ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.05.2017

İSLAM HƏMRƏYLİYİ İLİNƏ TÖHFƏ

Azərbaycanda da bütün zamanlarda bu böyük sənətkara xüsusi məhəbbət və rəğbətlə yanaşılmış, onun irsi öyrənilmiş, şeirlərinə nəzirələr yazılmışdır. Yeri gəlmişkən qeyd edək ki, şairin əsərlərini ilk dəfə toplayıb divan şəklinə salan da orta çağ Azərbaycan şairi Şah Qasım Ənvər (1494-cü ildə vəfat etmişdir) olmuşdur.
XX əsrdə Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi kimi nəhəng söz ustalarımız onun yaradıcılığından bəzi poetik nümunələri dilimizə çevirmişlər. Ancaq Hafiz Şirazi Azərbaycanda nə qədər sevilsə də, onun əsərləri küll halında indiyədək dilimizə çevrilməmişdir. Fikrimizcə, bunun əsas səbəbi Hafiz şeirinin poetik ruhunun, bədii siqlətinin tərcümədə saxlanmasının mütərcimlər üçün çətin olmasıdır. Şairin əsərlərinin tərcüməsi ilə ilk dəfə ciddi şəkildə tanınmış şərqşünas alim Əbülfəzl Hüseyni Həsrət məşğul olub. O, şairin 117 qəzəlini, bəzi saqinamələrini, qitələrini, rübailərini, bir məsnəvisini və bir çox şah beytlərini dilimizə çevirmişdir.
Ancaq onu qeyd etməliyik ki, Hafiz ilk növbədə qəzəl şairidir. Bu qəzəllər onu dünyada tanıdıb, ona “lisan ül-qeyb” təxəllüsü qazandırıb. Onların sayını dəqiqləşdirmək mümkün olmasa da, Seyid Əbdürrəhman Xəlxalinin hazırladığı “Divane-Xacə Hafiz Şirazi” (Tehran 1928) adlı tənqidi mətndə onların sayı 496, Hüseyn Pəjmanın “Divane-Xacə Şəmsəddin Məhəmməd Hafez Şirazi” (Tehran 1939) kitabında isə 581 göstərilmişdir. Bəziləri bu rəqəmi hətta minə çatdırırlar.       
Fikrimizcə, bu kitab Azərbaycan Respublikasında Hafiz yaradıcılığı ilə bağlı boşluğu müəyyən qədər dolduracaq. Kitabı AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru İbrahim Quliyev çapa hazırlamışdır. Nəşrin üstünlüyü ondan ibarətdir ki, burada hər bir qəzəlin sonunda farsca-ərəbcə sözlərin lüğəti verilmiş, geniş şərh yazılmışdır. Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva kitaba rəy vermişdir. Kitabın elmi redaktoru, fil.ü.e.d., professor Rafiq Novruzovdur.
Kitab Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərancamı ilə elan olunmuş İslam Həmrəyliyi ilinə töhfə olaraq nəşr edilmişdir.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014