ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

08.05.2016

XƏTTAT RƏSSAMIN 80 YAŞI TAMAM OLUR

Seyfəddin Məmmədvəliyev  1960-cı ildə Əzim Əzimzadə adına rəssamlıq məktəbini, 1975-ci ildə isə Mirzəağa Əliyev adına İncəsənət İnstitutunu bitirmişdir. 1964-cü ildən Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Seyfəddin Məmmədvəliyevin qədim sənət nümunəsi olan ağac üzərində oyma sahəsində gördüyü işlər yalnız ölkəmizdə deyil, xaricdə də müvəffəqiyyətlə nümayiş etdirilmişdir. Hazırda onun “Sultan Məhəmməd”  və “Rəhil” adlı işləri Almaniyanın Berlin şəhərində İslam Mədəniyyəti Mərkəzi Muzeyinin ekspozisiyasında saxlanılır. Onun, M. Füzulinin 500 illiyinə həsr olunmuş ağac üzərində oyma işi YUNESKO-nun xətti ilə Paris şəhərində nümayiş etdirilmişdir.
        2007-ci ilin noyabrın 9-16-sı tarixlərində Səudiyyə  Ərəbistanında  keçirilən və Azərbaycan mədəniyyəti çərçivəsində təşkil olunan sərgidə Seyfəddin Məmmədvəliyev də iştirak etmişdir. Onun işi böyük maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək dəyərləndirilmişdir. Ustad sənətkar 2008-ci il 26-31 oktyabr tarixlərində Tunisdə İslam Ölkələri Təşkilatının üzvü olan dövlətlərin konfransında öz sənət əsərləri ilə Azərbaycanı təmsil etmiş, böyük maraqla qarşılanmışdır.
           Onun əl işləri 2014-cü ilin oktyabrında Türkiyənin Şanlı Urfa şəhərində keçirilən Beynəlxalq Simpoziumda da yüksək dəyərləndirilmişdir. Hazırda Əlyazmalar İnstitutunun ekspozisiya zalında Seyfəddin Mənsimoğlunun 12 əl işi nümayiş etdirilməkdədir. Onun müəllifi olduğu dekorativ sənət nümunələri  Bakıda və dünyanın bir sıra ölkələrində şəxsi kolleksiyalarda saxlanılır. Son vaxtlarda onun 24 əl işi repraduksiya halında hazırlanaraq “Metafora” adlı albomda yüksək keyfiyyətlə ictimaiyyətə təqdim edilmişdir. Seyfəddin Məmmədvəliyevə 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar Mədəniyyət İşçisi” fəxri adı verilmişdir. Qocaman ustad sənətkarımız bu gün də iş başındadır və yen-yeni sənət nümunələri üzərində çalışmaqdadır. Onu-80 yaşlı sənətkarımızı səmimi qəlbdən təbrik edir, ona yeni sənət uğurları arzulayırıq!



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014