ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

14.03.2017

İSLAM HƏMRƏYLİYİ İLİNƏ TÖHFƏ

Təqdimat mərasimini Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunuin direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva Kəngərli açaraq Tahirə Həsənzadənin geniş elmi fəaliyyətindən və onun tərcümə etdiyi kitabın məziyyətlərindən danışmışdır.  O, Fərhad Mirzənin “Səfərnamə” əsərinin XIX əsr Azərbaycan tarixinin öyrənilməsində xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. A.Əliyeva Kəngərli əsəri təkcə yol qeydləri kimi deyil, həm də dövrün ictimai-siyasi vəziyyətini özündə əks etdirən ciddi mənbə kimi dəyərləndirmişdir. O, “Səfərnamə”nin çapını islam həmrəyliyinə töhfə adlandırmışdır.
Kitabla bağlı Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix ü.e.d., professor  Fərid Ələkbərli, Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fil.ü.e.d.dosent Əli Əliyev məruzə etmişlər. Onlar kitabın Osmanlı dövləti ilə Rusiya arasında müharibə ərəfəsində qələmə alınmasının hər iki dövlətin o zamankı social-iqtisadi, hərbi-siyasi vəziyyətinin araşdırılmasında, Qacarlar dövlətinin həmin dövrdə tarixi yerinin müəyyənləşməsində mühüm mənbə olduğunu qeyd etmişlər. 
Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Möhsün Nağısoylu, Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, fil.ü.e.d., professor Azadə Musayeva, Əlyazmalar İnstitutunun elmi katibi, fil.ü.e.d. Əzizağa Nəcəfov, fil.ü.e.d. Nailə Səmədova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və onun metodikası kafedrasının müəllimləri,Sevinc Qasımova, Mətanət Məmmədova, etnoqraf alim Esmira Cavadova, Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, fil.ü.f.d. Əkrəm Bağırov öz çıxışlarında əsərin farscadan dilimizə çevrilməsinin Azərbaycan tarixşünaslığı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirmişlər. Kitabda Azərbaycana aid yer adlarının bəzilərinin izahının verilməsinin, milli adət-ənələrin geniş təsvirinin etnoqraf və dilçilərimiz üçün əhəmiyyətli olduğu vurğulamışlar.
Sonda çıxış edən əsərin tərcüməçisi və tərtibçisi Tahirə Həsənzadə kitab üzərindəki iş prosesindən və əsərin tarix elmimiz üçün faydasından danışmışdır.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014