ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.04.2017

DƏRVİŞ MƏHƏMMƏD NİDAİNİN "MƏNAFEÜN-NAS" ƏSƏRİ İŞIQ ÜZÜ GÖRMÜŞDÜR

Dərviş Məhəmməd Nidai. Mənafeün-nas.-Bakı, “Ecoprint”, 2017.-204 s.
        AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Dərviş Məhəmməd Nidainin “Mənafeün-nas” əsərini çap etmişdir. XVI əsrdə yaşamış türk şairi və təbibi Dərviş Məhəmməd Nidai bu əsərini tibbi biliklərə həsr etmişdir. Kitabda qədim dövrün xəstəlikləri, onların əmələ gəlmə səbəbləri, mənşəyi, əlamətləri, müalicə üsulları və dərman vasitələri haqqında məlumat verilir.

Əsər qədim təbabətlə məşğul olanlar və bu sahəyə maraq göstərənlər üçün nəzərdə tutulmuşdur. Əsəri Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal transfonoletirasiya edib nəşrə hazırlamışdır. Altımış babdan ibarət olan kitaba tarix üzrə elmlər doktorları Tahirə Həsənzadə, Fərid Ələkbərli və Axund Hacı Gülbala Fənai rəy vermişlər.



07.04.2017

AZƏRBAYCAN ƏDƏBİYYATI LİTVA MƏTBUATINDA

10 mart 2017-ci ildə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli Vilnüsdə təqdimat tədbirində iştirak etmişdir. Litvanın Trakay şəhərində litvaca nəşr olunan „Trakų zemė“ (“Trakay torpağı”) adlı rayon qəzetinin iki nömrəsində Cəlil Məmmədquluzadənin 2016-cı ildə litvaca işıq üzü  görmüş “Nigarançılıq” kitabının təqdimat tədbiri və həmçinin Mirzə Cəlilin yaradıcılığına həsr edilmiş ədəbi-publisistik məqalə çap edilibdir.

Məqalə “Həmyaşıdların dolayısı yolla görüşü” adlanır. Yazının müəllifi - humanitar elmlər doktoru, dosent, türkoloq araşdırmaçı, Litva Respublikasının Azərbaycan və Türkiyədəki sabiq Səfiri, karay türkü kökənli xanım Halina Kobetskaytedir.

 


07.04.2017

RUHİ BAĞDADİ “DİVAN”ININ DİLİ HAQQINDA DOKTORLUQ İŞİ MÜZAKİRƏ OLUNUB

5 aprel 2017-ci il tarixində  AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin növbəti iclası keçirilib. İclasın gündəliyində duran məsələ Əlyazmalar İnstitutunun elmlər doktoru hazırlığı üzrə dissertantı Aygül Ağamusa qızı Hacıyevanın 5710.01 – Türk dilləri ixtisasından filologiya üzrə elmlər doktoru elmi dərəcəsini almaq üçün təqdim etdiyi “Ruhi Bağdadi “Divan”ının dili” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi olub.  Qeyd edək ki, iş Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevanın rəhbərliyi altında ərsəyə gəlib.


04.04.2017

ƏLYAZMALAR İNSTİTUTU TÜRKİYƏDƏ YAŞAMIŞ HƏMYERLİMİZİN DİVANINI ƏLDƏ ETMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov XIX əsrin sonları-XX əsrin əvvəllərində yaşamış Azərbaycan şairi Molla Əli Talibinin divanının əlyazma surətini Türkiyədən əldə etmişdir. Əslən qarabağlı olan, 1888-ci ildə Cəbrayılda dünyaya gəlmiş M.Ə.Talibi 1913-cü ildə Türkiyəyə köçərək, bu ölkənin müxtəlif yerlərində yaşamışdır. O,1943-cü ildə vəfat etmişdir.
          M.Ə.Talibi atası Molla Səfər kimi Türkiyədə yaşayan nəqşbəndi şeyxi Mir Həmzə Seyid Nigarinin müridi olmuşdur. Talibinin kiçik həcmli divanında Füzuli ruhu, Seyid Nigari təsiri özünü aydın şəkildə göstərməkdədir.



03.04.2017

MÜSTƏQİLLİK DÖVRÜNÜN BƏDİİ ƏDƏBİYYAT VƏ ƏDƏBİYYATŞÜNASLIQ ÜZRƏ İNFORMASİYA RESURSLARINDAN BƏHS EDƏN DİSSERTASİYANIN MÜZAKİRƏSI KEÇİRİLMİŞDİR

3 aprel 2017-ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Kitabxanaşünaslıq və Biblioqrafiya, Şəxsi arxivlərin tədqiqi  şöbələrinin birgə iclasında Cəmilə Xanlar qızı Əzizovanın “Azərbaycan Respublikasının müstəqilliyi illərində bədii ədəbiyyat və ədəbiyyatşünaslıq üzrə informasiya resurslarının vəziyyəti və inkişaf perspektivləri” adlı 3356.01-kitabxanaşünaslıq, bibloqrafiyaşünaslıq və kitabşünaslıq ixtisası üzrə  filologiya üzrə fəlsəfə doktorluğu dissertasiyasının müzakirəsi keçirilmişdir. 


03.04.2017

MƏMMƏDƏLİ SİDQİNİN ŞƏXSİ FONDU

Nailə Səmədova. Məmmədəli Sidqinin şəxsi fondu. Bakı: “Elm və təhsil”, 2017.-748 s.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri,  filologiya üzrə elmlər doktoru Nailə Səmədovanın “Məmmədəli Sidqinin şəxsi fondu” adlı kitabını nəşr etmişdir. Kitabda Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan jurnalist və mühərrir M.Sidqinin adıçəkilən institutda saxlanılan şəxsi arxiv materialları öz əksini tapmışdır. 


31.03.2017

ERMƏNİ SOYQIRIMLARI ƏLYAZMA QAYNAQLARINDA

31 mart 2017-ci il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Akt zalında “31 Mart – Azərbaycanlıların soyqırım günü”nə həsr olunmuş “Ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımlar əlyazma qaynaqlarında” adlı elmi sessiya keçirilmişdir. Sessiyanı giriş sözü ilə açan İnstitutun elmi işlər üzrə direktor müavini fil.ü.e.d. Paşa Kərimov bu faciənin heç zaman unudulmayacağını vurğuladı. Onun sıradan bir tədbir olmadığını, ciddi araşdırmaların nəticəsi kimi meydana cıxdığını diqqətə çatdırdı. Daha sonra  tədbir iştirakçıları 31 mart soyqırımında həlak olan insanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. 


29.03.2017

DOKTORANTURAYA QƏBUL IMTAHANLARININ NƏTİCƏLƏRİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2016-2017-ci tədris ili üçün fəlsəfə doktorluğu hazırlığı üzrə doktoranturaya qəbulun nəticələri məlum olub. Qeyd edilən dövr üçün Əlyazmalar İnstitutunun fəlsəfə doktorluğu hazırlığı üzrə doktaranturasına dörd ixtisas üzrə (3356.01 – Kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq),  (5509.01  – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları), (5716.01 – Azərbaycan ədəbiyyatı və 5721.07 –  mətnşünaslıq) yer ayrılmışdır.


28.03.2017

GÖRKƏMLİ ALIM, DƏYƏRLİ ZİYALI

... Ara-sıra Mirzə Cəlilin kefli İsgəndərinə məxsus məşhur bir ifadəni xatırlayıram.
- Müəllimlərim mənə deyərdi ki, alim ol! Bir kəs demirdi ki, oxu, adam ol!
Müdrik kəlamdır! Təəssüf ki, həyatda heç də həmişə yaxşı alim və yaxşı insan ifadələri məna etibarı ilə üst-üstə düşmür, fərqli anlayışlar kimi ortaya çıxır. Nümunələr çoxdu, amma, istisnalar da var. Belə xoşbəxt istisnalara aid olanlardan biri də görkəmli tədqiqatçı alim, dəyərli ziyalı, parlaq zəka, nurlu ürək sahibi, eyni müəssisədə çalışdığımızla qürur duyduğum tarix elmləri doktoru, təcrübəli pedaqoq, hamımızın sevimlisi Tahirə xanım Həsənzadədir. 


14.03.2017

İSLAM HƏMRƏYLİYİ İLİNƏ TÖHFƏ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  elmi şurasının qərarı ilə nəşr edilmiş Fərhad Mirzə Qacarın “Səfərnamə” əsərinin təqdimat mərasimi keçirilmişdir. Kitabda Qacar sülaləsinin nümayəndəsiAbbas Mirzə Naibüssəltənənin oğlu Fərhad Mirzə Qacarın 1875-1876-cı illərdə Məkkəyə səfəri və Kəbə ziyarətindən danışılır. Kitabı farscadan Azərbaycan dilinə tanımış tarixçi alim, tarix ü.e.d. Tahirə Həsənzadə çevirmişdir.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014