ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.06.2017

ELMİ ŞURANIN 2017-Cİ İLİN BİRİNCİ YARISININ YEKUNLARINA DAİR HESABAT İCLASI KEÇİRİLİB

7 iyun 2017-ci il tarixdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilmişdir. İclasda şöbələr üzrə 2017-ci ilin birinci yarısında görülən işlərin hesabatı dinlənilib.


06.06.2017

AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında” 10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  2017-ci ilin noyabr ayında İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma abidələrinin tədqiqinə həsr olunmuş “Azərbaycan əlyazmaları dünya kitabxanalarında” mövzusunda II  Beynəlxalq elmi konfransın keçirilməsi nəzərdə tutulur.


06.06.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA MOLLA PƏNAH VAQİFƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLƏCƏK

Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” 12 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda  2017-ci ilin oktyabr ayında Molla Pənah Vaqifin 300 illik yubileyinə həsr olunmuş “Molla Pənah Vaqif: sələflər və xələflər – XVIII əsr əlyazmaları və Azərbaycan mədəniyyətinin tarixi problemləri” mövzusunda XV ənənəvi Respublika elmi konfransının keçirilməsi nəzərdə tutulur


05.06.2017

Akademik Teymur Kərimli magistrların imtahanlarında iştirak edib

5 iyun 2017 ci il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli institutun magistrantlarının yay sessiyasında keçiruilən ilk imtahanlarında iştirak edib və imtahanların gedişi ilə maraqlanıb. Qeyd edək ki, magistrantlar həmin gün muzeyşünaslıq ixtisası üzrə Azərbaycan mədəniyyətşünaslığı və onun aktual problemləri və kitabxanaşünaslıq ixtisası üzrə Mətnşünaslığın tarixi və nəzəri əsasları fənlərindən imtahan veriblər.



05.06.2017

Əlyazmalar İnstitutunun magistrantı təltif olunub

AMEA prezidentinin 23 yanvar 2017-ci il tarixli sərəncamına uyğun olaraq Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasında təhsil alan tələbələr arasında “Magistr-2017” adlı müsabiqəyə yekun vurulmuşdur. Müsabiqənin nəticələrinə əsasən, Əlyazmalar İnstitutunun “Dünya və Azərbaycan kitabşünaslığı (mətnşünaslıq)” ixtisası üzrə təhsil alan 1-ci kurs magistrantı Atabəyli Nəzrin Namiq qızı AMEA prezidentinin 16 may 2017-ci il tarixli sərəncamı ilə 2-ci dərəcəli diplom və 1000 manat pul mükafatı ilə təltif olunub. Diplomu və pul mükafatını magistranta AMEA-nın prezidenti, akademik Akif Əlizadə təqdim edib.



30.05.2017

AZƏR BUZOVNALI HAQQINDA DƏYƏRLİ TƏDQİQAT İŞİ

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” və “Türkdilli əlyazmaların tədqiqi” şöbələrinin birgə iclasında  adıçəkilən institutun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin elmi işçisi Könül Sabir qızı Bağırovanın 5716.01 – “Azərbaycan ədəbiyyatı” ixtisasından filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi “Azər Buzovnalının poetik irsi” mövzusunda dissertasiyanın ilkin müzakirəsi olub.


24.05.2017

AKADEMİK TEYMUR KƏRİMLİ AMEA-NIN RƏYASƏT HEYƏTİNDƏ MÜASİR AZƏRBAYCAN DİLİ HAQQINDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar Institutunun direktoru, akademik Teymur Kərimli "Müasir Azərbaycan dilini necə bilirik? Problemin qoyuluşu və həlli yolları" mövzusunda məruzə ilə çıxış edib.


23.05.2017

HİKMƏT XƏZİNƏSİ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin elmi işçisi Kəlamə Abbasovanın fars dilindən tərcümə etdiyi Hacı Süleyman Qacar İrəvaninin “Hikmət xəzinəsi” əsəri işıq üzü görüb. Kitab Əlyazmalar İnstitutunun elmi şurasının qərarı ilə nəşr olunub. Əsərdə XVIII əsrin məşhur təbiblərindən olmuş Hacı Süleyman Qacar İrəvaninin təbii bitkilər və sadə vasitələrlə müalicə üsullarından danışılır. Kitab dörd hissədən ibarətdir. Əczaçılıqda istifadə olunan vasitələrin forma və xüsusiyyətləri haqqında dolğun məlumat verilməsi əsərin dəyərini daha da artırır. “Avropa” nəşriyyatında işıq üzü görən kitabın redaktoru tarix.e.d. Azərbaycanın Tibb tarixçiləri birliyinin prezidenti Fərid Ələkbərlidir.    



23.05.2017

NİZAMİNİN MƏŞHUR DAVAMÇISI HAQQINDA QİYMƏTLİ ƏSƏR

Tünzalə Əlizadə qızı Seyfullayeva. Yəhya bəy Dukaqini və onun “Gəncineyi-raz” əsəri. Bakı: Elm və təhsil, 2017, 448 s.
“Elm və Təhsil” nəşriyyatı fil.ü.f.d. Tünzalə Seyfullayevanın “Yəhya bəy Dukaqini və onun “Gəncineyi-Raz” əsəri” adlı kitabını nəşr etmişdir. Kitab iki hissədən ibarətdir. Birinci hissədə şairin həyatı, yaradıcılığı haqqında məlumat verilmiş, “Gəncineyi raz ” əsərinin Bakı əlyazma nüsxəsi tekstoloji-filoloji baxımdan tədqiq edilmişdir. Ikinci hissədə isə şairin bu əsərinin AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının transfoneliterasiya və təshih edilmiş mətni verilmişdir. Sonda əsərdə işlənən ərəb-fars və qədim türk mənşəli sözlərin lüğəti təqdim edilmişdir. Kitabın elmi redaktorlari fil.ü.e.d., prof.Azadə Musayeva, fil.ü.f.d. Əkrəm Bağırovdur.
Ümid edirik ki kitab təkcə mütəxəssislər üçün deyil, geniş oxucu kütləsi üçün maraqlı olacaq.



20.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ ALİ MƏKTƏB MÜƏLLİMLƏRİNİN I FORUMUNDA İŞTİRAK EDİB

19 may 2017-ci il tarixində Bakıda Azərbaycan ali məktəb müəllimlərinin “SABAHın müəllimi” adlı I Forumu keçirilib. Forumda AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun 2 alimi – elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə və institutun “Əlyazmaların elmi ekspozisiyası və təqdimi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d. Aynur Nəcəfova iştirak edib. 


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014