ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.03.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA ELMİ ŞURANIN İCLASI KEÇİRİLMİŞDİR

İclasın gündəliyində duran birinci məsələ 2016-2017-ci il tədris ilində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun fəlsəfə doktoru  hazırlığı üzrə əyani doktoranturaya qəbul olmuş doktorantların dissertasiya mövzuları və elmi rəhbərləri təsdiq olmuşdur. Mövzuyla bağlı İnstitutun təhsil şöbəsinin müdiri Kərimulla Məmmədzadə çıxış etmişdir.
Sonra İnstitutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov 28 fevral-2 mart tarixlərində Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərinə ezamiyyəti barədə hesabat vermişdir. Qeyd edək ki, ECO təşkilatının burada keçirilən yığıncağında P.Kərimov elm nominasiyası üzrə mukafata layiq görülmüşdür.
İnstitutun Beynəlxalq əlaqələr üzrə aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov da 23-24 fevral tarixlərində Bolqarıstanın Sofiya şəhərində keçirilən elmi konfransda iştirakı barədə hesabat məruzəsi ilə çıxış etmişdir.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, professor Kamandar Şərifov görkəmli pedaqoq, alim və kitabşünas Əbdülqəni Əfəndi Xalisəqarızadənin 200 illik yubileyi ilə əlaqədar elmi sessiyanın keçirilməsi barədə təkliflə çıxış etmişdir. Müzakirələrdən sonra sessiyanın payızda keçirilməsi qərara alınmışdır.
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Sevinc Bayramovanın Əhməd bin Həsənin “Şərh əş-Şafiyə” əsərinin Bakı əlyazmaları” mövzusunda məqaləsinin çapa tövsiyə edilməsi barədə institutun elmi katibi fil.ü.f.d. Əzizağa Nəcəfov məlumat vermişdir. Mövzunun aktuallığını nəzərə alan Elmi Şura məsələyə müsbət münasibət bildirmişdir.
İnstitutun sabiq əməkdaşı Müzafəddin Əzizovun tərcümə etdiyi “Məhəmməd ibn Mahmud Şirvaninin “Rövzətül-itr” kitabının nəşri məsələsi müzakirə edilmişdir. İnstitutun elmi işlər üzrə direktor müvini, fil.ü.e.d. Paşa Kərimov kitab barədə məlumat verərək onun çapının zəruri olduğunu vurğulamışdır. Elmi Şura çapla bağlı qərar qəbul etmişdir.  
İclasın sonunda “Elm” qəzetində 27.01.2017-ci il tarixində getmiş elana əsasən Farsdilli əlyazmaların tədqiqi şöbəsinin və Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri vəzifələrini tutmaq üçün namizədlər irəli sürülmüşdür. Gizli səsvermə nəticəsində fil.ü.e.d. Nəsib Göyüşov Farsdilli əlyazmaların tədqiqi şöbəsinin, fil.ü.e.d. Nailə Səmədova isə Şəxsi arxivlərin tədqiqi şöbəsinin müdiri vəzifələrinə seçilmişlər.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

"Filologiya məsələləri" jurnalı

www.filologiyameseleleri.net

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014