ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

24.02.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ELMİ SESSİYA KEÇİRİLİB

Sonra söz alan fil.ü.e.d., Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri Kamandar Şərifov həmin faciənin heç vaxt yaddaşlardan silinməyəcəyini deyib. O, 25 il bundan əvvəl fevralın 25-dən 26-na keçən gecə 366-cı alayın dəstəyi ilə Xocalıya hücum edən erməni faşistlərinin mindən artıq insanı qətlə yetirdiyini, qocaya, körpəyə rəhm etmədiyini  qeyd edib. Alim bildirib ki, bu faciə XX əsr bəşər tarixinin ən qanlı səhifələrindən biridir. K.Şərifov daha sonra Ümimummili lider H.Əliyevin  gəlişi ilə bu cinayətə siyasi qiymət verildiyini xatırladıb.
             İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov çıxışında Xocalıda baş verənlərin birmənalı şəkildə soyqırım olduğunu qeyd edib. Ə.Nəcəfov beynəlxalq aləmin bu gün də Xocalı faciəsinə ikili standartdan yanaşdığını bildirib. Ə.Nəcəfov Azərbaycan dövlətinin uğurlu xarici siyasəti nəticəsində bu gün dünyanın bir çox ölkələrində Xocalı faciəsinin qeyd edildiyini diqqətə çatdırsa da, hələ bu sahədə bir çox işlərin görülməsinin vacibliyini qeyd edib.
             İnstitutun elmi işçisi Şöhrət Səlimbəyli Xocalı hadisələrinin günahkarlarının beynəlxalq məhkəməyə verilməsinin vacib olduğunu bildirib. O, çıxışında Xocali hadisələrinin baş vermə səbəblərinə, buraxılan səhvlərə toxunub. Qanlı hadisələrdən nəticə çıxarılmasının vacibliyini  bildirən Ş.Səlimbəyli xalqı dövlətçiliyimiz ətrafında sıx birliyə, həmrəyliyə çağırıb.
            Sonra məruzələr ətrafında çıxışlar olub. Fil.ü.e.d. Tahirə Həsənzadə, fil.ü.f.d. Yusif Günaydın, elmi işçilər Mircəfər Seyidov və Sonaxanım Hadiyeva Xocalı faciəsinin heç vaxt yaddaşlardan silinməyəcəyini, onun unudulmaması üçün gənclərlə iş aparılmasının vacibliyini qeyd ediblər.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014