtəlif şəxslərin ona yazdığı məktublar, Məmməd Tağı Sidqiyə aid sənədlər, fotoşəkillər, çap kitabları, qəzet kəsikləri, kəbin kağızları, qəbalələr və s. daxildir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.



04.11.2015

İNSTİTUTUMUZUN DAHA BİR ƏMƏKDAŞININ KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Əlyazmalar İnstitutunun elmi işçisi Könül Bağırovanın "Azər Buzovnalı arxivinin təsviri" adlı kitabı üşıq üzü görmüşdür. Kitabda şair Azər Buzovnalının AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanan şəxsi arxiv materialları - tərcümeyi-hal sənədləri, əsərlərinin və tərcümələrinin əlyazmaları, məktubları və ona yazılmış məktublar, bir sıra digər sənədləri barədə məlumatlar verilmişdir. Kitabın redaktoru filologiya üzrə fəlsəfə doktoru Mehri Məmmədovadır.



22.10.2015

NƏSİRƏDDIN TUSİNİN ƏSƏRİNİN SURƏTİ PARİS MİLLİ KİTABXANASINDAN GƏTİRİLMİŞDİR

Əlyazmalar İnstitutu böyük Azərbaycan alimi Nəsirəddin Tusinin “Zici-Elxani” əsərinin Paris Milli Kitabxanasında saxlanan əlyazmasının surətini əldə etmişdir. Məlumdur ki, bu əsər XIII əsrdə Marağa rəsədxanasında tərtib olunmuş səma cismləri kataloqudur. Bundan başqa burada dünyanın müxtəlif xalqlarının təqvimləri barədə geniş elmi məlumat verilmişdir. Əsərin bir nüxsəsi də Əlyazmalar İnstitutunda saxlanır.
“Zici-Elxani”nin Paris Milli Kitabxanasında saxlanan 126 vərəqdən ibarət nüsxəsinin bir sıra vərəqləri pərakəndədir, vaxtı ilə düzgün səhifələnməmişdir. Tarixi qeyd olunmasa da, nüsxənin XV əsrdə köçürüldüyünü demək olar.


21.10.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ VIII BEYNƏLXALQ ATATÜRK KONFRANSINDA İŞTİRAK ETDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın himayəsi altında dünya tarixçilərinin Beynəlxalq Atatürk Konfransı sayca səkkizinci toplantısını ilk dəfə olaraq Azərbaycanda - qədim Gəncə şəhərində reallaşdırdı. VIII Beynəlxalq Atatürk Konfransı 2015-ci il oktyabrın 13-15 tarixlərində Azərbaycan Milli Elmlər Akademiyası A.A.Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun və Türkiyə Respublikası Atatürk Araşdırma Mərkəzinin rəhbəri Mehmet Ali Beyhanın xüsusi səyləri nəticəsində keçirildi. Konfransada Əlyazmalar İnstitutunun baş elmi işçisi, tarix ü.e.d. Tahirə Həsənzadə “XIX əsr Qacar dövrü səfərnamələrində Gəncə” məruzəsi ilə iştirak etmiş və konfransın sertifikatı ilə təltif olunmuşdur.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014