ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

13.05.2015

İNSTİTUTUMUZUN ALİMİ ROMADA KEÇİRİLƏN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİB

Fərid Ələkbərlinin moderatorluğu ilə keçirilmiş iclasda “İsa Cəmiyyəti”nin nəşri olan “Katolik sivilizasiya” jurnalının yazarı Luçiano La Rivera “Davamlı inkişaf üçün BMT-nin gələcək Post-2015 gündəliyi: dinlərarası fəaliyyəti əks etdirən ümumi platforma” mövzusunda çıxış edib. Bildirib ki, müxtəlif dinlərin və etnik qrupların nümayəndələri arasında qarşılıqlı anlaşmanın, birgəyaşayışın və dialoqun təmin olunması dünya ölkələrini münaqişəsiz gələcəyə apara bilər.
“Azərbaycan tarixinin xristian səhifəsi dini tolerantlığın əsası kimi” mövzusunda çıxış edən İtaliyadakı Rus Pravoslav Kilsəsinin nümayəndəsi, “Qafqaz Albaniyasında xristianlığın tarixi” adlı kitabın müəllifi Aleksiy Nikonorov müasir qloballaşma dövründə eyni məkanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin bir arada mövcudluğunun mühüm amil olduğunu bildirib. “Avropa müsəlmanları və dinlərarası tərbiyə” mövzusunda çıxış edən ISESCO-nun sivilizasiyalararası dialoq üzrə İtaliyadakı nümayəndəsi imam Yəhya Pallaviçini bildirib ki, kataklizmlərin artdığı dövrdə Azərbaycanın birgəyaşayışın bir modeli kimi təqdim olunması təqdirəlayiqdir. Multikulturalizm və multikonfessionalizm sosial anlayışlar olmaqla sağlam və stabil cəmiyyətin əsasını təşkil edir.
İclasda Bakı Dövlət Universitetinin geologiya fakültəsinin baş elmi işçisi, Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili “Azərbaycanda Alban-udi kilsəsinin dirçəldilməsi yolları və onun status-kvosu”, İtaliyanın “Voks Popoli” "beyin mərkəzi"nin prezidenti Ermanno Vizintayner “Udilərin dilində və liturgiyalarında türkizmlər”, Kembric Universitetinin doktorantı, İnkişaf Araşdırmaları Mərkəzinin əməkdaşı Mariya Kleminson “Tarixi vətəndə və onun hüdudlarından kənarda müasir udi mədəniyyəti”, arxitektor, incəsənət tənqidçisi Paolo Zammatteonun “Qafqazın arxitekturası və simvolik kökləri”, fəlsəfə elmlər doktoru Riçard Danakarinin “Azərbaycan Respublikasında multikulturalizmin siyasi əsasları” mövzularında məruzələri dinlənilib.
Daha sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ilə bağlı müzakirələr aparılıb. Sonda tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, mətbəxi barədə nəşrlər, disklər və digər əyani vəsaitlərlə, ölkəmizdəki multikulturalizm mühitini əks etdirən stendlə tanış olublar.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014