ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

23.05.2017

NİZAMİNİN MƏŞHUR DAVAMÇISI HAQQINDA QİYMƏTLİ ƏSƏR

Tünzalə Əlizadə qızı Seyfullayeva. Yəhya bəy Dukaqini və onun “Gəncineyi-raz” əsəri. Bakı: Elm və təhsil, 2017, 448 s.
“Elm və Təhsil” nəşriyyatı fil.ü.f.d. Tünzalə Seyfullayevanın “Yəhya bəy Dukaqini və onun “Gəncineyi-Raz” əsəri” adlı kitabını nəşr etmişdir. Kitab iki hissədən ibarətdir. Birinci hissədə şairin həyatı, yaradıcılığı haqqında məlumat verilmiş, “Gəncineyi raz ” əsərinin Bakı əlyazma nüsxəsi tekstoloji-filoloji baxımdan tədqiq edilmişdir. Ikinci hissədə isə şairin bu əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının transfoneliterasiya və təshih edilmiş mətni verilmişdir. Sonda əsərdə işlənən ərəb-fars və qədim türk mənşəli sözlərin lüğəti təqdim edilmişdir. Kitabın elmi redaktorlari fil.ü.e.d., prof.Azadə Musayeva, fil.ü.f.d. Əkrəm Bağırovdur.
Ümid edirik ki kitab təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün maraqlı olacaq.



20.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ ALİ MƏKTƏB MÜƏLLİMLƏRİNİN I FORUMUNDA İŞTİRAK EDİB

19 may 2017-ci il tarixində Bakıda Azərbaycan ali məktəb müəllimlərinin “SABAHın müəllimi” adlı I Forumu keçirilib. Forumda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2 alimi – elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və institutun “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Aynur Nəcəfova iştirak edib. 


17.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI III BEYNƏLXALQ HƏMZƏ NİGARİ TÜRK DÜNYASI MƏDƏNİ İRSİ SİMPOZİUMUNDA İŞTİRAK EDİBLƏR

17 may 2017-ci il tarixində Şamaxı şəhərində Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Amasiya Universiteti, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və Amasiya Azərbaycan Türkləri Kültür-Sanat və Dayanışma Dərnəyinin təşkilatçılığı ilə III Beynəlxalq Həmzə Nigari Türk Dünyası Mədəni İrsi Simpoziumunun açılış mərasimi olub. 


16.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA KONFRANS KEÇİRİLMİŞDİR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş “Azərbaycanşünaslığın aktual problemləri: əsas istiqamətlər və perspektivlər” mövzusunda respublika tələbə elmi-nəzəri konfransı keçirilmişdir. 


16.05.2017

ƏLYAZMALAR İNSTİTUTU YENİ MÜQAVİLƏ İMZALAMIŞDIR

Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu ilə AMEA Naxçıvan bölməsi Əlyazmalar Fondu arasında elmi əməkdaşlıq barədə müqavilə imzalanmışdır. Dörd il müddətinə bağlanmış müqavilədən məqsəd qədim çap kitablarının və əlyazmaların toplanması, bərpası, kataloqlaşdırılması, mühafizəsi, tədqiqi, nəşri və təbliğ yolu ilə Azərbaycan xalqının elmi və ədəbi-mədəni potensialını, həmçinin milli və dini dəyərlərini dünyaya nümayiş etdirməkdir. Tərəflər üzərlərinə əməkdaşlarının qarışılıqlı şəkildə qədim əlyazma və çap kitabları ilə tanış olmasına, tədqiqat məqsədi ilə onların surətlərinin çıxarılmasına şərait yaratmaq, gənc kadrların nəzəri və praktik hazırlığını təşkil etmək və s. vəzifələri götürmüşlər. 



15.05.2017

AZƏRBAYCANLI ALİMLƏRİN MƏQALƏLƏRİ SCOPUS-A DAXİL OLAN MƏCMUƏDƏ ÇAP OLUNUB

Məlum olduğu kimi, bu gün hər birimizin qarşısında duran əsas vəzifələrdən biri Azərbaycanın elmi nailiyyətlərini dünyada təbliğ etmək, iqtisadi-mədəni inkişafımızın elmi əsaslarını beynəlxalq aləmdə yaymaqdır. Bunun isə, ən yaxşı yolu alimlərimizin beynəlxalq elmi cəmiyyətlərlə intensiv əlaqələrinin yaradılması,  ölkədə aparılan elmi tədqiqatların və araşdırmaların nəticələrinin nüfuzlu beynəlxalq jurnallarda nəşrinə nail olmaqdır. Artıq alimlərimiz bu sahədə müəyyən nailiyyətlərə imza atılmışlar. AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun bir neçə əməkdaşının  Yakob Qoqebaşvili adına Telavi  Dövlət Universitetinin SCOPUS-a daxil olan “Elmi əsərlər məcmuəsi”-ndə məqalələrinin nəşrini bu uğurlar sırasına əlavə etmək olar. 


15.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTOR MÜAVİNİ “İLİN ALİMİ” MÜKAFATINA LAYİQ GÖRÜLÜB

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva Kəngərli  Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “İlin alimi” ali media mükafatına layiq görülmüşdür.  Mükafat Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqı tərəfindən keçirilmiş rəy sorğusuna görə ziyalı olaraq, H.Əliyev ideyalarının həyata keçməsi  uğrunda fəaliyyəti , Vətənə, xalqa layiqli xidmətlərinə görə A.Əliyeva Kəngərliyə təqdim edilmişdir.
Hörmətli alimimizi ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar diləyirik.



10.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ANILMIŞDIR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 94-cü  il dönümünə həsr olunmuş anım mərasimi keçirilmişdir.  Tədbiri institutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərli açaraq Ümummilli Liderin həyat və fəaliyyətindən  danışmıdır. 


10.05.2017

TƏLƏBƏLƏR ƏLYAZMALAR İNSTİTUTUNDA TƏCRÜBƏ KEÇİRLƏR

Hal-hazırda Bakı Dövlət Universitetinin fars dili üzrə tərcümə ixtisasının bakalavristura səviyyəsinin əyani şöbəsinin  IV kurs tələbələri tədris planına uyğun olaraq  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunda istehsalat təcrübəsi keçirlər. İstehsalat təcrübəsi aprelin 18-dən mayın 26-dək davam edəcək. On  dörd nəfərdən ibarət tələbə heyəti burada fars dili ilə yanaşı, əlyazma nümunələri, onların mühafizəsi, tədqiqi, qədim xətt növləri və s. ilə tanış olurlar. 



10.05.2017

TEHRANDA “YUSİF VƏ ZÜLEYXA” POEMASI PAŞA KƏRİMOVUN GENIŞ ÖN SÖZÜ İLƏ ÇAP OLUNMUŞDUR

Tehranda XV əsr Azərbaycan şairi Əhmədi Təbrizinin "Yusif və Züleyxa" poeması İstanbulun Mərmərə Universitetində saxlanan yeganə əlyazma nüsxəsi əsasında nəşr edilmişdir. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014