ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

05.05.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ KONFRANSDA MARAQLI MƏRUZƏLƏRLƏ ÇIXIŞ ETMİŞLƏR

22-24 aprel 2015-ci il tarixdə Rusiyanın mədəniyyət paytaxtı olan Sankt-Peterburq şəhərində “Asiya və Afrika ölkələrinin mənbəşünaslığı və tarixşünaslığı” adlı növbəti ənənəvi 29-ci beynəlxalq konfrans keçirilmişdir.”Asiya və Afrika dəyişən dünyada” adı altında Sankt-Peterburq Universitetinin şərqşünaslıq fakultəsinin təşkilatçılığı ilə keçirilən bu konfransda Azərbaycandan olan alimlər sırasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun iki əməkdaşı–fil.ü.f.d.Əkrəm Bağırov “Töhfeyi Saminin Bakı nüsxəsələri” və elmi işçi Tahirə Əliyeva “Türk admiralı Piri Rəis və onun “Kitabi-Bəhriyyə” adlı məruzələrlə çıxış etmişlər. Hər iki məruzə şərqşünaslar tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş diskusiya aparılmış, məruzəçilər onlara verilən suallara ətraflı cavablar vermiş və Əlyazmalar İnstitutunda aparılan elmi tədqiqatlarla bağlı konfrans auditoruyası ətraflı məlumatlandırılmışdır.



05.05.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARI XƏTTAT MİRZƏ ƏSƏDULLAHIN ANIM GÜNÜNDƏ İŞTIRAK ETMİŞLƏR

Bakının Yeni Suraxanı qəsəbəsindəki Mədəniyyət Evində xəttat Mirzə Əsədullah bin Abidin əs-suraxani Badkubinin (1882-1943) anım gecəsi keçirilmişdir. Tədbirdə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal çıxış edərək Azərbaycan xəttatlığından, Təbriz xəttatlıq məktəbindən, onun görkəmli nümayəndələrindən, nəhayət xəttat Mirzə Əsədullahın Əlyazmalar İnstitutunda olan xətt nümunələrindən söz açmışdır. İnstitutun elmi işçilərindən Tahirə Əliyeva xəttatın yaradıcılığında istifadə etdiyi on bir xətt haqqında məlumat vermiş, Musarza Heydərov isə ümumilikdə İslam mədəniyyətindən, Qurani-Kərimin köçürülməsindən, İmam Əlinin ilk dəfə yaratdığı xətt nümunələrindən və onun ardıcıllarından söz açmışdır.


28.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏNİN 70 İLLİYİ MÜNASIBƏTİLƏ YIĞINCAQ KEÇİRİLDİ

Yığıncağı giriş sözü ilə açan Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov qeyd etdi ki, sovet dövründə təntənə ilə qeyd edilən bir sıra ildönümləri, yubileylər müstəqillik dövründə artıq əhəmiyyətini itirmişdir, lakin faşizm üzərində qələbəni Azərbaycanda mütləq yad etmək lazımdır. Bu qələbədə Azərbaycan xalqının, neftimizin rolu əvəzsizdir. Bu müharibədə Azərbaycan xalqı böyük itkilər vermişdir. Bəşəriyyətin faşizmdən qurtulmağında Respublikamızın özünəməxsus rolu olmuşdur.
Sonra çıxış edən İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli bildirdi ki, Ümummilli Lider Heydər Əliyev müstəqqillik dövründə İkinci dünya müharibəsi veteranlarına layiq olduğu hörmət və ehtiramın bərpa edilməsində əvəzsiz xidməti olmuşdur. Prezidentimiz İlham Əliyev də onun yolunu davam etdirərək qələbənin 70 illiyinin layiqincə qeyd edilməsilə bağlı sərəncam imzalamışdır.


23.04.2015

ƏLYAZMALAR İNSTİTUTU TƏRƏFİNDƏN DAHA BİR AZƏRBAYCAN ŞAİRİNİN DİVANI ƏLDƏ EDİLMİŞDİR

Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Paşa Kərimov Ağqoyunlular və Səfəvilər dövründə yaşamış (XV-XVI əsrdə) Azərbaycan şairi Əhməd Şövqi Təbrizinin lirik şeirləri toplusunun- divanının Ankara Milli Kitabxanasında saxlanan nüsxəsinin surətini əldə etmişdir. Təzkirələrdə verilən məlumata görə, Şövqi Təbrizi uzun bir ömür yaşamış, Şah İsmayıl Xətainin oğlu Sam Mirzənin katibi–münşisi vəzifəsini icra etmiş, sonradan mühacirət edərək 1547-ci ildə Kabildə vəfat etmişdir. Şairin anadilli divanına onun qəzəl, qəsidə, mürəbbe, müxəmməs, tərkibənd, tərcibənd, mərsiyə, müstəzad, rübai, bayatı və gəraylılar daxil edilmişdir.



23.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN QOCAMAN RƏSSAMI FƏXRƏDDİN ƏLİNİN ƏSƏRLƏRİNDƏN İBARƏT SƏRGİ MARAQLA QARŞILANDI

22 aprel 2015-ci il tarixində Bakı şəhərinin Vəcihə Səmədova adına sərgi salonunda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qocaman və tanınmış rəssamı Fəxrəddin Əlinin rəsm əsərlərindən ibarət “Azərbaycan Muğamı Miniatürlərdə” adlı sərgisinin açılış mərasimi keçirildi. Açılış mərasimində Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Mədəniyyət Nazirliyinin, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun məsul işçiləri, eləcə də Respublikamızın görkəmli sənət adamları, sənətsevərlər iştirak edirdilər.


22.04.2015

İNSTİTUTUMUZUN ALİMİ MÜKAFATA LAYİQ GÖRÜLDÜ

Tarixi abidələrimizin qorunması, mühafizəsi ilə yanaşı, onların bərbası, tədqiq edilməsi, araşdırılması baxımından ən mühüm məsələlərdən biri də həmin abidələrin üzərindəki yazıların düzgün, səlis, orijinalllığına xələl gətirmədən, təhrif olunmadan oxunmasıdır. Bu isə həmin işi yerinə yetirən şəxsdən dərin bilik, bacarıq və böyük təcrübə tələb edir. Bu baxımdan Əlyazmalar İnstitutunun alimi, fil.ü.e.d., AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu gördüyü mühüm işlər təqdirəlayiqdir. Belə ki, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsi çərçivəsində XII əsrə aid Bərdə İmamzadəsinin tədqiqi və abadlaşdırılması zamanı həmin abidə üzərindəki yazıların oxunması məhz M.Nağısoyluya həvalə olunmuşdur. 2015-ci il aprelin 13-də Bərdə İmamzadəsinin bərpadan sonrakı açılışı münasibətilə keçirilən mərasimdə öz işini lazımi səviyyədə yerinə yetirən alimimizin əməyi yüksək qiymətləndirilmiş və o, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən təşəkkürnamə ilə təltif olunmuşdur.



20.04.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞLARI BEYNƏLXAQ ELMİ KONFRANSDA YAXINDAN İŞTİRAK ETDİLƏR

18 aprel 2015-ci il tarixdə Azərbaycan Universiteti, AMEA A.Bakıxanov adına Tarix İnstitutu, “Gənclərin Elmi Araşdırmalarına Dəstək” İctimai Birliyi və “Səs” Media Qrupunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92 və hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunmuş “UYDURMA ERMƏNİ SOYQIRIMI: YALANLAR, İFTİRALAR; TÜRK-MÜSƏLMAN SOYQIRIMI: FAKTLAR, HƏQİQƏTLƏR” mövzusunda II BEYNƏLXALQ ELMİ KONFRANS keçirildi. 


17.04.2015

ƏLYAZMALAT İNSTİTUTUNUN ALİM VƏ ƏMƏKDAŞLARI AMEA-DA KEÇİRİLƏN MÖHTƏŞƏM KONFRANSDA İNSTİTUTUMUZU YÜKSƏK SƏVİYYƏDƏ TƏMSİL ETDİLƏR

16-17 aprel 2015-ci il tarixdə AMEA-da “İslam Maarifçiliyi və müasir dövr” mövzusunda beynəlxalq konfrans keçirildi. Konfransda Azərbaycanın hökumət və parlament üzvləri, elm və din xadimləri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun rəhbərləri, ölkəmizdəki dini konfessiyaların rəhbərləri, KİV nümayəndələri iştirak edirdi. Plenar iclasdan sonra bölmə iclaslarında “Qloballaşan dünyada islam maarifçiliyinin əhəmiyyəti,” “Multikulturalizm, dinlərarası dialoq və tolerantlıq mühitinin beynəlxalq əhəmiyyəti və bu prosesdə Azərbaycanın rolu” və “Dünya dinləri terrorizm, ekstremizm, separatizm və ksenofobiya təzahürünə qarşı” mövzusunda məruzələr dinlənildi. Müxtəlif mövzuda bölmə iclaslarında AMEA Əlyazmalar İnstitutunun əməkdaşları fil.ü.e.d.,professor Azadə Musayeva, il.ü.f.d.Zəkiyyə Əbilova, elmi işçilər: Rübabə Şirinova və Tahirə Əliyeva çıxışlar etdi.Bununla yanaşı, Əlyazmalar İnstitutunun elmi işçisi Seyfəddin Mənsimoğlunun sənət əsərlərinin – taxta üzərində oyma işlərin sərgisi AMEA-nın əsas binasının foyesində nümayiş etdirildi. Dəyərli sənətkarın əsərləri maraqla qarşılanaraq, AMEA rəhbərliyi və qonaqlar tərəfindən yüksək qiymətləndirildi.



14.04.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA "QORQUDŞÜNASLIQ-200" MÖVZUSUNDA ELMİ SESSİYA KEÇİRİLDİ

14.04.2015-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Kitabi-Dədə Qorqud” abidəsinin aşkarlanmasının və ilk nəşrinin 200 illik yubileyinə həsr olunmuş “Qorqudşünaslıq-200” adlı elmi sessiya keçirildi.Əvvəlcə, iştirakçılar “Kitabi-Dədə Qorqud”a aid kitab və rəsm sərgisinə baxdı.
Elmi sessiyanı giriş sözü ilə açan Əlyazmalar İnstitutun elmi işlər üzrə direktor müavini,fil. ü.e.d. Paşa Kərimov qeyd etdi ki, bugünki sessiya “Kitabi-Dədə Qorqud”un bütün türk dünyasının ən möhtəşəm abidələrindən biri olduğunu göstərir, əsərin Azərbaycanda- Əlyazmalar İnstitutunda tədqiqinin diqqətəlayiq bir tarixi var.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli “Epos mədəniyyəti və nəşr sənəti –“Kitabi –Dədə Qorqud” dastanında katib nizamlanmaları” adlı məruzəsində abidənin bugünə gəlib çatmasında onu yazıya köçürən katiblərin rolundan danışdı. Göstərdi ki, əsər yazıya alınarkən dövrün tələblərinə uyğun olaraq abidə tədqiqatçıların diqqətini cəlb edən bir sıra dəyişikliklərə uğramışdır.


10.04.2015

MƏRAKEŞ KRALLIĞI MİLLİ KİTABXANASININ DİREKTORU VƏ MƏRAKEŞİN AZƏRBAYCANDAKI FÖVQƏLADƏ VƏ SƏLAHİYYƏTLİ SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTNUN QONAĞI OLDU

8 aprel 2015-ci il tarixdə Mərakeş Krallığı Milli Kitabxanasının direktoru prof. İdris Kruz, Mərakeşin Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Həsən Hami Əlyazmalar İnstitutunun qonağı oldular. Qonaqları salamlayan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli onlara Əlyazmalar İnstitutu haqqında ətraflı məlumat verdi. O, ümidvar olduğunu bildirdi ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Azərbaycan Milli Kitabxanası və Mərakeş Krallığının Milli Kitabxanası arasında aprelin 7-də imzalanmış üçtərəfli əməkdaşlıq memorandumu Mərakeş və Azərbaycan xalqlarının mənəvi irsinin öyrənilməsində mühüm əhəmiyyəti olacaq. Görüşdə iştirak edən Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov İnstitutda saxlanılan əlyazma, çap kitabları və sənədlər barədə məlumat verərək bildirdi ki, burada mühafizə edilən ərəbdilli əlyazma və çap kitabları qədimliyi, unikallığı ilə diqqəti cəlb edir. İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli burada əlyazmaların elektron variantlarının çəkilməsi, kataloqlaşdırılması sahəsində görülən işlər barədə ətraflı söhbət apardı.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014