ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.02.2017

“ABBASQULU AĞA BAKIXANOVUN ŞƏXSİ ARXİVİNİN TƏSVİRİ” KİTABI TƏQDİM OLUNDU

Tədbiri giriş sözü ilə açan institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Abbasqulu ağa Bakıxanovun elmi, ədəbi-bədii irsinin Azərbaycan xalqının əvəzsiz  sərvəti olduğunu bildirdi. O, böyük maarifçi alimin yaradıcılığının tədqiqi tarixinə qısa ekskurs edərək, hələ də bu sahədə ciddi boşluqlar olduğunu qeyd etdi. “A.Bakıxanovun irsinə gələcəkdə də dönə-dönə müraciət ediləcək, onun haqqında yeni-yeni tədqiqat əsərləri yazılacaq. İ.Vəzirovanın hazırladığı kitab bu mənada tədqiqatçılar üçün yaxşı bir mənbə olacaq”, - deyə P.Kərimov fikrini yekunlaşdırdı.
         Kitabın redaktoru fil.ü. f.d. Əkrəm Bağırov əsəri redaktə edərkən sanki həmin dövrə qayıtdığını, Abbasqulu ağa Bakıxanovla təmasda olan insanlar arasına düşdüyünü qeyd etdi: “Təsvirlər  o qədər canlıdır ki, tariximizin bütöv bir mərhələsini gözümüzün qarşısında canlandırır”.
       Kitabın müəllifi İradə Vəzirova əsər üzərində iş prosesindən ətraflı danışdı.  O, kitabı hazırlayarkən yüzlərlə sənədi araşdırdığını və onların bir çoxunu ruscadan tərcümə etdiyini vurğuladı.
         Daha sonra Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi işçisi, A.A.Bakıxanov mükafatı laureatı Gülzar İbrahimova, Kitabxana və elmi informasiya şöbəsinin müdiri Qutiyera Cəfərova, tarix elmləri doktoru Tahirə Həsənzadə, elmi katib Əzizağa Nəcəfzadə çıxış etmişlər. Ə.Nəcəfzadə A.Bakıxanovun Məkkə ziyarəti ilə bağlı tarixi hadisələrdən bəhs etmişdir. Sonda bütün tədbir iştirakçıları müəllifə yeni yaradıcılıq uğurları arzulamışlar.    



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014