ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

17.01.2017

ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ İRAN İSLAM RESPUBLİKASINDA SAİB TƏBRİZİ YARADICILIĞINA HƏSR OLUNAN BEYNƏLXALQ ELMİ KONFRANSDA İŞTİRAK EDİBLƏR

Konfransda akademik İsa Həbibbəylinin “Klassik şeirdə yeniləşmə meyilləri və Saib Təbrizi”,  akademik Teymur Kərimlinin “Saib Təbrizi yaradıcılığında poetik ənənə və müasirləşmə”, filiologiya elmləri doktoru Paşa Kərimovun “Hind üslubunun böyük ustadı Saib Təbrizi” mövzusunda məruzələri iştirakçıların böyük marağına səbəb olub.
Konfransda Təbriz Universitetinin Mərkəzi Asiya və Qafqaz şöbəsinin müdiri Əhməd Fərşbafiyan tədbirin əhəmiyyətindən danışıb, Təbriz Universitetinin rektoru, professor Məhəmmədrza Purməhəmmədi Saib Təbrizini Azərbaycan türkcəsi və fars dilində yazıb-yaradan klassik Azərbaycan ədəbiyyatının ən tanınmış nümayəndələrindən biri olduğunu söyləyib.
Tədbirdə, həmçinin Təbriz Universitetinin Ədəbiyyat fakültəsinin dekanı, professor Məhəmməd Mehdipurun “Saib və onun əxlaqi görüşlərinə baxış”, Türkiyə İstanbul Universitetinin professoru Məhəmməd Atalayın “Türkiyədə alimlərin Saib Təbriziyə münasibəti”, gürcü alimi, professor Helen Ginaşvilinin “Gürcüstan şərqşünaslığında Azərbaycan və Saib Təbrizi”, Təbriz Universitetindən İbrahim İqbalinin “Saib şeirinə hind mədəniyyətinin təsiri”, Məhəmməd Xakpurun “Saib şeirlərində mövzu birliyi və motivləri” mövzusunda məruzələri dinlənilib.
Daha sonra Saib Təbrizinin Azərbaycan dilində qələmə aldığı qəzəllərlə bağlı fikir mübadiləsi aparılıb.
Tədbirdən sonra Azərbaycan nümayəndə heyətinin üzvləri Təbriz Universitetinin rektoru Məhəmmədrza Purməhəmmədi ilə görüşüb, təcrübə mübadiləsi barədə müzakirə aparıblar. 
Bir sıra Azərbaycan şairlərinin, o cümlədən Məhəmmədhüseyn Şəhriyarın dəfn olunduğu Şairlər məqbərəsi ziyarət edilib.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014