ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

15.02.2018

MƏHƏMMƏD FÜZULİNİN TÜRKCƏ “DİVAN”ININ ƏLYAZMASI “DÜNYA YADDAŞI” PROQRAMI REYESTRİNƏ DAXİL EDİLİB

UNESCO-nun Parisdə yerləşən mənzil-qərargahından Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin adına göndərilən məktubda böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadilli “Divan”ının əlyazmasının “Dünya Yaddaşı” Proqramı Reyestrinə daxil edildiyi bildirilir.


14.02.2018

KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

13 fevral 2018-ci il tarixdə Kolumbiya Respublikasının Azərbaycandakı səfiri Marta Galindo AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Kolumbiya səfirini institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov qarşılayıb. Görüş zamanı Kolumbiya Respublikasının müvafiq institutları ilə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnsititutu arasında əlaqələrin genişləndirilməsi, kadr mübadiləsi, birgə layihələr əsasında elmi-tədqiqat işləri aparmaq və s. məsələlər  müzakirə edilib. 


09.02.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA DİSSERTANTURA VƏ DOKTORANTURAYA QƏBUL HƏYATA KEÇİRİLİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda AMEA-nın Rəyasət Heyətinin müvafiq sərəncamına uyğun olaraq fəlsəfə doktorluğu üzrə dissertanturaya, elmlər doktoru hazırlığı üzrə doktorantura və dissertanturaya müraciət edən şəxslərlə müsahibə keçirilib və elan olunmuş yerlərə müsabiqə yolu ilə qəbul olunmuş şəxslər müəyyənləşdirilib. 



06.02.2018

ƏLCƏZAİRLİ PROFESSOR ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

6 fevral 2018-ci il tarixdə Əlcəzair Vahran Universitetinin iqtisad elmləri və idarəetmə üzrə professoru Əbdülqadir Taibi AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olub. Əlcəzairli qonağı institutun direktor müavinləri, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli, fil.ü.e.d. Paşa Kərimov, elmi katib, fil.ü.f.d. Əzizağa Nəcəfov, Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifli qarşılayıb. 


03.02.2018

İBRAHİM QULİYEVİN TƏRCÜMƏLƏRİ NƏŞR OLUNUB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyevin "Məczub Təbrizi və Foruq Fərruxzadın şeirləri" adlı dərs vəsaiti işıq üzü görüb. Dərs vəsaitində tanınmış tərcüməçi İbrahim Quliyevin iki ayrı-ayrı üslub və dəsti-xəttə malik olan şairin əsərlərindən etdiyi tərcümələr toplanmışdır.  XVII əsrdə yaşamış Məczub Təbrizi klassik ədəbiyyatı, Foruq Fərruxzad isə XX əsrin yeni poeziyasını (şeire-no) təmsil edir. Tərcüməçi farscadan çevirdiyi şeirlərin təkcə orijinaldakı obraz, vəzn, qafiyə sistemini deyil, həm də ruhunu saxlaya bilmişdir. Dərs vəsaitini fars dilindən tərcümə sahəsində uğurlu bir addım hesab etmək olar.
Vəsait mütəxəssislər və ali məktəblərin tərcümə ixtisası üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.



03.02.2018

ƏLYAZMALAR İNSTİTUTUNDA GƏNCLƏR GÜNÜ QEYD EDİLMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda 2 fevral Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir. Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli açaraq Ümummilli Lider Heydər Əliyevin gənclər siyasətindən, Gənclər Gününün təsis edilməsi tarixindən danışmışdır.  O, Ulu Öndərin gənclərlə bağlı ortaya qoyduğu prinsiplərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən də uğurla davam etdirildiyini bildirmişdir. A.Əliyeva-Kəngərli  vurğulamışdır ki, bu gün Azərbaycan dövlətçiliyinin keşiyində cəsarət və ləyaqətlə dayanan bir gənclik yetişmişdir.


03.02.2018

BBC-nin ƏMƏKDAŞLARI ƏLYAZMALAR İNSTİTUTUNDA

Məlum olduğu kimi, BBC Dünya Televiziya Təşkilatının 6-cı kanalı “Bakının tarixi və incəsənəti” adlı sənədli filmin çəkilişi üçün Azərbaycan Dövlətindən rəsmi akkreditasıya almış və yanvar ayının 27-dən respublikamızda çəkilişlər aparmaqdadır. Kanalın əməkdaşları razılaşmaya uyğun olaraq AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda da olmuşlar. Onlar Sərgi salonunda nümayiş etdirilən qədim əlyazma və minatürlarla tanış olmuş, Xatirə kitabına ürək sözlərini yazmışlar. 


03.02.2018

SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevər Cabbarlının tərtib edib, nəşrə hazırladığı kitabda XIX əsr Bakı-Abşeron mühitinin yetirməsi olan Seyyid Zərgərin məşhur İran şairi Sədi Şirazinin “Bustan” əsərindən Azərbaycan dilinə etdiyi nəzmlə tərcüməsi ilk dəfə oxucuların ixtiyarına təqdim olunub. Kitabın ərsəyə gəlməsində AMEA-nın Məhəhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan nüsxələrdən istifadə olunub. Tərtibçi fil.ü.f.d. Sevər Cabbarlı kitaba “Mizanül-ədalət” başlıqlı geniş ön söz yazmış, əsərin sonuna çətin anlaşılan sözlərin lüğətini əlavə etmişdir. 



02.02.2018

TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Tehranın Məclis kitabxanasından Səfəvilər dövründə yaşamış  təbrizli Azərbaycan şairi Heydərinin farsca əsərlər külliyatının surətini əldə etmişdir. Buraya şairin divanı, müxtəlif münasibətlərlə yazdığı şeirlər, qəsidələr daxil edilmişdir. 294 səhifədən ibarət əlyazmada 1572-ci il tarixi qeyd edilmişdir. Təzkirələr göstərir ki, Heydəri gözəl şeirlər müəllifi olmuş, Məkkə və Mədinəni ziyarət etmiş, üç dəfə Hindistana getmiş, orada böyük hörmət qazanmış, sonra vətəninə qayıtmışdır. 


30.01.2018

Mirzə Ağadadaş Münirinin əsərlərindən ibarət kitabın təqdimatı olub

30 yanvar 2018-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında XIX-XX əsrdə yaşayıb-yaratmış görkəmli Azərbaycan şairi Mirzə Ağadadaş Münirinin anadan olmasının 155 illiyi ilə əlaqədar nəşr olunmuş "Mirzə Ağadadaş Müniri. Əsərlər" adlı kitabın təqdimat mərasimi keçirilib.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 36 37 38 39 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014