ru / en

"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

02.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNDA SAXLANILAN BİR NEÇƏ CÜNGDƏ- TOPLUDA XVIII ƏSR AZƏRBAYCAN ŞAİRI ZARİ ƏRƏŞİNİN ƏSƏRLƏRİNİN YER ALDIĞI MƏLUM OLMUŞDUR.

Adından da göründüyü kimi, əslən şirvanlı olan Zari Ərəşinin əsərlərinə Əlyazmalar İnstitutunda saxlanılan bir neçə cüngdə- topluda rast gələ bilərik. Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır. Qeyd edək ki, qəzəli-müstəzad klasssik ədəbiyyatımızda ən az rast gəlinən janrlardandır. Görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir. Bunlardan biri Şəki xanı Hüseyn xan Müştaqın 1765-1766-cı illərdə tikdirdiyi imarətin, 1769-1770-ci illərdə tikdirdiyi məscidin maddeyi-tarixinin yazıldığı qəzəldir. İkinci şeirində şair Hüseyn xan Müştaqa Şirvanın Nemətabad və Mürsəl kəndlərində koxaların kənd əhalisini incitməsindən şikayət edir. Bundan başqa, A.Dadaşzadə Zarinin fars dilində Nadir şah Əfşarın Şirvanda yerli əhaliyə qarşı zülmünü tənqid edən, ona qarşı mənfi münasibətini ifadə etdiyi farsca yazdığı 1734-1735-ci illərə aid maddeyi-tarixin tərcüməsini vermişdir. Burada Nadir şəriət düşməni, küfr və zəlalət meydanının Rüstəmi adlandırılmışdır. Şair deyir ki, Nadir zülmündən Şirvanda qalmağı mənasız görüb, buradan köçməyə qərara aldım.Adından da göründüyü kimi, əslən şirvanlı olan Zari Ərəşinin əsərlərinə Əlyazmalar İnstitutunda saxlanılan bir neçə cüngdə- topluda rast gələ bilərik. Hüseyn Əfəndi Qayıbov özünün “Azərbaycanda məşhur olan şüəranın əşarına məcmuədir” adlı məcmuəsində Zarinin “Hicran oduna öylə bəni yar yandırır” misrası ilə başalanan qəzəlini, “Eyləmiş tarac canım nəqdin ol nazik bədən” misrası ilə başlanan dörd bəndlik müxəmməsini, “Ey dil, yenə bu dövrdə bir şux dilara” misrası ilə başlanan qəzəli-müstəzadını salmışdır. Qeyd edək ki, qəzəli-müstəzad klasssik ədəbiyyatımızda ən az rast gəlinən janrlardandır. Görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadə “XVIII əsr Azərbaycan lirikası” adlı monoqrafiyasında Zarinin bir neçə əsərinin adını çəkmişdir. Bunlardan biri Şəki xanı Hüseyn xan Müştaqın 1765-1766-cı illərdə tikdirdiyi imarətin, 1769-1770-ci illərdə tikdirdiyi məscidin maddeyi-tarixinin yazıldığı qəzəldir. İkinci şeirində şair Hüseyn xan Müştaqa Şirvanın Nemətabad və Mürsəl kəndlərində koxaların kənd əhalisini incitməsindən şikayət edir. Bundan başqa, A.Dadaşzadə Zarinin fars dilində Nadir şah Əfşarın Şirvanda yerli əhaliyə qarşı zülmünü tənqid edən, ona qarşı mənfi münasibətini ifadə etdiyi farsca yazdığı 1734-1735-ci illərə aid maddeyi-tarixin tərcüməsini vermişdir. Burada Nadir şəriət düşməni, küfr və zəlalət meydanının Rüstəmi adlandırılmışdır. Şair deyir ki, Nadir zülmündən Şirvanda qalmağı mənasız görüb, buradan köçməyə qərara aldım.
Qeyd etmək istərdik ki, Zarinin istedadlı lirik şair olduğunu sübut edən bir sıra şeirlərinə Əlyazmalar İnstitutunda saxlanan cünglərdə rast gəlirik. Bəzi əlyazmalarda şairin adı iki cür: Zari Ərəsi və Hacı Məhəmməd Əfəndi Ağdaşi Zari kimi getmişdir. Məsələn, B-2228 şifrli əlyazma cüngdə şairin Hüseyn xan Müştaqa şeirlə yazdığı cavabda onun adı Hacı Məhəmməd Çələbi Əfəndi Ağdaşi rəhmətullah kimi gedir.
Əlyazmalar İnstitutunda əsasən Zari tərəfindən köçürülmüş bir cüng vardır. Burada XVII əsr şairləri Saib, Qövsi, Səfi, Mövci, Məczub, Kəsbi Ərəsi və Rövnəqinin, XVIII əsr şairləri Asəf Şirvani, Əbdürrəhman Əfəndi Vaiz Şirvani, Zülami Molla Gülü Qarabaği, Katib Kazım, Nabi Əfəndi Şirvani, Saleh, Zari və başqalarının şeirləri daxil edilmişdir.
Əlyazmadakı bəzi maddeyi-tarixlər diqqəti cəlb edir. Rövnəqi adlı şairin “Tarixi-zəlzəleyi-Şamaxı eyzən Rövnəqi əst” başlığı ilə gedən 7 beytlik farsca şeirinin sonuncu beytində XVII əsrdə baş vermiş Şamaxı zəlzələsinin tarixi göstərilir. Görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanov buradakı sonuncu beyti tərcümə edərək maddeyi-tarixdə göstərilən hadisənin vaxtını müəyyən etmişdir:

“Qəza yerin zəlzələsi ilə Şamaxını dağıtdığı zaman,
Tarixi “Şamaxını zəlzələ dağıtdı” oldu.

Bu şeirin son misrasındakı “Hədmi-Şamaxı zəlzələ” tərkibi maddeyi-tarix olub, hicri 1079-cu (miladi 1668) ili göstərir”. Göründüyü kimi, Rövnəqi 1668-ci ildə baş vermiş Şamaxı zəlzələsinə maddeyi-tarix yazmışdır. Lakin əlyazmada XVIII əsdə baş vermiş hadisələrə dair də maddeyi-tarixlər vardır. Cüngü köçürən Zari Ərəsi Məhəmməd Əfəndi Rafeizdənin vəfatına dair yazdığı 6 beytlik şeirinin son misrasında (“Min yüz əlli birdə ruhi-paki getdi dünyadan”) onun hicri tarixlə 1151, miladi tarixlə 1738-ci ildə dünyasını dəyişdiyi göstərilir. Əlyazmanın bir yerində Zari Füzuli qəzəlinə təxmis yazmış Rövnəqinin onun babası olduğunu qeyd edir. Vərəq 195 a-da şair oxucuya belə təqdim olunur: “Təxmisi-qəzəli-Füzuli Rövnəqi rast cəddül-həqir” (“Həqirin-Zarinin-P.Ə) babası Rövnəqinin Füzuli qəzəlinə yazdığı təxmis”. 1738-ci ildə maddeyi-tarix yazan Zari Ərəşinin babasının və ya ulu babasının 1668-ci ildə Şamaxı zəlzələsinə şeir həsr etməsi tamamilə mümkündür. Zarinin babası, XVII əsrdə yaşamış Azərbaycan şairi Rövnəqinin haqqında danışdığımız cüngdəki azərbaycanca şeirləri “Saqinin” rədifli 7 beytlik qəzəldən, Füzuli qəzəllərinə 5, 7 və 6 bəndlik 3 təxmisdən və Şüğlü qəzəlinə bir təxmisdən ibarətdir. Cüngdə Zarinin Məhəmməd Peyğəmbərin mədhinə deyilmiş qəzəl şəklində bir şeiri, 11 qəzəli, Mövlana Məhəmməd Əfəndi Rafeizadənin vəfatı münasibəti ilə yazılmış maddeyi-tarixli qəzəli, Füzuli və Baqinin qəzəllərinə yazılmış iki təxmisi, iki müxəmməsi və bir məsnəvisi vardır. Bir neçə başqa cüngdə də şairin əsərlərinə rast gəlmək mümkündür. Müəllif bəzi şeirlərinin sərlövhəsində “fi naqil əl-həqir” (“nəql edən, çatdıran həqirə məxsusdur”) və “li mühərrir əl-həqir” (“həqir müəllifə məxsusdur”) sözlərini yazmışdır. Bu bir daha sübut edir ki, cüngdəki digər şeirlərlə bərabər öz şeirlərini də köçürən Zari olmuşdur. Zarinin nəzərdən keçirdiyimiz şeirlərində XVIII əsr Azərbaycan ədəbiyyatı üçün xarakterik olan xüsusiyyətləri görmək olar. Bu şeirlərdəki gerçəkliyin realist əksinə meyl, dünyəvi eşqin tərənnümü, ümumiyyətlə, dünyəvilik, nikbin ruh, dilin sadəliyi, xalqın danışıq dilinə yaxınlıq səciyyəvidir. Şairin deyim tərzində, obrazlarında, təşbehlərində, klassik qəzəl dilini sadələşdirmək cəhdində XVIII əsr poeziyamızın ən qabaqcıl nümayəndələrinin yaradıcılığı ilə səsləşmələri müşahidə edirik. Əminik ki, Zari əsərlərinin əlyazmalardan toplanıb tədqiq və nəşr edilməsi onun XVIII əsr ədəbiyyat tariximizin daha ətraflı öyrənilməsinə kömək edəcəkdir.

Zarinin bir neçə şeirini ilk dəfə olaraq diqqətə çatdırırıq.
Paşa Kərimov
filologiya üzrə elmlər doktoru

Qəzəllər

Bir dəm qədəhi-badə gərək, açıla könlüm,
Ta sərv tək azad ola, gül tək gülə könlüm

Rüxsarın ilə kakili-mişkinini görgəc,
Meyl etmədi gülşəndə gülü sünbülə könlüm.

Məcnun kimi bu badiyənin tərkini qılman,
Ta çəkdi sədayi-cərəsi-qafilə könlüm.

Əl çəkmiş idim bəzmi-rübabü dəfü neydən,
Çəkdi yenə ol məclisə bu silsilə könlüm.

Zari, düşəli vərteyi-dəryayi-bəlayə,
Olmadı müyəssər çıxa bir sahilə könlüm.

* * *
Məsciddə varın etmə tələf, bu riyayidir,
Meyxanə içrə gəl ki, qədəhlər həvayidir.

Hər yan vücudumu atəşə yakdım sipənd tək,
Hər nalə kim, qulağa gəlir, can harayidir.

Hər su fənayə verdi gözüm yaşı mərdümim,
Keçmən bu andan ol ki, anın qanlı çayidir.

Gəl sanma bağ ara ki, səri-kuyin itləri,
Qanım töküb içəndə düşən nəqşi-payidir.

Zari, bəlayi-ləşkəri-qəm doldu könlümə,
Guya ki,xatirim qəmü möhnət sarayidir.

* * *
İçdim qədəhi, kövsəri mən xabdə gördüm,
Bu vaqiəni ləli-şəkərbarına yordum.

Baxman yüz əgər göstərə bənə mehrab,
Min bəd yüzüm ol xəmi-əbruyə çevirdim.

Mehrin quşunu can ilə pünhani tutardım,
Nagah xəta eylədim, ağzımdan uçurdum.

Xurşidi-cəhantabə verir nuri-qubari,
Meyxanə qapısın öz əlim birlə süpürdüm.

Zari, gələli başıma ta eşqin həvası,
Səbri dağıdıb xərməni-idraki savurdum.

* * *

Tərcibənd

Sərvi-azadü ərərü şümşad,
Cümlə qıldı sənayi-zatını yad.
Çəmən ətfalinə nəsimi-səhər,
Zikri-təsbihin eylədi irşad.
İndi güldən çü cami-tövhidi,
Əndəlib etdi naləvü fəryad.
Çəkibən sərv başidə yahu,
Qumridir ismi-pakinə mötad.
Hasili hər biri tərənnüm ilə,
Dildə tövhidin eyləmiş övrad.
Ey sənə cümlə kainat güvah,

Vəhədə la ilahə illəllah.
Ey qəmu xəlqə xaliqü məbud,
Əntə fil-kövn vəhədə məscud,
Dar fid-dar kylləma yəğni,
Bə`d bəs əl-qübur əleyk yə`ud
Zariyə qıldı ətiyyə rəhmətini,
Yələk-əl-fəzl vəl kərəm vəl cud.
Bizə həmrah qıl inayətini,
Şəfqətin babın eyləmə məsdud.
Afərinəş tapanda kövnü məkan,
Cümlə məxluq birliginə şühud.

* * * Məsciddə varın etmə tələf, bu riyayidir,

ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014