ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

10.05.2017

ƏLYAZMALAR İNSTİTUTUNDA ÜMUMMİLLİ LİDERİN XATİRƏSİ ANILMIŞDIR

O, Ulu Öndərin dövlətçilik təcrübəsinin öyrənilməsinin və təbliğinin bu gün qarşıda duran əsas vəzifə olduğunu bildirmiş və bu sahədə görülən işlər barədə qısa məlumat vermişdir. O, təkcə ötən bir il ərzində Ümummilli Liderə 2500-dən artıq kitab həsr edildiyini diqqətə çatdırmışdır. A.Əliyeva-Kəngərli demişdir: “Sevindirici haldır ki,  dahi şəxsiyyətin dövlətçilik təcrübəsinin öyrənilməsi üçün indi Heydər Əliyev məktəbləri yaradılır,  artıq ilk belə bir addım Dövlət İdarəçilik Akademiyasında atılmışdır.  Hazırda Mədəniyyət və İncəsənət Universitetində də belə bir məktəb yaradılmaqdadır”.
İnstitutun elmi işlər üzrə direktor müavini,  fil.ü.e.d. Paşa Kərimov Heydər Əliyevin həqiqi Milli Lider olduğunu vurğulamışdır. O,  tarix də öz millətini bəla və fəlakətlərdən qoruyan,  onu azadlığına qovuşduran şəxsiyyətlərin olduğunu bildirmiş və buna missal olaraq, Şah İsmayılın adını çəkmişdir. O,  Heydər Əliyevin həmin tarixi liderlik ənənəsini öz şəxsiyyəti ilə mükəmməlləşdirdiyini, kamilləşdirdiyini bildirmişdir.
P.Kərimov Ümummilli Liderin diplomatic fəaliyyətinə nümunə kimi onun qonşu dövlətlərlə - İranla,  Gürcüstanla münasibətləri tənzimləməsini missal göstərmişdir. O,  Ulu Öndər hakimiyyətə gələnə kimi İranla Azərbaycan Pespublikası arasında vəziyyətin gərgin olduğunu,  Xəzərin statusunun müəyyənləşməsinin ciddi konfliktlərlə izləndiyini bildirmişdir:  “Heydər Əliyev bu məsələyə müdaxilə edəndən problemlər aradan qalxmışdır”.
P.Kərimov Ümummillilider Heydər Əliyevin fəaliyyətinin bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamişdir.
İnstitutun elmi katibi, fil.ü.f.d. Əzizağa Nəcəfov öz çıxışında Heydər Əliyevi üç prizmadan xarakterizə etmişdir. O, Ulu Öndərin ilahi vergiyə malik bir insan olmaqla bərabər, daim özünü tərbiyə ilə məşğul olduğunu qeyd etmişdir. Ə.Nəcəfov Ulu Öndərlə xalq arasındakı sevginin qarışılıqlı əsaslara malik olduğunu bildirmiş və bu sevginin onu yeni-yeni qələbələrə ruhlandırdığını vurğulamışdir.
Sonda çıxış edən Təhsil şöbəsinin müdiri Kərimulla Məmmədov gənclərin Heydər Əliyev irsinə müraciət etməsinin günün zərurəti olduğunu bildirmişdir: “Əgər biz dövlətimizin daha da qüdrətlənməsini istəyiriksə, Ulu Öndərin irsini daha dərindən öyrənməli, onun xalq, vətən sevgisini qəlbimizdə yaşatmalıyıq”.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014