ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

08.05.2016

XƏTTAT RƏSSAMIN 80 YAŞI TAMAM OLUR

2016-cı ilin mayın 10-da ustad rəssam, ağac üzərində xətt oyma  sənətinin tanınmış nümayəndəsi, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı Seyfəddin Mənsim oğlu Məmmədvəliyevin  80 yaşı tamam olur. 


06.05.2016

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 93-CÜ İLDÖNÜMÜ MÜNASİBƏTİ İLƏ ÜMUMİ YIĞINCAQ KEÇİRİLMİŞDİR

06 may 2016-cı il tarixində  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə ümumi yığıncaq   keçirilmişdir.


04.05.2016

YENİ ƏLYAZMA SURƏTİ ƏLDƏ EDİLMİŞDİR

Əlyazmalar İnstitutu  nəqşbəndi mürşidi Mir Həmzə Nigarinin xəlifəsi, 1880-ci illərin sonları 1890-cı illərin əvvələrində Qazax və Zəngəzur mahalında fəaliyyət göstərmiş, 1893-cü ildə Qazağın Xanlıqlar kəndində vəfat etmiş Hüseyn Yasari Xülusi İstanbulinin ”Nicati-əbədiyyə” adlı divanının surətini əldə etmişdir. Əsər nəqşbəndi təriqəti, onun Azərbaycanda yayılması barədə daha ətraflı məlumat əldə etmək üçün dəyərli mənbələrdəndir.


04.05.2016

GƏNC ALİMLƏR ŞURASININ SƏDRİ QONAĞIMIZ OLMUŞDUR

04.05.2016-cı il tarixdə Özbəkistan Dövlət və Mədəniyyət Universitetinin Gənc Alimlər Şurasının sədri Eldar Yuldaşov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşdur. 


04.05.2016

ELMİ İŞÇİMİZİN MƏRUZƏSİ MARAQLA DİNLƏNİLMİŞDİR

29-30 aprel tarixində “Kitabxana və elmi informasiya” şöbəsinin əməkdaşı Aytən Quliyeva  Qafqaz Universitetində keçirilən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların IV Beynəlxalq Elmi Konfransında  “Cəlil Məmmədquluzadənin məktubları və Molla Nəsrəddin jurnalı” adlı maraqlı elmi məruzə ilə  çıxış etmişdir.



28.04.2016

MƏHTIMQULU FƏRAQİNİN KİTABININ YENİ NƏŞR TƏQDİMATI

28.04.2016-cı il tarixdə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə böyük türkmən şairi Məhtimququ Fəraqi “Divan”ının  Mərkəzi Elmi Kitabxanada təqdimat mərasimi keçirilmişdir. 


02.05.2016

İNSTİTUTUN ALİMLƏRİ BEYNƏLXALQ KONFRANSDA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri 2 may 2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında keçirilən Birinci Türkoloji Qurultayın 90 illik yubileyinə həsr olunmuş “Türksoylu xalqların musiqi mədəniyyətinin tədqiqi problemləri” mövzusunda XV Beynəlxalq elmi-praktik konfransda iştirak etmişlər.


02.05.2016

KİTABXANALAR İNNOVASİYA VƏ MÜASİR TEXNOLOGİYALARIN TƏTBİQİ ŞƏRAİTİNDƏ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun "Əlyazmaların elmi ekspozisiyası və təqdimi şöbəsi"nin böyük laborantı Mustafayeva Səadət Rafahət qızı 25-29 aprel 2016 cı il tarixlərində C.Cabbarlı adına Gənclər kitabxanasında  "Kitabxanalar innovasiya və müasir texnologiyaların tətbiqi şəraitində"  mövzusunda  keçirilən treninqdə iştirak etmişdir.


26.04.2016

ALİMİMİZİN ƏLCƏZAİRDƏ BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞI

16-22  aprel 2016-cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, fil.ü.e.d. Kamandar Şərifov Əlcəzairdə “Əlcəzairdə, ərəb və islam dünyasında ərəb əlyazma irsi: həqiqət və  gələcək” mövzusunda keçirilən Beynəlxalq Elmi konfransda “Əlyazmaların mühafizəsi, tədqiqi və nəşri” mövzusunda geniş məruzə ilə çıxış etmişdir. Məruzədə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazma abidələrinin qorunması, tədqiqi və nəşri, eləcə də ərəb əlyazmaları haqqında müfəssəl məlumat verilmişdir.



26.04.2016

ƏLYAZMAŞÜNAS ALİM BEYNƏLXALQ ELMİ KONFRANSDA ÇIXIŞ ETMİŞDIR

9-14 aprel 2016–cı ildə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar Institutunun “Ərəbdilli  Əlyazmaların tədqiqi şöbəsi”nin müdiri fil.ü.e.d. Kamandar Şərifov 2016-cı ildə Küveytin İslam mədəniyyəti mərkəzi elan edilməsi münasibəti ilə Küveytdə keçirilən Beynəlxalq Elmi konfransda “Səfəvi miniatür məktəbi və Nizami əsərlərinə çəkilmiş miniatürlər” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Azərbaycan Səfəvi miniatur məktəbinin islam incəsənətinin inkişafındakı rolu nəzərə çatdırılmış və bu məktəbin məşhur rəssamlarının Nizami Gəncəvi əsərlərinə çəkdikləri miniatürlər nümayiş etdirilərək, şərhləri verilmişdir. 



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014