ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA DAHA BİR KİTAB İŞIQ ÜZÜ GÖRDÜ

İnstitutumuzun alimi Nailə Süleymanovanın tərtib etdiyi "İlahiyyata dair əlyazmalar kataloqu"nun ( ərəb, fars və türk dilli əsərlər ) I cildi çapdan çıxmışdır. Bu cilddə qiraət və təcvid mövzusunda əlyazmaların elmi poliqrafik təsvirləri verilmişdir.
Kitabın elmi redaktorları filologiya üzrə elmlər doktorları Paşa Kərimov və Kamandar Şəriflidir.



02.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA SAXLANILAN BİR NEÇƏ CÜNGDƏ- TOPLUDA XVIII ƏSR AZƏRBAYCAN ŞAİRI ZARİ ƏRƏŞİNİN ƏSƏRLƏRİNİN YER ALDIĞI MƏLUM OLMUŞDUR.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVIII əsr Azərbaycan ədəbiyyatı tarixinə dair bir sıra maraqlı materiallar saxlanılmaqdadır. Bunların içində Ağa Məsih Şirvani, Məhcur Şirvani, Nişat Şirvani, Zülali, Xəstə Qasım, Şakir Şirvani, Vidadi, Vaqif kimi məşhur sənətkarlarla bərabər Arif Təbrizi, Arif Şirvani, Saili, Vəsməti, Zabit, Zari kimi, demək olar ki, tanınmayan, adları bəzi tədqiqatlarda çəkilən və ya heç çəkilməyən şairlərin əsərləri də vardır.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014