ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.hieb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.02.2015

VATİKANIN APOSTOL KİTABXANASINDAN HÜRUFI ŞAİRİ SÜRURİ DİVANININ YENI NÜSXƏLƏRİ ƏLDƏ EDİLMİŞDİR

XV-XVI əsrlərdə yaşamış hürufi şairimiz Süruri barədə əlimizdə çox az məlumat vardır. Akademik Həmid Araslı «Böyük Azərbaycan şairi Füzuli» monoqrafiyasında Həbibi, Şahi, Matəmi, Qasımi, Tüfeyli kimi sənətkarlarla bərabər onun da Şah İsmayıl Xətai sarayında fəaliyyət göstərən ədəbi məclisdə iştirak etməsi barədə məlumat vermişdir. H.Araslı Süruridən, müasirlərinin, Füzulinin yaradıcılığna təsir etmiş sənətkar kimi bəhs etmişdir.


02.02.2015

ƏLYAZMALAR İNSTİTUTU İSLAM ƏLYAZMALARI ASSOSİASİYASININ ÜZVÜ SEÇİLİB

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Fuzuli adına Əlyazmalar İnstitutu Boyuk Britaniyanın Kembric Univeritetinin nəzdnində yaradılmıs Islam Əlyazmaları Assosiasiyasının (The Islamic Manuscript Assosation) uzvu secilib.
İslam Əlyazmaları Assosiasiyası İslam Əlyazma kolleksiyalarını qorumaq və onlarla isləyənlərə dəstək gostərmək ucun yaranmıs Beynəlxalq qeyri-kommersiya təskilatıdır. Təskilat Boyuk Britaniyanən Kembric səhərinin mərkəzində yerləsir. Bu təskilat butun dunyada İslam Əlyazmalar kolleksiyalarənən mukəmməl formada qorunmaması və onlardan istifadə imkanlarının tam olmaması ehtiyacından yaranmışdır.


19.01.2015

"20 Yanvar -Ümumxalq hüzn günü" əlaqədar Əlyazmalar İnstitutunda mərasim keçirildi.

Əvvəlcə 20 yanvar şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Mərasimi giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov 1990-cı il 20 yanvar gününün xalqımızın öz azadlıgı uğrunda çarpışanların tarixi olduğunu söylədi. Bildirdi ki, o qanlı gündən 25 il keçməsinə baxmayaraq, şəhid olanlar yaddaşlardan silinməz bir iz buraxmışlar. Onların mübarizliyi bugünkü gəncliyimizə nümunə məktəbidir. Bizim üçün o illərin qaranlıq səhifələri zaman keçdikcə aydınlaşır. Yüz illərdi ki,erməni hiyləgərliyi, xəyanəti xalqımıza bir bəladır. Onların şovinist təbliğat maşını hər gün fəaliyyətdədir. Biz, elm adamları, ziyalılar xalqın önündə olmalı, erməni vandalizmini dünya ictimaiyyətinə hər an çatdırmalıyıq. Terrorla törədilən 20 Yanvar faciəsi son dövrlərin ən qanlı hadisələrindən biridir. Lakin, bu, xalqın qan yaddaşında bir mübarizə günüdür.


07.01.2015

Xəlil Rza Ulutürkün seçilmiş əsərlərindən ibarət kitabın təqdimatı keçirilmişdir

Yeni, 2015-ci il ərəfəsində dekabr ayının 26-da Xalq Bankın Bakıda yerləşən baş ofisində bankın “Xalq əmanəti” adlanan xeyriyyə xarakterli sosial-mədəni layihəsinin səyləri ilə ərsəyə gəlmiş, xalq şairi, istiqlal nəğməkarı Xəlil Rza Ulutürkün seçilmiş əsərlərindən ibarət “Xəlil Rza Ulutürk” adlı bir cildlik poetik toplunun təntənəli təqdimat mərasimi keçirildi.


06.01.2015

"XVI əsr Azərbaycan-türk yazılı abidəsi "Şühədanamə"nin tərcümə və dil xüsusiyyətləri" kitabı işıq üzü görmüşdür.

"Elm və təhsil" nəşriyyatında AMEA-nın müxbir üzvü Möhsün Nağısoylunun "XVI əsr Azərbaycan-türk yazılı abidəsi "Şühədanamə"nin tərcümə və dil xüsusiyyətləri" adlı monoqrafiyası rus dilində çapdan çıxmışdır. Kitabda yazılı abidələrin paleoqrafik, qrafik, tekstoloji, leksik, frazeoloji və sintaktik baxımlardan tədqiqi daxil edilmişdir. Elmi redaktorlar: akademik Tofik Hacıyev və filologiya üzrə fəlsəfə doktoru Şəhla Abdullayevadır.



18.12.2014

ABBASQULU AĞA BAKIXANOVUN "RİYAZÜL-QÜDS" ƏSƏRİ ADLI KİTAB ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylunun Abbasqulu ağa Bakıxanovun "Riyazül-qüds" əsəri adlı kitabı çapdan çıxmışdır. Kitabda görkəmli ədibin tədqiqatdan kənarda qalmış əsəri dil-üslub, bədii sənətkarlıq və digər baxımlardan araşdırılmışdır. Redaktorlar: filologiya üzrə elmlər doktoru Nəsib Göyüşov və filologiya üzrə fəlsəfə doktoru Raqub Kərimovdur.



17.12.2014

ƏLYAZMALAR İNSTİTUTUNDA SƏDİ SANİ QARABAĞİNİN ƏSƏRLƏR TOPLUSU ÇAPDAN ÇIXMIŞDIR

“Elm və təhsil” nəşriyyatında çap edilən kitaba XIX əsr Qarabağ ədəbi mühitinin yetirməsi Sədi Sani Qarabağinin qəzəl, qəsidə, müstəzad, tərcibənd, müxəmməs, təxmis, müsəbbeləri, qoşmaları və mənzum məktubları daxil edilmişdir. Kitabı ön sözlə nəşrə hazırlayanlar filologiya üzrə fəlsəfə doktorları Raqub Kərimov və İlahə Vəliyevadır. Elmi redaktorları: AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu və professor Zaman Əsgərlidir.



15.12.2014

İNSTİTUTUMUZUN ALİMİNİN ÇOX MARAQLI KİTABI İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Elm və təhsil” nəşriyyatında tarix üzrə elmlər doktoru Tahirə Həsənzadənin “XVIII-XIX” əsr Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” adlı kitabı çapdan çıxmışdır. Tarix üzrə elmlər doktoru, professor Şahin Fərzəliyevin elmi redaktorluğu ilə işıq üzü görən kitabda Əfşarlar və Qacarlar imperiyalarının yaranmasında iştirak etmiş hərbçi, diplomat, həkim və digər ictimai-siyasi xadimlər barədə məlumat verilir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014