ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

16.03.2016

ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ PERSPEKTİVLƏRİ İNSTİTUTUN ELMİ ŞURASINDA MÜZAKİRƏ OLUNDU

“Üzeyir Hacıbəyli arxivinin izahlı təsviri” kitabı çapa tövsiyə edildu. Kitabı nəşrə hazırlayanlar: elmi işçi Aytən İmanova, fil.ü.f.d. Elmira Əlibəyli, redaktor f.ü.e.d. Paşa Kərimovdur. Kitabda Üzeyir Hacıbəylinin Əlyazmalar İnstitutunda qorunan arxiv sənədlərinin izahlı təsviri verilmişdir. 648 səhifədən ibarət olan bu kitab müvafiq olaraq 9 bölməyə ayrılır. Fil.ü.e.d.Aybəniz Əliyeva-Kəngərli və fil.ü.f.d.Mehri Məmmədova kitaba rəyçi təyin olundu.
Əhmədağa Əhmədovun “Qafiyətül-kafiyə” kitabı çapa tövsiyə olunmuşdur. Ərəb əlifbasından mətni transfoneliterasiya edən və çapa hazırlayan Türkdilli əlyazmaların tədqiqi şöbəsinin kiçik elmi işçisi, doktorant Lalə Sultanova, redaktor fil.ü.e.d., prof. Tərlan Quliyevdir. Kitabda fars və Azərbaycan dilli şeirlərdə qafiyənin xüsusiyyətləri izah edilmiş və nümunələr verilmişdir. Kitabın farsca və ərəbcə hissələrinin redaktorları: fil.ü.f.d.Əkrəm Bağırov və böyük elmi işçi Rauf Şeyxzamanlı təyin olundu.
“Klassik poeziyada multikultural dəyərlər” adlı məqalənin “AMEA-nın xəbərləri” jurnalının humanitar elmlər seriyasında dərc olunması üçün tövsiyə edilmişdir. Müəlliflər: fil.ü.e.d. Paşa Kərimov, fil.ü.f.d. İbrahim Quliyevdir. Məqalədə klassik şərq və Azərbaycan ədəbiyyatında özünü göstərən çoxmədəniyyətlilik, dini tolerantlıq məsələləri öz əksini tapmışdır.
“Seyid Əbülqasim Nəbati yaradıcılığında multikultural dəyərlər” adlı məqalənin “AMEA-nın xəbərləri” jurnalının humanitar elmlər seriyasında dərc olunması üçün tövsiyə edildi.Müəlliflər: fil.ü.f.d.Əzizağa Nəcəfov, ilah.ü.f.d.Əkrəm Həsənov, redaktor f.ü.e.d. Paşa Kərimovdur. Məqalədə Nəbati yaradıcılığında özünü göstərən müxtəlif dinlərə sayqı əks olunmuşdur.
İnstitutun elmi katibi, fil.ü.f.d.Əzizağa Nəcəfovun 8-13 fevral 2016-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində yerləşən Paris Sarbon Universitetində “Davamlı təhsil və təhsildə təkmilləşdirmə” kurslarında iştirakı haqqında hesabat məruzəsi dinlənildi.
Aparıcı elmi işçi, f.ü.f.d. Nəzakət Məmmədəlinin 4-7 fevral 2016-cı il tarixində Hindistanın Assan ştatının Guvahati şəhəri Guvahati Dövlət Universitetində təşkil olunan “Hindistan, İran, Türkiyə, Əfqanıstan və Orta Asiya arasında əlaqələr: alimlər, sufilər və şairlər” adlı simpoziumda iştirakı haqqında hesabat məruzəsi dinlənildi.
AMEA prezidentinin 02 mart 2016-cı il tarixli “Gənclər mükafatının təsis edilməsi haqqında” qərarı imzalanmışdır. Əlyamalar İnstitutunun Elmi Şurası bu mükafata əlyazmaların elmi ekspozisiyası şöbəsinin müdiri Babaxanova Nailə Xan qızının namizədliyini irəli sürdü. Əlyazmalar İnstitutunun fəlsəfə hazırlığı üzrə dissertantı Cavadova Rəna Məhəmməd qızına analıq məzuniyyətinə getməsi ilə əlaqədar olaraq təhsildə 3 illik möhlət verildi.
Elmi Şuraya kimyəvi maddələrlə işləyən və kitabların mühafizəsi ilə məşğul olan əlyazmaların gigiyenası və bərpası laboratoriyası əməkdaşlarının iş vaxtının 1 saatadək qısaldılması təklif edildi.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014