ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

18.01.2017

AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİNİN XATİRƏSİ ANILIB

Sonra institutun direktoru, akademik Teymur Kərimli çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə sovet imperiyasının işğalçı ordusunun Bakı şəhərinə daxil olaraq, dinc əhaliyə amansızcasına divan tutmasından danışıb. O, həmin məşum  qara yanvar gecəsinin heç zaman unudulmayacağını və xalqımızın yaddaşında əbədi yaşayacağını qeyd edib.
        Alim daha sonra Azərbaycan ədəbiyyatında 1990-cı il 20 yanvar hadisələrinin bədii təsvirini verən əsərlərdən,  xalqımızın mübarizə əzmini, qətiyyətini göstərən bədii nümunələrdən söhbət açmışdır. T.Kərimli həmin qətliamın xalqımızın mübarizə əzmini nəinki qırmadığını, əksnə onun müstəqillik uğrunda mücadiləsini daha gücləndirdiyini diqqətə çatdırıb. O, bu hadisələrin törədilməsində birbaşa iştirakı olan sovet imperiyası rəhbərlərinin iç üzünün açılmasında ulu öndər Heydər Əliyevin göstərdiyi qətiyyəti bir daha xatırladıb. Akademik çıxışının sonunda 20 yanvarın millətin qürur və şərəf tarixi olduğunu diqqətə çatdırmışdır.
         İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov öz çıxışında xalqımızın qəhramanlıq tarixindən söz açmışdır. O, bu tarixdə 20 yanvarın xüsusi yeri olduğunu bildirib.  P. Kərimov  Azərbaycan xalqının başına gələn bəlaların əksəriyyətinin ölkəmizin siyasi- coğrafi mövqeyi ilə bağlı olduğunu vurğulayıb. O, bu faciənin heç bir zaman unudulmayacağını, xalqın yaddaşında əbədi yaşayacağını bildirib. Əlyazmalar İnstitutunda xalqımızın keşməkeşli tarixi ilə bağlı çoxsaylı materialların olduğunu nəzərə çatdıran alim fikrini belə yekunlaşdırmışdır: “Hər bir xalq öz tarixi ilə böyük olur, əsas məsələ bu tarixi yaşatmaq və onu nəsildən-nəsilə ötürməkdir”.
        İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov çıxışında 20 yanvar hadisələri zamanı uşaq olduğunu, həmin faciə haqqında məlumatları əsasən şahidlərin dilindən eşitdiyini və kitablardan oxuduğunu bildirib. O, 20 yanvarı millətin istiqlal mübarizəsinin tarixində ən şərəfli səhifələrdən biri adlandırıb. Ə.Nəcəfov məhz bu hadisədən dərhal sonra ulu öndər Heydər Əliyevin Moskvada sovet imperiyasının rəhbərliyinə qarşı öz kəskin etirazını bildirməsini müstəqillik yolunda qətiyyətli addımlardan biri kimi qeyd edib.
       İnstitutun əməkdaşı, fil.ü.f.d. Əkrəm Bağırov 20 yanvar tarixinin hələ tam açılmadığını, bu sahədə ciddi tədqiqatlara ehtiyac olduğunu bildirib. O, tədbirdə 20 yanvara həsr etdiyi  “O gecə” şeirini oxumuşdur.

O gecə nə yaman ağır gecəydi,

Açılmaq bilmirdi səhərin gözü.

Qundaqda körpə də hey vurnuxurdu,

Bərələ qalmışdı şəhərin gözü.

 

Elə bil bu idi, dünyanın sonu,

Cəhənnəm açmışdı qapılarını.

Alov da var idi, od da, yanğın da,

Torpaq da udurdu şəhid qanını.

 

O gecə nə yaman ağır gecəydi,

Gözü yumulmadı bütöv millətin.

Tarix yazılırdı, canlı tarixi,

Şəhidlər qanıyla bəşəriyyətin.

 



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014