ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

25.01.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA NİZAMİ MURADOĞLUNUN “BABA OCAĞI” ROMANININ TƏQDİMATI OLUB

            BDU-nun klassik ədəbiyyat kafedrasının dosenti, filologiya üzrə elmlər doktoru Mətanət Saraclı romanı Nizami Muradoğlunun yaradıcılığının mühüm səhifəsi kimi qiymətləndirib. O, romanı Zori Balayanının “Ocaq” əsərinə layiqli cavab kimi dəyərləndirərək, burada son dövr hadisələrinin, Azərbaycan xalqının haqq işi uğrunda mübarizəsinin real təsvirinin verildiyini diqqətə çatdırıb. M.Saraclı romanın mərkəzində Əylis və əylislilərin dayandığını, həmin yerin isə kiçik Azərbaycan kimi təqdim edildiyini vurğulayıb. Alim daha sonra əsərdəki Daş obrazına diqqəti çəkib.
         AMEA-nın Folklor İnstitutunun şöbə müdiri, fil.ü. f.d. Ağaverdi Xəlilov çıxışında əsərin yazılma, ərsəyəgəlmə, müəllifin arxiv sənədləri ilə işləmə prosesindən danışıb. O, romanın milli tariximizin aktual problemlərinə həsr olunduğunu qeyd edib.
             Təhsil Problemləri İnstitutunun əməkdaşı, fil.ü.f.d. Adilə Nəzər əsərdə Azərbaycanın çoxəsrlik tarixinin ruhunun hiss olunduğunu deyib. O, müəllifin əsəri yazmazdan öncə mövzunu dərindən tədqiq etdiyini, heç bir detail diqqətdən kənar saxlamadığını  bildirib. A.Nəzər sonda bu kitabın hər bir azərbaycanlının stolüstü kitabı olmasını arzuladığını bildirib.
               Filoloq İsmayıl Həkimli Nizami Muradoğlunu çoxşaxəli yazıçı kimi qiymətləndirib. Bu romanın onun daha bir yazıçı üstünlüyünü üzə çıxardığını qeyd edib.
                Əsəri birnəfəsə oxuduğunu deyən şair İltimat İsmayıl real həyatın tarixi zəmində əks olunmasını onun əsas məziyyəti kimi dəyərləndirib.
               Qənimət Səfərli öz oxucu təəssüratını bölüşərək ziyalılığın milli tarixdən keçdiyini vurğulayıb. İ.İsmayıl “Baba ocağı” romanının taleyüklü məsələləri ehtiva etdiyinə görə ədəbiyyatımızın uğurlu nümunəsi kimi yaşayacağını qeyd edib.
             Cavid ədəbi məclisinin sədri Kəmaləddin Qədim öz həmkarının hərtərəfli yazıçı olduğunu deyib.
             N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı, fil.ü.e.d., professor Kamil Allahyarov əsəri Azərbaycanın müasir tarixinin bədii  obrazı adlandırıb.
            İctimai TV-nin nümayəndəsi Kamil Məhərrəmoğlu əsəri sevə-sevə oxuduğunu, müəllifi isə bir şair, dramatiurq, yazıçı  kimi daha fərqli yönlərdən tanıdığını deyib.
          Nizami adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, fil.ü.e.d, professor Asif Rüstəml Ədıəbiyyat və Əlyazmalar İnstitutlarının əməkdaşlarının bir yerə toplanmasını yüksək qiymətləndirib. O, əsərin folklor və əlyazmalar qaynaqğına söykəndiyini, onun tarixi-sənədli roman olduğunu qeyd edib.   



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014