ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

17.09.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTOR MÜAVİNİ A.ƏLIYEVA-KƏNGƏRLİ MİLLİ KİTABXANADA KEÇİRİLƏN TƏNTƏNƏLİ TƏDBİRDƏ İŞTİRAK ETMİŞDİR

Sentyabr ayının 17-də Milli Kitabxanada Rusiya Milli Kitabxanasının fondlarında qorunan Azərbaycana dair qiymətli materialların və Azərbaycan ədəbiyyatı klassiklərinin əlyazmalarının elektron versiyasının Milli Kitabxanaya təqdimetmə mərasimi, Azərbaycan Milli Kitabxanası ilə Bosniya və Herseqovina Milli Kitabxanası arasında ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumun imzalanma mərasimi və “Azərbaycan inciləri dünya kitabxanalarında” adlı sərginin açılış mərasimi keçirilmişdir.
Mərasimdə çıxış edən Əlyazmalar İnstitutunu direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli bildirmişdir ki, son illərdə dünya kitabxanalarında saxlanılan Azərbaycana aid kitabların araşdırılıb tapılması və onların ölkəmizə gətirilərək zəngin milli fondun yaradılması istiqamətində mühüm işlər görülür. Bu baxımdan Milli Kitabxananın hərtərəfli fəaliyyətindən danışan A.Əliyeva-Kəngərli qeyd etmişdir ki, M.Füzuli adına Əlyazmalar İnstitutunun da rəhbərliyi və ailmlərinin səyi nəticəsində həm Şərq, həm də Avropanın ən məşhur kitabxanalarında saxlanılan qədim əlyazmaların, kitabların, xəritələrin aşkar edilərək İnstitutun fonduna daxil edilməsində böyük nailiyyətlər əldə olunmuşdur.


17.09.2015

IV BAKI BEYNƏLXALQ KİTAB SƏRGİ-YARMARKASINDA İNSTİTUTUMUZUN SƏRGİSİ MARAQLA QARŞILANDI

Sentyabrın 16-da Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən kitab sərgi-yarmarkasının açılışı oldu. Sərgidə Əlyazmalar İnstitutunun əlyazmalar əsasında nəşrə hazırladığı kitablar, türkdilli, farsdilli və ərəbdilli əlyazmaların çap kataloqları, əlyazmaların elektron ekspozisiya nümunələri, xarici dövlətlərin kitabxana və muzeylərində qorunan Azərbaycana aid əlyazmaların bəzilərinin elektron versiyaları və fotofaksimilesi, institutun xəzinəsində saxlanılan nadir əlyazma nümunələri, əslinə uyğun bərpa edilmiş kitab cildləri, bəzi nadir əski çap kitabları və s. nümayiş etdirilirdi. İnstitutumuz tərəfindən sərgilənən ədəbiyyat öz orijinallığı və unikallığı baxımından xüsusilə seçildiyi üçün yarmarkaya gələn yüksək səviyyəli dövlət xadimləri, ziyalılar, xarici qonaqlar, habelə kitab həvəskarları və geniş oxucu kütləsi tərəfindən maraqla qarşılandı və onlarda Əlyazmalar İnstitutunun fəaliyyəti barədə böyük təəssürat yaratdı. Sərgi sentyabrın 18-nə dək davam edəcək.
Sərgidən çəkilən şəkillərə "ətraflı" bölməsində baxa bilərsiz.


16.09.2015

İNSTİTUTUMUZUN ALİMİ BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK ETMİŞDİR

Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli 7-11 sentyabr 2015-ci il tarixdə İtaliyanın Verona şəhərində keçirilən Türk Mədəniyyəti, İncəsənəti və Mədəni İrsin Mühafizəsi IX Beynəlxalq Simpoziumu – İncəsənət Sərgisi”ndə iştirak etmiş və sertifikata layiq görülmüşdür.
Qeyd edək ki, Simpozium hər il Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzinin (Türkiyə), MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin (Azərbaycan) və Verona Universitetinin (İtaliya) birgə təşkilatçılığı ilə keçirilir. Simpoziumun öncəki tədbirləri İspaniya, İtaliya, Azərbaycan və Türkiyə kimi ölkələrdə təşkil olunmuşdur.
 



16.09.2015

BÖYÜK DİLÇİ ALiM AĞAMUSA AXUNDOVUN İTKİSİ BÜTÜN TÜRK DÜNYASINI SARSIDIB

Bilkənd Universiteti Təhsil elmləri İnstitutunun professoru, Bölgə Ölkələri Kurs Proqramının direktoru doktor Rasim Özyürek AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Möhsün Nağısoyluya böyük dilçi alim, türkoloq Akademik Ağamusa Axundovun vəfatı münasibəti ilə baş sağlığı teleqramı göndərib. Teleqramda deyilir:


15.09.2015

TÜRKDİLLİ TƏRCÜMƏ ABİDƏLƏRİ BEYNƏLXALQ KONFRANSDA TƏBLİĞ OLUNACAQ

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu 28 sentyabr – 1 oktyabr tarixləri arasında Bosniya və Herseqovinada keçiriləcək “X Beynəlxalq Böyük Türk Dili Qurultayında” iştirak edəcək. Alim Azərbaycan əlyazmalarının və dilimizin təbliği məqsədi ilə Orta çağ Azərbaycan-türk tərcümə əsərləri əlyazmalarının dil baxımından dəyərləri” mövzusunda məruzə edəcək. Konfrans Bilkənd Universiteti, Sarayevo Universiteti, Yunis İmrə İnstitutu və Türkiyə Azərbaycan Dostluq Əməkdaşlığı və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə keçiriləcək.

 



07.09.2015

GÖRKƏMLİ DİLÇİ ALİM, AKADEMİK AĞAMUSA AXUNDOVLA VİDA MƏRASİMİ KEÇİRİLIDİ. MƏRASİMDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTORU, AKADEMİK TEYMUR KƏRİMLİ VİDA NİTQİ SÖYLƏDİ

Akademik Ağamusa Axundovun zəka məşəli zahirən söndü, ancaq onun alovunun qığılcımları, işığının kvantları tələbələrinin, yaratdığı elmi məktəbin nümayəndələrinin, bütövlükdə Azərbaycan xalqının ürəyində qaldı.

Akademik Teymur Kərimli


04.09.2015

İNSTİTUTUMUZUN ƏMƏKDAŞI OKSFORD UNİVERSİTETİNİN TƏDRİS PROQRAMINDA İŞTİRAK ETMİŞDİR

Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli iyul-avqust aylarında Böyük Britaniyanın məşhur Oksford Universiteti nəzdindəki “Oksford Dil Mərkəzi”ndə təşkil olunan 21 günlük tədris proqramında iştirak etmişdir. Kursu müvəffəqiyyətlə bitirən alim mərkəzin sertifikatı ilə təltif olunmuşdur.



02.09.2015

ƏIYAZMALAR İNSTİTUTU İLƏ MİSİRİN “DARÜL-KUTUB” KİTABXANASI ARASINDA İKİTƏRƏFLİ ƏMƏKDAŞLIQ MÜQAVİLƏSİ İMZALANACAQ

2015-ci ilin 23 fevral tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda qonaq olan Misir Ərəb Respublikası Səfirliyinin mədəniyyət attaşesi – Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydynın və institut rəhbərliyinin təşəbbüsü ilə İslami dəyərlərə söykənən iki xalqın qədim mədəni irsinin, ədəbiyyat və mədəniyyətinin öyrənilməsi üçün Misirin “Darül-Kutub” kitabxanası və Əlyazmalar İnstitutu arasında yeni əlaqələrin qurulması üçün müqavilə layihəsinin hazırlanması qərara alınmışdı.
Misir Mədəniyyət Mərkəzinin müdiri dr.Əhməd Sami Elaydydan aldığımız məlumata görə, müqavilənin şərtləri Misirin “Darül-Kutub” kitabxanası ilə razılaşdırılmış və bu ilin payız aylarında AMEA-nın Əlyazmalar İnstitutunda müqavilənin imzalanması nəzərdə tutulur.


01.09.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI PROFESSOR ƏDALƏT TAHİRZADƏNİN “AŞUROVLAR. SOYUN SƏNƏDLİ TARİXİ” ADLI KİTABI ÇAPDAN ÇIXMIŞDIR

Azərbaycan, Ukrayna və Rusiyanın arxivlərində, onlarca şəxsi arxivdə axtarışlar aparan professor Ə.Tahirzadə çar, Cümhuriyyət, sovet və müstəqillik dönəmləri dövri mətbuatını diqqətlə incələyərək, çoxlu ixtiyarların xatirələrinə baş vuraraq olduqca zəngin material toplayıb və tarixşünaslığımızda indiyədək öyrənilməmiş Aşurovlar nəslinin 300 illik tarixini ortaya qoyub. Çar dönəmində Bakı Şəhər Dumasında 5 deputatla, Cümhuriyyət Parlamentində 1 deputatla və ilk müstəqil dövlətimizdə 1 nazirlə təmsil olunaraq dövlətçiliyimizə xidmət etmiş, Azərbaycan gəmiçiliyi tarixində önəmli yer tutmuş, erməni-müsəlman qırğınlarında soydaşlarımızın müdafiəsini təşkil etmiş... Aşurovların dünəni və bugünü əsərdə Azərbaycan tarixinin şərəfli bir səhifəsi kimi oxuculara təqdim edilir.



01.09.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ALİ MEDİA MÜKAFATI İLƏ TƏLTİF OLUNDU

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, dosent, Zərdabişünas alim Esmira Cavadova Azərbaycanın mətbu irsinin öyrənilməsindəki xidmətlərinə görə Ali Media Mükafatı ilə təltif edilmişdir. Mükafat, diplom, medal və döş nişanı 22 iyul 2015-ci il tarixində “Milli mətbuatın 140 illik yubileyi” ilə bağlı “Gülüstan” sarayında keçirilmiş təntənəli mərasimdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov tərəfindən alimə təqdim olunub. Qeyd edək ki, Esmira xanım Həsən bəy Zərdabi haqqında silsilə məqalə və “Həsən bəy Zərdabinin etnoqrafik görüşləri”, “Həsən bəy Məlikov Zərdabinin Bakı Şəhər Dumasında fəaliyyəti” kimi kitabların da müəllifidir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014