ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.09.2016

ƏMƏKDAŞIMIZ İRANDA ƏRDƏBİL GÜNLƏRİ TƏDBİRİNDƏ İŞTİRAK ETMİŞDİR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun ”Kitabxana və elmi informasiya “ şöbəsinin böyük elmi işçisi Sonaxanım Hadıyeva (Sona Xəyal) İran İslam Respublikasının Ərdəbil şəhərində 21-27 iyul 2016-cı il tarixində Ənənəvi Ərdəbil Həftəsinin “Ərdəbil günləri”nin (Şah İsmayıl Xətainin taxta çıxdığı günlər) iştirakçısı olmuşdur. Sonaxanım Hadıyeva həftəiçi proqramlara,  o cümlədən “Qiymətli daşlar” sərgisinə, musiqili-ədəbi gecəyə, sənət hövzəsinə, ziyalıların toplantısına  və ənənəvi şeir gecəsinə qatılmış, tədbirlərdə çıxış etmiş və Ərdəbil televiziyasına müsahibə vermişdir.                                                                                                             



31.08.2016

CEYHUN HACIBƏYLİNİN MÜHACİRƏT HƏYATINA DAİR YENİ KİTAB

 “Şərq-Qərb” nəşriyyatında görkəmli Azərbaycan ədibi Ceyhun Hacıbəylinin məktublarından ibarət “Qürbətdən gələn səslər” adlı kitab nəşr edilmişdir. Kitab C. Hacıbəylinin 125 illik  yubileyinin keçirilməsinə dair Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamına əsasən işıq üzü görmüşdür. Kitabın tərtibçisi Aslan Kənandır. Kitabın redaktoru Əlyazmalar İnstitutunun direktor müavini, fil.ü.e.d.Paşa Kərimov, rəyçisi institutun əməkdaşı, fil.ü.e.d Nailə Səmədovadır.



14.08.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ YAPONİYADA BEYNƏLXALQ SİMPOZİUMDA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nəzakət Məmmədli 2-4 avqust 2016-cı il tarixlərində Yaponiyanın Okinava şəhərində “Dil, linqvistika, ədəbiyyat və Təhsil” (İnternational Symposium on Language, Linguistics, Literature and Education)” adlı Beynəlxalq Simpoziumda iştirak edib.


05.08.2016

"1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü”

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Səbail rayon MKS-nin Mərkəzi Kitabxanasında “1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü” münasibətilə tədbir keçirilib. 


22.07.2016

YENİ KITAB

“Elm və təhsil” nəşriyyatında “Həsən bəy Zərdabi (Məlikov). Elmi –köməkçi biblioqrafik göstərici” adlı yeni kitab işıq üzü görmüşdür. Kitab Azərbaycan MEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu Elmi Şurasının 11 fevral 2015-ci il tarixli 01№-li iclasının qərarı ilə nəşr edilmişdir. Kitabın tərtibçisi və ön sözün müəllifi İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru, Ali Mediya Mükafatçısı Esmira Cavadovadır. Kitabın elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru fil.ü.e.d. Aybəniz Əliyeva-Kəngərlidir.


01.07.2016

TƏBRİK EDİRİK

14 iyun 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun doktorantı Əbilova Zəkiyyə Ağababa qızı AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda “Axund Hacı Ağamirzə Əbdülkərim ağa Badkubinin yaradıcılığında islam əqaidi” mövzusunda doktorluq dissertasiya   müdafiə etmişdir. Həmkarımızı təbik edirik.


30.06.2016

TVİNNİNQ LAYİHƏSİNİN MÜŞAVİRİ İNSTİTUTUMUZUN QONAĞI OLMUŞDUR

25 iyun 2016-cı il tarixdə  Mədəniyyət və Turizm Nazirliyi Avropa İttifaqı ilə birlikdə “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” tvinninq layihəsinin Azərbaycandakı yerli müşaviri Alessandro Bianki AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun qonağı olmuşdur.


28.06.2016

DÜNYA AZƏRBAYCANLILARI IV QURULTAYININ NÜMAYƏNDƏ HEYƏTİNİN ÜZVLƏRİ QONAĞIMIZ OLMUŞLAR

24 iyun 2016-cı il tarixdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Dünya Azərbaycanlılarının IV Qurultayının nümayəndə heyətinin üzvləri, İsveçdə fəalliyyət göstərən Azərbaycan Diaspora təşkilatının yaradıcısı, hal-hazırda Stokholm Şəhər İcra Hakimiyyəti aparatının şöbə müdiri müavini, şəhər məhkəməsi hakiminin köməkçisi Leyla Kiani, Küveytdəki Azərbaycan_-Küveyt dostluq cəmiyyətinin təşkilatçısı və rəhbəri Könül Hacızadə və bu təşkilatın fəalı Bədi əl Əloudi ilə görüş keçirilmişdir. 


14.06.2016

NOVBƏRİ DİVANININ İLK NƏŞRİ

“Elm” nəşriyyatında XIX əsrin sonları XX əsrin birinci yarısında yaşamış “Novbəri” təxəllüslü Kərbəlayi Qara Məşədi Süleyman oğlu  Əliyevin lirik şeirlər toplusu-divanı çapdan çıxmışdır. Buna qədər C. Nağıyeva və T. Nurəliyeva şairin Füzuli qəzəllərinə yazdığı təxmisləri nəşr etdirmişdilər. Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tahirə Nurəliyeva Novbərinin divanını müasir əlifbaya transfoneliterasiya etmiş, kitaba ön söz yazmışdır. Kitabda ərəb-fars sözlərinin ayrıca lüğəti verilmişdir.
    Kitabın redaktoru Hacı Mustafa Mailoğludur.



08.06.2016

ƏMƏKDAŞIMIZ ŞRİ-LANKA SDR-DƏ ELMİ SİMPOZİUMDA MARAQLI MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Nəzakət Məmmədli 30 may - 3 iyun, 2016-cı il tarixlərində Şri-Lanka Sosialist Demokratik Respublikasının Oluvil şəhərində yerləşən Soush Eastern Universitetinin təşkil etdiyi “Ərəb dili və islam araşdırmalarının milli inkişafda rolu” mövzusunda simpoziumda iştirak etmişdir.


<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014