ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

28.03.2017

GÖRKƏMLİ ALIM, DƏYƏRLİ ZİYALI

Bu elm fədaisi 50 ilə yaxındır ki, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çalışır. Onun yarıməsrlik ardıcıl zəhməti və səyləri ilə elmi fikir tariximizin hüdudları nəzərəçarpacaq tərzdə genişlənib. Uzun illər ərzində bu zərif xanım fədakarcasına çalışmış, arxivləri açıb, tariximizin qaranlıq məqamlarına işıq salmış, aldığı simvolik əmək haqqı müqabilində şöhrətə uymadan, heç kimdən mükafat ummadan gözlərinin nurunu, zəkasının işığını kağıza köçürməkdən usanmayıb, çağdaş elmimizə dəyərli töhfələr verib.
Bu bəstəboy, ağbirçək, siması daxili-mənəvi dünyasına xas olan insanlıq nuruna bürünmüş xanıma ilk dəfə gördüyüm andan ürəyimdə dərin bir ehtiram, səmimi rəğbət oyandı. Sanki çoxdan tanıdığım, tədqiqatçılıq qabiliyyətinə, ən başlıcası insanlıq məziyyətləri ilə qəlbimə mərhəm olan, yaxın, hətta doğma bir insanı görürdüm. Tahirə xanımın varlığı ətrafı müsbət insani energetika ilə hərarətləndirir, nurlu simasından səmimi təbəssüm heç vaxt əskik olmur. Ona görə hamı bu böyük ürək sahibi ilə ünsiyyətə can atır, onu gendən belə görəndə qəlbən sevinir. Bəli, zaman ötdükcə əmin oldum ki, Tahirə xanım institutun bütün kollektivinin dərin hörmət bəslədiyi, böyükdən kiçiyə, rəhbərlikdən tutmuş gənc dissertanta qədər hamının ehtiramla yanaşdığı Azərbaycan ziyalısıdır. Yaxşı məlumdur ki, hörmət insanı öz-özünə gəlib tapmır, hər bir kəs onu gündəlik, ardıcıl, təmənnasız zəhməti ilə, həmkarlarına səmimi münasibəti ilə, qayğıkeşliyi, düzlüyü və saflığı ilə qazanır. Tahirə xanım Həsənzadə belə hörmət, izzət sahiblərindəndir, həmişə adı ehtiramla çəkilən həmkarımızdır. O daima hamıya kömək əli uzatmağa hazırdır, həmkarların qayğılarını bölüşməyə amadədir, hətta öz qayğısı bəzən başından aşsa da, bunu heç kimə bildirməyərək, insanlara həssaslıqla yanaşmağı bacaran, həmkarlarını sona qədər dinləmək mədəniyyətinə malik olan xanımdır.
Tahirə xanımın bioqrafiyasının əsas mərhələlərini nəzərdən keçirirəm... Onun tarix elmimizə gətirdiyi, dəyəri zaman ötdükcə daha da artan tədqiqatlar müəllifi olduğunu xüsusi qeyd edirəm. Əminəm ki, onun sanballı elmi monoqrafiyalarından, çoxsaylı tərcümələrindən, elmi-publisistik əsərlərindən alimlərimizin gələcək gənc nəsli də yetərincə bəhrələnəcək. Bu əsərlər sırasında “Marağalı Məhəmmədhəsən xan Etimadüssəltənənin əsərlərində Azərbaycan tarixi məsələləri”, “XVIII-XIX əsrlərdə İranda yaşamış azərbaycanlı ictimai-siyasi xadimlər”, “Qacarlar dövrünün titulları”, “XVIII-XIX əsrlər Əfşarlar və Qacarlar dövrünün görkəmli Azərbaycan türkləri” monoqrafiyalarını göstərə bilərəm. Orta əsrlər Şərq fəlsəfi fikrinin ən parlaq simalarından olan Mövlanə Cəlaləddin Ruminin alimlər haqqındakı bir fikri yada düşür: Həzrət Mövlənanənin qənaətincə alimlər iki qismdir: alim var, elmin hafizidir, alim var elmin sevdalısıdır.
Zənnimcə, Tahirə xanım bu keyfiyyətlərin hər ikisini özündə cəmləşdirə bilib! O elmin hafizidir, çünki tarix elmimizi ardıcıl olaraq araşdırır, qoruyur, estafet kimi gənc nəsillərə ötürür. Tahirə xanım həm də elmin sevdalısıdır. O, gündəlik elmi araşdırmalar aparmaqdan yorulub usanmır, bu işdən zövq alır, tədqiqat prosesində olmaq onun həyat tərzidir. Ona görə yaşının bu çağında da fanatikcəsinə öz peşəsinə, işinə bağlıdır, elmi ictimaiyyətimizdə görkəmli alim, dəyərli ziyalı, həssas ürəkli insan adını ləyaqətlə daşıyan şəxsiyyətlərdəndir.
Tahirə xanım illər uzunu müasir Azərbaycan elmini, onun zəngin, çoxəsrlik ənənələrini bir çox beynəlxalq elmi forumlarda layiqincə təmsil edib, bu proses bu gün də uğurla davam edir. Çox sevindirici haldır ki, şərəfli həyat yolu, elmi bioqrafiyası hamıya nümunə ola biləcək Tahirə Həsənzadə zəkasının əqli-intellektual resursları zaman ötdükcə nəinki tükənmir, əksinə, illərin təcrübəsinə söykənərək daha dəyərli, daha məhsuldar olur. Tahirə xanımın qələminə məxsus yeni-yeni sanballı elmi əsərlər buna yaxşı dəlalət edir.
Əzizimiz Tahirə xanım!
Bu yubiley ilində, sizə möhkəm can sağlığı ilə yanaşı, elmi fəaliyyətinizdə yeni, daha böyük uğurlar diləyirəm!
                                                 Yusif Günaydın
                                                 AMEA Əlyazmalar Institunun əməkdaşı



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014