ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

12.10.2015

AZƏRBAYCAN ALİMLƏRİ X ULUSLARARASI BÖYÜK TÜRK DİLİ QURULTAYINDA İŞTİRAK ETMİŞLƏR

Onların sırasında AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Möhsün Nağısoylu, AMEA-nın Naxçıvan filialının Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun şöbə müdiri AMEA-nın müxbir üzvü Adil Bağırov, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutundan professor Roza Eyvazova, Bakı Dövlət Universitetindən professor Zemfira Şahbazova, fəlsəfə doktoru Qızılgül Abdullayeva, dissertant Pərvin Eyvazov, Bakı Slavyan Universitetindən fəlsəfə doktorları Xatirə Abdullayeva və Ziyafət Qasımova, Azərbaycan Dövlət Tibb Universitetindən fəlsəfə doktoru Dürdanə Rəhimzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetindən gənc tədqiqatçı Aynur Qafarlı və s. şəxslər olmuşdur. Yeddi bölmədə öz iclaslarını keçirən qurultayda, əsasən, türk ləhcəsi, türk dili tarixi, türkcənin tədrisi, türk dilləri və dünya dilləri, ümumtürk dili, toponimika və s. məsələlərlə bağlı məruzələr dinlənilmişdir.
Professor Roza Eyvazova və AMEA-nın müxbir üzvü Adil Bağırovun sədrlik etdiyi bölmədə AMEA-nın müxbir üzvü, professor M.Nağısoylu “Əski Azərbaycan-Türk tərcümə əsərlərinin əlyazma nüsxələrinin dil baxımından dəyərləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə orta yüzilliklərdə ərəb və fars dillərindən Azərbaycan türkcəsinə tərcümə olunmuş Mustafa Zəririn “Siyərün-nəbi” (XIV əsr), Əhmədi Təbrizinin “Əsrarnamə” (XV əsr) və Nişatinin “Şühədanamə” (XVI əsr) adlı klassik tərcümə örnəklərinin səciyyəvi imla özəllikləri və leksik xüsusiyyətləri diqqətə çatdırılmışdır. Məruzədə xüsusi olaraq vurğulanmışdır ki, klassik Azərbaycan mütərcimlərinin ən böyük xidməti söz yaradıcılığı sahəsində səmərəli fəaliyyət göstərmələri və tərcümə yolu ilə bir sıra yeni sözləri ədəbi dilə gətirmələri olmuşdur. Bu məsələ qurultay iştirakçılarının böyük marağına səbəb olmuşdur. Onu da qeyd edək ki, məruzə, əsasən, AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda qorunub saxlanılan tərcümə əsərlərinin materialları əsasında hazırlanmışdır.
Qurultayda Azərbaycan nümayəndə heyəti üzvlərindən AMEA-nın müxbir üzvü Adil Bağırovun “Osmanlı Arşiv bəlgələrindəki yer isimlərinin Naxçıvan bölgəsindəki izləri”, filologiya elmləri doktoru, professor Roza Eyvazovanın “Azərbaycan dili və İrandakı Türk ləhcələri”, fəlsəfə doktoru Dürdanə Rəhimzadənin “Oğuz dillərində ərəbcə alınmalarda saitlərlə bağlı səs olayları” mövzusundakı məruzələri də böyük maraqla dinlənilmişdir.
Azərbaycandan gələn nümayəndə heyəti qurultay keçirilən günlərdə ölkəmizin Bosniya və Herseqovinadakı nümayəndəliyində də olmuş və bu diyar haqqında bir sıra maraqlı bilgilər əldə etmişlər.
Azərbaycan nümayəndə heyətinin üzvləri iclaslararası fasilələrdə Türkiyənin elm adamlarından Ənvər Həsənoğlu, Həmzə Zülfüqar, Rasim Özyürək, Kərimə Ustinova, Funda Toprak və Sarayevo Universitetinin professoru Kərimə Filanla görüşmüş, fikir mübadilələri aparmışlar. Nümayəndələr qurultayın sonuncu günü ölkənin məşhur tarixi yerlərindən sayılan Mostar şəhərində və ətraf qəsəbələrdə olmuş, buradakı qədim təkkələri və şəhidlik məzarını ziyarət etmişlər. İşgüzarlıq şəraitində keçən, olduqca müsbət təsir bağışlayan X Böyük Türk Dili Qurultayının yekunu olaraq növbəti iclasın Avropa ölklərindən birində keçirilməsi qərara alınmışdır.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014