ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

20.10.2016

ƏMƏKDAŞIMIZ TÜRKİYƏDƏ KONQRESDƏ

2016-cı ilin 12-14 oktyabr tarixlərində Türkiyənin Ağrı şəhərində keçirilən “II Uluslararası sosial bilimlər” konqresində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi şöbəsin”nin elmi işçisi Tahirə Əliyeva iştirak etmişdir. Konfrans Ağrı şəhər valiliyi, İbrahim Çeçen Unversiteti və Selçuk Universiteti tərəfindən təşkil olunmuşdur. 


18.10.2016

ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİN TƏHSİLƏ İNTEQRASİYASI DAVAM EDİR

Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin “SABAH” qruplarının 3-cü kurs tələbələri 18 oktyabr 2016-cı il tarixində AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olmuşlar. İnstiutumuzun aparıcı elmi işçisi, fil.ü.f.d. Aynur Nəcəfovanın rəhbərliyi altında tələbələr “Türk xalqları ədəbiyyatı” fənni çərçivəsində əlyazmaların elmi ekspozisiyası ilə tanış olmuşlar. 


18.10.2016

YENİ NƏŞRLƏR

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Elmi əsərlər” (№2 (3)2016) və “Əlyazmalar yanmır” (№2 (3)2016) adlı elmi məqalələr toplusunun yeni nömrələri işıq üzü görmüşdür.



17.10.2016

ALLAH RƏHMƏT ELƏSİN!

16 oktyabr  2016-cı il tarixində görkəmli mətnşünas, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Mehri Qafar qızı Məmmədova dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, səbr diləyirik. Bu gün torpağa tapşırılan mərhumənin üç mərasimi sabah Təzəpir məscidində təşkil olunacaqdır. 



17.10.2016

ƏMƏKDAŞIMIZIN MƏQALƏSİ XARİCİ MƏTBUATDA

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadənin ABŞ-ın Cənubi İllinois Universitetinin (Southern İllinois University) nəşr etdirdiyi nüfuzlu, impakt faktorlu  “Dil və ədəbiyyat haqqında toplu”  jurnalının (“Journal Papers on language and literature”) 2016-cı il üzrə 4-cü nömrəsində  “Nizaminin “Xosrov və Şirin” poemasında at heykəl obrazı” (“The image of the horse Statute in Nizami`s poem Khosrow and Shirin”) adlı məqaləsi dərc olunmuşdur. 


12.10.2016

MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA MULTİKULTURALİZMƏ HƏSR OLUNMUŞ RESPUBLİKA KONFRANSI

12.10.2016-cı il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikultural yazılı abidələrin - əlyazmaların tədqiqi məsələləri” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilmişdir. Konfransı açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli 2016-cı ilin Azərbaycan Prezidentı İlham Əliyev tərəfindən multikulturalizm ili elan edilməsinin beynəlxalq ictimaiyyətin diqqətinin respublikamıza yönəlməsində böyük rol oynadığını bildirmişdir. 


05.10.2016

ELAN

12 oktyabr 2016-cı il tarixdə saat 11:00-da Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Multikultural yazılı abidələrin - əlyazmaların tədqiqi məsələləri” mövzusunda RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANSI keçiriləcəkdir.


29.09.2016

MƏMAİNİN ŞEİRLƏR KİTABI İŞIQ ÜZÜ GÖRDÜ

“Elm və təhsil” nəşriyyatında  Məmo bəy Məmainin “Şeirlər”  kitabı işıq üzü görmüşdür. Kitabda XIX əsr Qarabağ şairi Məmo bəy Məmainin Azərbaycan dilində yazdığı şeirlər ilk dəfə tam şəkildə oxuculara təqdim olunur. Kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutnda saxlanılan əlyazmalar əsasında hazırlanmışdır.
Kitabı tərtib edən, nəşrə hazırlayan və ön sözün müəllifi Əlyazmalar İnstitutunun “Farsdilli əlyazmaların tədqiqi şöbəsi”nin böyük elmi işçisi, fil.ü.f.d., dosent Sevər Cabbarlı, redaktorları AMEA-nın müxbir üzvi, professor Möhsün Nağısoylu və fil.ü.f.d. Əkrəm Bağırovdur.



21.09.2016

YENİ MONOQRAFİYA NƏŞR OLUNMUŞDUR

“Elm və təhsil” nəşriyyatında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 13.06.2016-cı il tarixli 6 saylı qərarı ilə AMEA-nın müxbir üzvü, fil.ü.e.d. Möhsün Nağısoylu və  fil.ü.f.d. Şəhla Abdullayevanın Anonim “Şeyx Sənan” mənzum hekayəti (tekstoloji-filoloji araşdırma və tənqidi mətn) əsəri çapdan çıxmışdır. 


21.09.2016

BEYNƏLXALQ ELMİ JURNALDA ÇAP OLUNMUŞ MƏQALƏ

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi Nəzakət Məmmədlinin “Beynəlxalq Humanitar elmlər, İncəsənət və Ədəbiyyat araşdırmaları”(İnternational Journal of Research in Humanities, Arts and Literature” adlı  impact jurnalda “Şeyx Fəridəddin Əttar və Mövlana Cəlaləddin Rumi yaradıcılığında salikin mənəvi inkişaf prosesi”(The Proses of Spiritual Evolution in Shekh Farduddin Attar and Mevlana Celaleddin Rumi`s Work) adlı məqaləsi çap edilmişdir.



<< Əvvələ (1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 ) Növbəti>>



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014