ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

13.01.2016

M.S.ORDUBADİNİN ARXİVİNİ TƏSVİR EDƏN KİTAB ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında Məmməd Səid Ordubadinin Əlyazmalar İnstitutunda saxlanan arxivinin izahlı təsviri kitab halında çapdan çıxmışdır. Buraya görkəmli Azərbaycan yazıçısı Məmməd Səid Ordubadinin şəxsi arxiv materialları – tərcümeyi-halları, xatirələri, bədii əsərləri, oçerk, məqalə və felyetonları, məktublarının əlyazmaları, ailəsinə, ictimai fəaliyyətinə dair sənədlər, fotoları və digər materiallar toplanılmışdır. Fil.ü.f.d.Mehri Məmmədovanın çapa hazırladığı bu kitaba daxil olan materialları Əzizə Cəfərzadə, Mərziyyə Paşayeva və Mehri Məmmədova təsvir etmişlər.
Kitabın elmi redaktoru və ön sözün müəllifi akademik İsa Həbibbəylidir.



08.01.2016

E L A N

22 yanvar 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun nəzdindəki Birdəfəlik Dissertasiya Şurasının iclasında saat 12:00-da İsntitutun dissertantı Quliyev İbrahim Zöhrab oğlunun “Əllamə Məhəmməd Bağır Məclisi və onun “Biharül-ənvar” əsəri mövzusunda, saat 14:00-da İnstitutun dissertantı, İran İslam Respublikasının vətəndaşı Hüseynzadə Qadir Yaqub oğlunun “Şeyx Mahmud Şəbüstərinin dini və fəlsəfi görüşləri (“Gülşəni-raz” əsəri əsasında)” mövzusunda 7213.01 – “Dinşünaslıq” ixtisasından fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi olmaq üçün təqdim olunan dissertasiyaların müdafiəsi keçiriləcəkdir.



25.12.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI TƏLTİF EDİLDİLƏR

25.05.2015-ci il tarixdə AMEA-nın Əlyazmalar İnstitutunun Elmi Şurasının 2015-ci il üçün son iclası keçirildi. Şura öz işinə başlamamışdan öncə İnstitut rəhbərliyi tərəfindən bu il yubleyləri qeyd olunan beş əməkdaş məhsuldar elmi fəaliyyətlərinə görə fəxri fərmanla təltif edildilər. Təltif edilənlər:
1. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d Aybəniz Əliyeva-Kəngərli
2. Ərəbdilli əyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d.,prof.Kamandar Şərifli
3. Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri, fil.ü.f.d. Mehri Məmmədova
4. Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d.Əli Əliyev
5. Elmi fondlar şöbəsinin böyük elmi işçisi Arif Ramazanov
Sonra Elmi Şura öz işini davam etdirdi.



22.12.2015

TÜRK DİL QURUMUNUN BAŞQANI ƏLYAZMALAR İNSTİTUTUNDA OLMUŞDUR

22 dekabr 2015-ci il tarixində Türkiyə Respublikasının nüfuzlu dil mərkəzi Türk Dil Qurumunun başqanı prof. Dr. Mustafa S. Kaçalin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldu. Hörmətli qonaq İnstitutun direktoru, AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli ilə görüşdü.


14.12.2015

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstututunda keçirilən doktorluq minimumu imtahanları keçirilmişdir

11 dekabr 2015-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstututunda 7213.01 – “Dinşünaslıq” və 3356.01 – “Kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq və kitabşünaslıq”  ixtisaslarından doktorluq minimumu imtahanları keçirilmişdir. İmtahan institutun tarixində ilk dəfə olaraq elektron formada, test üsulu ilə təşkil edildi.  
 


10.12.2015

ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ƏLYAZMALAR İNSTİTUTUNDA YAD EDİLDİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Heydər Əliyevin anım günü münasibəti ilə dəyirmi masa keçirildi. İlk öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra institutun alim və əməkdaşları aidiyyatı üzrə mövzularda çıxışlar etdilər. Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli “Heydər Əliyev və Azərbaycan elmi”, AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev “Heydər Əliyevin şah əsəri-müstəqil Azərbaycan”, Əlyazmalar İnsititunun direktor müavini , fil.ü.e.d. Paşa Kərimov “Əbədiyaşar lider” , elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfov “Uzaqgörən siyasətçi Heydər Əliyev” və institutun şöbə müdiri, fil.ü.f.d Mehri Məmmədova “Davamlı inkişaf və Azərbaycan dövlətçilik modeli” mövzularında etdikləri çıxışlarda ümummili liderin Azərbaycan dövləti, dövlətçiliyi, o cümlədən Azərbaycan elminin inkişafı istiqamətində gördüyü işlərdən, bütün sahələrdə əldə edilmiş nailiyyətlərdən danışdılar. Sonda “Heydər Əliyev yaşayır” filmi nümayiş etdirildi.



09.12.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN İLLİK HESABATI DİNLƏNİLDİ

09.12.2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının iclası keçirilmişdir. İclasda institutun 2015-ci ildə fəaliyyətinin yekunlarına dair hesabatı dinlənildi. İnstitutun elmi işlər üzrə director müavini, fil.ü.e.d.Paşa Kərimov hesabatı Elmi Şuranın üzvlərinə çatdırdı və onları maraqlandıran suallara cavab verdi. İclasda iştirak edən AMEA-nın həqiqi üzvü Vasim Məmmədəliyev, Əlyazmalar İnstititunun director müavini, fil.ü.e.d Aybəniz Əliyeva-Kəngərli, elmi katib fil.ü.f.d. Əzizağa Nəcəfzadə və başqaları çıxış edərək, İnstitutun illik hesabatını müsbət qiymətləndirdilər. Elmi Şuranın iclasından əvvəl Əlyazmalar İnstitutunun əməkdaşlarının 2015-ci ildə çapdan çıxmış kitablarının sərgisi nümayiş etdirildi.


27.11.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI ELMİ-NƏZƏRİ KONFRANSDA MƏRUZƏLƏRLƏ CIXIŞ ETMİŞLƏR

27 noyabr 2015-ci il tarixdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Azərbaycan xalqının milli-mədəni sərvətləri xəzinəsində müstəsna yeri olan, oğuz türklərinin qəhərmanlıq ruhunu əsrlərlə özündə yaşadan və yeni nəsillərin türkçülük-azərbaycançılıq ruhunda tərbiyə olunmasında böyük əhəmiyyəti olan “Kitabi-Dədə Qorqud” dastanının ilk nəşrinin 200 illiyi ilə əlaqədar “Türk epos mədəniyyəti və “Kitabi-Dədə Qorqud” dastanı” mövzusunda ümumrespublika əhəmiyyətli elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda ali təhsil müəssisələrinin və AMEA-nın müxtəlif institutlarının alim-mütəxəssisləri ilə yanaşı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir qrup tədqiqatçısı da məruzələr etmişdir. Məruzələr kitab halında çap olunmuşdur.


25.11.2015

ƏRƏB DÖVLƏTLƏRİ LİQASISININ TƏŞKİLAT RƏHBƏRİ İNSTİTUTUMUZUN QONAĞI OLDU

25 noyabr 2015-ci il tarixdə Ərəb Dövlətləri Liqasısının təhsil, mədəniyyət və elm məsələləri üzrə təşkilatının (ALESCO) baş direktoru Dr. Abdullah Hamad Muharəb və onun rəhbərlik etdiyi işçi qrupu AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı oldu. Qonaqlar İnstitutun ekspozisiyası zalında nümayiş olunan mulyajlar, əski-çap kitabları sərgisi, eləcə də institutun fondunda saxlanılan “Qurani-Kərim” nüsxələri ilə yaxından tanış oldular və geniş məlumat əldə etdilər. Ekspozisiya zalında yerləşdirilən informasiya köşkü də qonaqların diqqətini cəlb etdi və onlarda böyük maraq oyatdı. Görüşün sonunda onlar Əlyazmalar İnstitutunda olmaqlarından məmnunluq duyduqlarını bildirdilər.



25.11.2015

BÖYÜK TÜRKMƏN ŞAİRİ MƏHTİMQULU FƏRAQİNİN “DİVAN”I NƏŞR EDİLMİŞDİR

Böyük türkmən şairi Məhtimqulu Fəraqinin “Divan”ı ilk dəfə olaraq Əlyazmalar İnstitutunda saxlanan nüsxə əsasında nəşr etdirilmişdir. Əsərin mətni ilə bərabər fotofaksimilesi də verilmişdir. Akademik İsa Həbibbəylinin elmi redaktorluğu və ön sözü ilə çap edilən əsəri filologiya üzrə elmlər doktoru Paşa Kərimov, türkmən tədqiqatçıları Rəhmanverdi Qodarov və Rəhimməmməd Kurenov müasir əlifbaya transliterasiya etmiş, İsmixan Osmanlı türkmən dilindən Azərbaycan dilinə çevirərək qeyd və izahlar yazmışdır. Paşa Kərimov və İsmixan Osmanlı da kitaba ön söz yazmışlar. Kitabın rəyçiləri akademik Teymur Kərimli, Tükmənistan Elmlər Akademiyasının müxbir üzvü Annaqurban Aşırov və filologiya üzrə elmlər doktoru, professor Məmməd Əliyevdir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014