ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

13.09.2017

“SEVDAYİ VƏ ONUN “LEYLİ VƏ MƏCNUN” ƏSƏRİ

“Elm və təhsil” nəşriyyatı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı f.ü.f.d. Nəzakət Məmmədlinin “Sevdayi və onun “Leyli və Məcnun” əsəri” adlı kitabını nəşr edib. Qeyd edək ki, Füzulinin “Leyli və Məcnun” məsnəvisindən öncə yazılmış bu əsərdə Füzulidən çoxlu sayda beytlər yer alıb. Kitabda anadilli şeirimizin gözəl nümunəsi olan bu əsər irfan, poetika və mətnşünaslıq baxımından təhlil edilib. Əsərin Kembric Universitetinin kitabxanasında saxlanılan yeganə nüsxəsinin transfonoliterasiyası və fotofaksimilesi verilib. Kitabın elmi redaktoru fil.e.d. professor Azadə Musayeva, rəyçisi isə fil.e.d. Paşa Kərimlidir.   



13.09.2017

ŞEYXÜLİSLAM HAQQINDA DAHA BİR TƏDQİQAT İŞİ

12 Sentyabr 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Əlirza Ağakərim oğlu Qafarovun “Şeyxülislam Allahşükür Paşazadənin elmi-ictimai fəaliyyəti” (7213.01-Dinşünaslıq ixtisası) mövzusunda dissertasiya işinin seminarı keçirilib. Əlyazmalar İnstitunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsində yerinə yetirilən işin elmi rəhbəri akademik Vasim Məmmədəliyevdir. Giriş, 3 fəsil və nəticədən ibarət olan dissertasiya işi ilə bağlı çıxış edən seminar üzvləri tədqiqatla bağlı fikirlərini bildirmiş və onun yeni mərhələyə buraxılmasını tövsiyə etmişlər. 



11.09.2017

NƏSİB GÖYÜŞOVUN 70 YAŞI TAMAM OLDU

Azərbaycanın tanınmış alimi Nəsib Göyüşovun 70 yaşı tamam olur. Bu münasibətlə həmkarımızı təbrik edir, ona ictimai və elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.  


07.09.2017

ƏKRƏM BAĞIROV – 65

Bu günlərdə tanınmış mətnşünas və təzkirəçi alim Əkrəm Bağrovun 65 yaşı tamam olur. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini bitirən Ə.Bağırov 1979-cu ildən Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda elmi işçi kimi əmək fəaliyyətiə başlamışdır. O, müxtəlif illərdə Əfqanistan və İran İslam Respublikasında tərcüməçi kimi fəaliyyət göstərmiş, bir çox klassik yazılı abidəni dilimizə çevirmişdir. 


05.09.2017

“XVIII-XIX ƏSRLƏR AZƏRBAYCAN ƏDƏBİYYATINDA MÜXƏMMƏS JANRI”

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Nailə Mustafayevanın “XVIII-XIX əsrlər Azərbaycan ədəbiyyatında müxəmməs janrı” adlı kitabı işıq üzü görmüşdür. Kitabda XVIII-XIX əsrlər Azərbaycan poeziyasında müxəmməs janrında yazılmış əsərlər əsasında ədəbiyyatımızın həmin dövrlərlərdəki inkişaf xüsusiyyətləri araşdırılmışdır.  Müəllif əlyazma mənbələrini tədqiq etməklə bir sıra qeyri-mətbu müxəmməsləri də aşkara çıxarmış, indiyədək nəşr edilmiş müxəmməslərdəki səhvləri düzəltməklə oxuculara təqdim etmişdir.
                Kitab “Elm və təhsil” nəşriyyatında işıq üzü görmüşdür.  Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru Paşa Kərimov,  elmi məsləhətçisi akademik Rafael Hüseynovdur.



05.09.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ JURNALLARININ YENİ SAYLARI İŞIQ ÜZÜ GÖRÜB

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” və “Əlyazmalar yanmır” jurnallarının yeni sayları çapdan çıxmışdır.  “Elmi əsərlər” jurnalının 1-ci (4) sayında  filologiya üzrə elmlər doktorları P.Kərimovun, A.Əliyeva-Kəngərlinin, G.Babaxanlının, G.Əliyeva-Kəngərlinin, AMEA-nın müxbir üzvü N.Araslının, filologiya üzrə fəlsəfə doktorları Ə.Nəcəfzadənin, T.Nurəliyevanın, İ.Quliyevin, S.Cabbarovanın, elmi işçilər R.İskəndərlinin, S.Hadıyevanın, A.Məmmədovanın, doktorant Y.Sadıqovanın müxtəlif  mövzularda maraqlı məqalələri dərc edilmişdir. 


04.09.2017

QƏSRİ-ŞİRİN MÜQAVİLƏSİNİN MƏTNİ AZƏRBAYCAN DİLİDƏ TƏRTİB OLUNUB

Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Səfəvilər dövləti ilə Osmanlı dövləti arasında 1639-cu ildə imzalanmış Qəsri-Şirin müqaviləsinin mətnini Məhəmməd Tahir Vəhid Qəzvininin “Abbasnamə” kitabından götürərək transliterasiya etmişdir. Alim aparılan tədqiqat nəticəsində müəyyən etmişdir ki, uzun müddət iki dövlət arasındakı ərazi iddialarına son qoyan bu müqavilə Azərbaycan dilində yazılmışdır. Müqavilə haqqında məlumatı və transliterasiya edilmiş mətnini sizə təqdim edirik.

qesri-shirin1639.docx

 



23.08.2017

İbrahim Tahir Musaye­vin seçilmiş qəzəllər toplusu

"Elm və təhsil" nəşriyyatında XIX əsrin sonu - XX əsrin birinci yarısında yaşamış Qarabağ ədəbi mühitinin yetirməsi, zəngin bədii yaradıcılığa malik şair İbrahim Tahir Musayevin seçilmiş qəzəllər toplusu çapdan çıxmışdır. Şairin nəvəsi Akif Quliyevin tərtib edib nəşrə hazırladığı bu kitabın elmi redaktoru və ön sözün müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimovdur.



08.08.2017

İSRAİL - AZƏRBAYCAN DOSTLUQ CƏMİYYƏTİNİN SƏDRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

2017-ci il 8 avqust tarixində İsraildə fəaliyyət göstərən İsrail - Azərbaycan Dostluq Cəmiyyətinin sədri Anatoli Binyaminov AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunu ziyarət etmişdir. Qonağı institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov qarşılamışdır. Görüş zamanı A.Binyaminov İsraildə saxlanan bəzi şərq əlyazmaları barədə məlumat vermiş, Azərbaycanda saxlanan əlyazmalar barədə bilgi almışdır. Söhbətin sonunda qonaq İsraildə saxlanan orta əsr şərq əlyazmalarını tədqiq etmək üçün Azərbaycanlı araşdırmaçıları vətəninə dəvət etmişdir.



04.08.2017

ƏLYAZMALAR İNSTİTUTU ŞAH İSMAYILIN NƏVƏSİNİN DİVANININ SURƏTİNİ ƏLDƏ EDİB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Almaniyada yaşayan həmvətənimiz Məhəmmədəli Hüseyninin köməyi ilə Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin şeirlər toplusu “Divan”ının surətini əldə etmişdir.
İsmaililərin başçısı Sədrəddin Ağaxanın İsveçrənin Cenevrə şəhərində yerləşən kolleksiyasından alınmış bu “Divan”da şairin fars və Azərbaycan dillərində yazdığı şeirləri toplanmışdır. Maraqlıdır ki, İbrahimin Cahinin anadilli şeirlər toplusunda şifahi xalq ədəbiyyatı janrlarında yazılan şeirlər də vardır.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014