ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

23.02.2015

ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTORU, AKADEMİK TEYMUR KƏRİMLİ TÜRKİYƏDƏ SƏFƏRDƏ OLMUŞDUR




Yazma Əsərlər Qurumunun nəzdində Kitab Şəfaxanası yaradılıb. Əsərlərin təmizlənməsi, cildinin bərpası və bu kimi işlər burada aparılır. Osmanlı arxivini ziyarət edən nümayəndə heyətimizə arxivin müdir müavini, professor Mustafa Budak 96 milyondan çox arxiv materialının burada qorunduğu haqqında məlumat vermişdir. Bu materiallarının rəqəmsallaşdırılması davam edir. İndiyə qədər çəkilən sənəd fotolarının sayı 10 milyonu ötmüşdür. Burada aparılan bərpa işləri ən muasir avadanlıqlar vasitəsilə davam etdirilir.
Konya Bölgə Yazma Əsərlər Kitabxanasının müdiri Bəkir Şahin kitabxana haqqında və görülən işlər barədə məlumat vermişdir. Çəkilişlərin aparıldığı yeri, xəzinəni və bərpa şöbəsini tanıdan Bəkir bəy, digər bölgələrdən kitabxanaya gətirilib bərpa olunmuş əlyazmalarla da nümayəndə heyətimizi tanış etmişdir. Patalogiya şöbəsində vərəqlərin yuyulması, təmizlənməsi və bərpası, xəzinələrdə olan cücülər, mikro orqanizmlər, göbələklər və bu kimi zərərvericilər haqqında laboratoriyanın kimyagərləri seminar keçirmişlər. Qrup nümayəndələri burada kağızın təmizliyi, bərpası, kağızlarda meydana gələn xəstəliklər, o cümlədən cildləmə barəsində təcrübə mübadiləsi aparmışlar. Sertifikat mərasimində çıxış edən Bəkir Şahin bu cür əlaqələrin hərtərəfli faydalı və gələcəkdə də davam etdirilməsi arzusunda olduğunu söyləmişdir. Tədbirdən sonra heyətimiz Konya Ticarət Otağının dəstəyi ilə yaradılan Karatay Universitetinin Gözəl sənətlər və Tasarım bölümünə dəvət edilmiş, universitetin müəllimi məşhur xəttat Hüseyin Öksüz görülən işlərdən danışmışdır. Sonra isə dekan, prof. dr. Kərim Çınar və rektor ilə səmərəli görüş keçirilmişdir. Səfər Yazma Əsərlər Qurumunun sertifikat təqdimetmə mərasimi ilə başa çatmışdır.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014