ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.02.2015

VATİKANIN APOSTOL KİTABXANASINDAN HÜRUFI ŞAİRİ SÜRURİ DİVANININ YENI NÜSXƏLƏRİ ƏLDƏ EDİLMİŞDİR

Osmanlı müəlliflərindən Səhi bəy «Həşt behişt», Qəstəmonulu Lətifi «Təzkireyi-lətifi», Aşiq Çələbi «Məşairüş-şüəra», Qınalızadə Həsən Çələbi «Təzkirətüş-şüəra» adlı təzkirələrində Sürurinin Əcəm diyarından (Azərbaycan və İran) Osmanlı ölkəsinə gəldiyi, adının Süruriyi-Şərqi və ya Süruriyi-Əcəm olduğu, I Sultan Səlimin hakimiyyəti illərində vəfat etdiyi barədə məlumat vermişlər.
Qeyd etmək istərdik ki, son dövrlərə qədər şairin anadilli divanı əldə olmadığından onun yaradıcılığı barədə ətraflı fikir söyləmək mümkün deyildi. Sürurinin surətini əldə etdiyimiz ilk divanı - Vatikanın Apostol kitabxanasından əldə edilmiş nüsxə əsasında artıq onun ədəbi irsi barədə müəyyən elmi fikir söyləmək mümkün olmuşdur. 192 vərəqlik əlyazmanın 184 vərəqinə köçürülmüş 931 beytlik natamam nüsxə əsasında deyə bilərik ki, Süruri Nəsimi ənənələrini davam etdirən, Fəzlullah Nəimiyə Tanrı səviyyəsində sitayiş etdiyini bildirən şair olmuşdur. Füzulinin bir neçə şeirinin onun qəzəllərinə nəzirə olduğunu görürük. Beləliklə, Sürurinin ədəbi irsinin ortaya çıxarılıb tədqiq edilməsini müəyyən mənada ədəbiyyat tariximizdə Nəsimi ilə Füzuli arasındakı boşluğun doldurulması kimi də mənalandırmaq olar.
Süruri divanının Süleymaniyyə kitabxanası nüsxəsində rast gəldiyimiz Nəsimi ruhlu qəzəllərdə Fəzlullaha sitayiş xüsusilə diqqəti cəlb edir. Məsələn:
Fəzli-Həqdən kaşifi-gəncineyi-əşya bizüz,
Alimi-təlimi-elmi-aləmül-əsma bizüz.

Yol bulub Həqdən ələl-ərş istivanın şərhini,
Surəti-Rəhmanə irdük, adəmi-məna bizüz

Ey Süruri, Fəzli-Yəzdanun bəyanunda bu gün,
İsmi-əzəm vəchimüzdür, camiyi-əşya bizüz.

Şair divanının bir yerində vərəq 25b-də,

Fəzlullah mənasını verən hürufilərə məxsus rəmzi işarədən istifadə etmişdir:
Ey Süruri, Fəzl rəbbül-aləminin nuridür,
Surəti-Mehdidəvü İsada oldu müqtəbəs.

Bu beytdəki «Fəzl» sözü xüsusi rəmzi işarə ilə göstərilmişdir. Sürurinin şeirlərindən, həmçinin, onun şiəməzhəb olduğunu, Həzrət Əlini, imamları mədh etdiyini görürük:

Döngil, Süruri, daməni ali-əbayə kim,
Aləmdə dəstgir ola daim sənə Əli.

Sürurinin İstanbulun Süleymaniyyə kitabxanasında saxlanan divanı 26 vərəqə köçürülmüşdür, 667 beytdən ibarətdir. Buraya 90 qəzəl, 3 mürəbbe daxildir.
Manisa nüsxəsi isə məcmuədir, buraya Sürurinin Azərbaycan türkcəsindəki şeirləri ilə bərabər Nəsimi və Nur Seyid Əli adlı şairin farsca şeirləri də daxil edilmişdir. Əlyazmada katib qeydi vardır. Süruri divanının qurtardığı səhifədə oxuyuruq: «Təmam gəşt in divane-şərif fi yovmi-düşənbə fi mahi-məhərrəm əlhəram min şühuri səneyi-səmanə və səb’in və tis’ə miə fi şəhri-Hələb fi astane Bayram Baba qəddəsə sirruhu əzizül-fəqirül həqir Dərviş Mustafa bəndeyi-Müştəba». Buradan məlum olur ki, Süruri divanının Manisa nüsxəsi hicri tarixlə 978, miladi tarixlə 1570-ci ildə Hələb şəhərində Bayram Baba adlı şeyxin dərgahında Dərviş Mustafa adlı katib tərəfindən köçürülmüşdür. Bu əlyazmadakı Süruri divanının digər nüsxələrində rast gəlmədiyimiz bir sıra şeirlər, o cümlədən, Şah İsmayıl Xətaiyə həsr edilmiş mürəbbe böyük maraq doğurur. Süruri divanının surətləri yeni əldə edilmiş Süleymaniyyə və Manisa nüsxələrindən götürdüyümüz iki şeirini diqqətə çatdırırıq.
PAŞA Kərimov filologiya üzrə elmlər doktoru


QƏZƏL
Ey könül, gəl dideyi-təhqiq ilə əşyayə bax,
Kəsrəti-surətdə vəhdət göstərən mənayə bax.

Bilmək istərsən kəlamüllahi-natiq şərhini,
Adəmün vəchində minni əlləməl-əsmayə bax.

Can gözün mazağ kühlindən mühəyyəl eyləyüb,
Surəti-Həqq görmək istərsən, rüxi-zibayə bax.

Dilrübalər çöhrəsindən əndəlibi-qüds olub,
Ərş gülzarına pərviz et, güli-rənayə bax.

Olmaq istərsən Məsihanun dəmi ruhül-qüdüs,
Xızri-vəqt ol, cami-Cəmdə badeyi-həmrayə bax.

İstinab eylər dəxi insani-kamildən fəqih,
Görə bilməz surəti-Rəhmanı, ol əmayə bax.

Ey Süruri, aşiyani-ərşə pərvaz eyləməz,
Qülleyi-Qafi-qidəmdən mənzili-Ənqayə bax.

MÜRƏBBE


Ta kəlamullahi-natiq mühibbi-tənzildir,
Əlləmül-əsmai-hüsnün surəti-təvildir,
Ləşkəri-ərvahə bu söz qüvvəti-təhsildir Kim,
Əlinin Zülfiqarı Şah İsmaildir.

Mətleyi-sübhi-imamətdən doğub xurşidi-zat,
Qərqeyi-nuri-təcəlli oldu xəlqi-kainat,
Çağırur əflakü əcramü cəmadatü nəbat Kim,
Əlinin Zülfiqarı Şah İsmaildir.

Geydi ərş üstündə Rəhman surətin ruhül-əmin.
Lövhi-məhfuzi-ilahi oldu Qurani-mübin,
Zahirən eynül-yəqindür,

batinən həqqül-yəqin
Kim Əlinin Zülfiqarı Şah İsmaildür.

Dilrübalər zülfü qaşü kiprigindən ta əbəd,
Əhli-ixlasə səbəqdir «Qul huvallahu əhəd»
Anı təhqiq eylə sən həm Həqdən istərsən mədəd
Kim Əlinin Zülfiqarı Şah İsmaildir.

Anla kim, kövnü məkanın hasili Quran imiş,
İlləti-qayibü qovğayə qəmu insan imiş,
Şah divanında bu söz höccətü bürhan imiş
Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

On səkiz bin aləmin olub imamı Mustafa,
Verdi Quran ilə kövneynə nizamı Mustafa,
Dinləgil sidq ilə kim, budur,kəlami-Mustafa
Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

Alimül-əlavü şərhnameyi-əbrar imiş,
Surəti-mənidə nəqdi-Heydəri-kərrar imiş.
Həm nübuvvət, həm vilayət xətmi bu əsrar imiş
Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

Çünki rəf oldu hicabi-afitab qıl kəfa,
Zahir oldu sirri - «Rəhmanü ələl-ərş istiva»»
Der Həsən xülqi-Rza ilə Hüseyni-Kərbəla
Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

Çün imamət gəldi batin aləmindən zahirə,
İsm olub eyni-müsəmma yetdi əvvəl axirə,
Bildi Zeynülabidin dedi Məhəmməd Baqirə
Kim, Əlinin Zülfiqarı Şah İsmaildir.

Hər həqayiq kim, bəyani-müsh<



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014