ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

30.06.2015

DAHİ AZƏRBAYCAN ŞAİRİ İMADƏDDİN NƏSİMİNİN ŞEİRLƏRİ İSTANBULUN TOPQAPI SARAY MUZEYİNDƏKI FATEH ALBOMUNDA

Xəttatlar Şeyx Kəmaləddin İsfahani, Əbdürrəhman Cami və İmadəddin Nəsiminin şeirlərini yüksək sənətkarlıqla köçürmüşlər. Naməlum xəttat Nəsiminin şeirlərini gözəl nəstəliq xətti ilə yazmışdır. Qeyd etmək istərdik ki, orta əsrlərdə Yaxın və Orta Şərqdə tərtib edilmiş albomlarda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin şeirlərinə indiyə qədər rast gəlməmişdik. Bu səbəbdən adı çəkilən albomdakı tapıntı böyük maraq kəsb edir. Albomun səhifələrindən birinin sağ tərəfində iki dərvişin boyalı miniatür rəsmi çəkilib. Bu dərvişlərdən biri əlində əsa tutmuşdur. Onlar aralarında söhbət edirlər. Bu rəsmin altında Nəsiminin iki şeiri köçürülüb. Onlardan 7 beytdən ibarət birincisi tam, 3 beytdən ibarət ikincisi natamamdır. Görünür səhifədə ikinci şeirə yer çatmadığından onu sona qədər köçürmək mümkün olmamışdır. Birinci qəzəl: Ey xətün, rəngi üzarun çün bəqəm qatında nil,
Ol cəmalun zikridir zikrüm, zehi zikri-cəmil

-beyti ilə başlanır. Şairin əsərlərinin Bakı nəşrlərində bu beyt
Ey rüxün, rəngi-üzarın çün bəqəm qatında nil,
Ol cəmalın vəsfidir fikrim, zehi-fikri-cəmil

-kimi getmişdir. Cəmi üç beyti köçürülmüş ikinci qəzəl belə başlanır:
Susadum vəslünə, ey çeşmeyi-heyvan, bəri gil,

Yaxma bəhrün daməni minca gil, ey can, bəri gil.

Bakı nəşrlərində bu şeir 10 beytdən ibarətdir. Nəsimi əsərlərinin Bakı nəşrləri ilə müqayisədə hər iki şeirdə bir sıra nüsxə fərqləri diqqəti cəlb edir. Bunu nəzərə alaraq İstanbulun Topqapı sarayı muzeyindəki Fateh albomunda aşkar edilmiş Nəsimi şeirlərini olduğu kimi təqdim edirik:
Ey xətün rəngi üzarun çün bəqəm qatında nil,
Ol cəmalun zikridür zikrüm zehi zikri-cəmil.

Canımı vəqf eylədüm şol arizin uçmağına,
Ta bənim qanum sana çün səlbəsil oldu səbil.

Arizin narında görmüşdür müənbər xalını,
Şol səbəbdən bitəkəllüf narə düşmüşdür Xəlil.

Ol kitabın hiç əql anın rümuzin bilmədi,
Qəmzeyi-qəmmazın ögrati mana biqalü qeyl.

Çün bərabərdür müdam ol zülfi-ariz şivəsi,
Bəs neçün cövrün kəsir olduvü ehsanun qəlil.

Şəm`i-rüxsarı bənüm dəvimə danuxdur bu gün,
Hacəti-höccət degüldür, canə rövşəndür dəlil.

Çün Nəsiminün bu şeiri dilbərün vəsfindədür,
Bilməzəm təlim edər ruhül-qüdüs, ya Cəbrəil.

* * *
Susadum vəslünə, ey çeşmeyi-heyvan, bəri gil,
Yaxma hicrində məni munca gil, ey can, bəri gil.

Şərbəti firqətin acıdur, anı içməm uş,
Ey ləbün gülşəkəri, dərdümə dərman, bəri gil.

Aşiqün damusi yarımdan iraq olduğundur,
Ey cəmalun İrəmü rövzeyi-rizvan, bəri gil.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014