ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.02.2017

“AZƏRBAYCAN MUĞAMI MİNİATÜRLƏRDƏ” ADLI KİTABIN TƏQDİMAT MƏRASİMİ KEÇİRİLİB

Tədbiri açan MEK-in Beynəlxalq və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü belə təqdimatların artıq ənənə halı aldığını və elmi ictimaiyyətin  böyük marağına səbəb olduğunu bildirdi. O, qeyd etdi ki, təqdimatların keçirilməsi, onların media vasitəsilə ictimaiyyətə çatdırılması kitab mütaliəsinə sahəsinə daha çox insanın diqqətini cəlb etmək məqsədi güdür. M.Göyüşlü AMEA  M.Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, qocaman rəssam Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə” adlı kitabının milli musiqimizin dünyaya tanıdılmasında əhəmiyyətli rol oynaya biləcəyini vurğuladı.
         MEK-in Kitabxana-Xidmət şöbəsinin müdiri Aygün Səfərova kitabxananın fondlarına daxil edilən kitabların bütün sahələr üzrə olduğunu və Azərbaycanla bağlı önəmli məlumatlara həssaslıqla yanaşıldığını, onların MRY bazasına əlavə edildiyini bildirdi. A.Səfərova ölkəmizdə muğama göstərilən qayğını, xalqın mənəvi irsinin gələcək nəsillərə ötürülməsində görülən işləri vurğuladı. O, bu səbəbdən “Azərbaycan muğamı miniatürlərdə” kitabının da MRY-yə daxil edildiyini diqqətə çatdırdı. Daha sonra təqdimatçı sözügedən kitabın MEK-də rəsmi işləmlərini elektron lövhədə təqdim etdi.
          Daha sonar kitabın müəllifi, tanınmış rəssam Fəxrəddin Əli kitabın kitabın necə ərsəyə gəlməsindən, muğamın keçdiyi uzun tarixi yoldan danışdı. O, Azərbaycan muğamlarının islam mədəniyyətinin məhsulu olması fikrini təkzib edərək, onların kökünün daha dərinlərə - Babil-şumer mədəniyyətinə gedib çıxdığını vurğuladı. O, kitabın mahiyyətinin muğamın dərinliklərinə enərək onu hiss etməklə, göz önündə canlandırmaq olduğunu bildirdi.
        Rəssam kitabın çapına AMEA rəhbərliyinin, xüsusilə akademiyanın prezidenti, akademik Akif Əlizadənin xüsusi qayğı ilə yanaşdığını diqqətə çatdırdı. Mərkəzi Elmi Kitabxananın direktoruna və əməkdaşlarına yüksək səviyyədə təqdimat təşkil etdiklərinə görə minnətdarlığını bildirən F.Əli Şəhriyar, Xaqani, Əliağa Vahidlə bağlı kitablarını da MEK-ə hədiyyə edəcəyini qeyd etdi. O, hal hazırda Nizami Gəncəvi haqqında kitab üzərində işlədiyini və artıq əsərin xeyli hissəsini tamamladığını bildirdi.
         Türkiyənin Qars Unversitetinin professoru, kitabın məsul redaktoru Rafiq İmrani çıxışında kitabı çap etməkdə məqsədin muğamı sadə və görünən formada insanlara çatdırmaq olduğunu qeyd etdi. Professor hazırda “Türk Dünyası Aşıq Sənəti ensiklopesiyası” və iki cildlik “Muğam ensiklopediyası” üzərində çalışdığını, onları bitirdikdən sonra MEK-ə hədiyyə edəcəyini dedi.
AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru Leyla İmanova MEK-də Azərbaycanın təbliğinə xidmət edən çoxsaylı işlər görüldüyünü qeyd etdi. MEK-in Milli Rəqəmsal Yaddaş (MRY) bazası haqqında məlumat verən direktor qeyd etdi ki, məqsəd Azərbaycanın qədim mədəniyyətinin, tarixinin bəşəriyyətin inkişafına verdiyi töhfələr barədə Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda mövcud olan bütün məlumatları toplamaq, sistemləşdirmək, rəqəmsallaşdırmaq, elektron kataloqa salmaq, arxivləşdirmək, yerli və dünya oxucusunun, tədqiqatçılarının istifadəsinə verməkdir.
         Digər çıxışcılar – əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Teyyub Aslanov, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri Sevil Fərhadova, A.Zeynallı adına Musiqi Kollecinin müəllimi Məhərrəm Dövlətov MEK-in kitabları təbliğ etmək sahəsində gördüyü işləri yüksək qiymətləndirdilər. Onlar sözügedən kitabın ciddi mədəniyyət faktı olduğunu dilə gətirdilər.
Daha sonra tədbir xalq artisti Mənsum İbrahimovun tələbələrinin, o cümlədən MEK əməkdaşı Səddam Əliyevin muğam ifaları ilə davam etdi.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014