ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.09.2015

GÖRKƏMLİ DİLÇİ ALİM, AKADEMİK AĞAMUSA AXUNDOVLA VİDA MƏRASİMİ KEÇİRİLIDİ. MƏRASİMDƏ ƏLYAZMALAR İNSTİTUTUNUN DİREKTORU, AKADEMİK TEYMUR KƏRİMLİ VİDA NİTQİ SÖYLƏDİ

Hörmətli mərasim iştirakçıları!
Xanımlar və bəylər!

Şeiri oxunanda bu Nizaminin,
Özü də boylanar sözlərdən yəqin!
Gizlənib özünü verməzmi nişan,
Hər beyti sənə min hikmət danışan?
Yüz il sonra sorsan, bəs o hardadır?
Hər beyti səslənər: burda, burdadır!

Dahi Nizaminin özü haqqında peyğəmbərcəsinə dediyi bu sözləri, xalqımızın bu fani dünyadan köç etmiş hər bir böyük yaradıcı şəxsiyyətinə, o sıradan akademik Ağamusa Axundova da şamil etmək olar.
Ağamusa Axundov hərtərəfli inkişaf etmiş şəxsiyyət idi, ensiklopedik zəka idi, belə demək mümkünsə, ulu Tanrının Azərbaycan xalqına bəxş etdiyi zəka məşəllərindən biriydi. Bu məşəlin istisinin, işığının böyük bir hissəsi də Azərbaycan universitet təhsilinin üzərinə düşürdü.
Azərbaycan Dövlət Universiteti Filologiya fakültəsinin bir çox məzunu kimi, mənim də qismətimə onun təkraredilməz mühazirələrini dinləmək xoşbəxtliyi düşüb. O, istedadlı alim olduğu qədər də, istedadlı pedaqoq idi. Yaxşı yadımdadır, özünəməxsus orijinal diksiyası, metal səsi, heyranedici artistizmi ilə “Ümumi dilçilik” fənnindən mühazirə oxuyarkən auditoriyada milçək uçsa, səsi eşidilərdi. Nitqi o qədər təsirli idi ki, tələbələrin birbaşa ürəyinə, beyninə həkk olur, dərsliyə baxmağa ehtiyac qalmırdı. Əslində o qədər yeni elmi məlumatlar verirdi ki, dərslikdə onsuz da, onları tapa bilmirdik.
O, bütöv şəxsiyyət kimi hər cəhəti ilə bizə örnək idi – elə fiziki sağlamlığı, gücü ilə də!
Qədim romalıların belə bir hikmətli sözü var: Mens sana in corpore sano – saf ruh saf bədəndədir. Ağamusa müəllimin də saf bədənində saf bir ruhu vardı.
Akademik Ağamusa Axundovun zəka məşəli zahirən söndü, ancaq onun alovunun qığılcımları, işığının kvantları tələbələrinin, yaratdığı elmi məktəbin nümayəndələrinin, bütövlükdə Azərbaycan xalqının ürəyində qaldı.
Rahat yat, Ustad!
Saf ruhun şad olsun. Qoy sənin zəka məşəlinin işığı qəbrini nurla doldursun.
Allah rəhmət eləsin!



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014