ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

07.12.2017

ƏLYAZMALAR İNSTİTUTU HESABAT VERDİ

Tədbiri giriş sözü ilə institutun elmi işlər ürə direktor müavini, fil.ü.e.d. Aybəniz Əliyeva -Kəngərli açaraq, 2017-ci ilin Əlyazmalar İnstitutu üçün əlamətdar və məhsuldar olduğunu bildirmişdir. O, bir il ərzində institutun bir neçə əməkdaşının elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yazdıqlrı  işləri uğurla müdafiə etdiklərini və artıq diplom aldıqlarını diqqətə çatdırmışdır. A.Əliyeva-Kəngərli Azərbaycan Respublikası Prezidentinin qərar və sərəncamlarından irəli gələn vəzifələrin insititutda müvəffəqiyyətlə yerinə yetirildiyini qeyd etmişdir. O, insititun beynəlxalq əlaqələrinin miqyasının bir il ərzində daha da genişləndiyini, bir sıra ölkələrin nüfuzlu elmi təşkilatları ilə müqavilələr imzalandığını  vurğulamışdır.
Sonra söz insititutun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimova verilmişdir. O, insititutda 2017-ci ildə görülən işlər barədə geniş hesabatla çıxış etmişdir. P.Kərimov  ilk növbədə Azərbaycan Respublikası Prezidentinin qərar və sərəncamlarından irəli gələn vəzifələrin  insititutda  necə yerinə yetirilməsi barədə məlumat vermişdir. O, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi haqqında “ Prezident sərəncamına uyğun olaraq Əlyazmalar İnsititunda  “Azərbaycan Xalq Cümhuriyyəti -100” adlı biblioqrafik göstəricinin hazırlanması işinin davam etdiyini bildirmişdir. P.Kərimov daha sonra Azərbaycan Respublikasının Prezidentinin 10 yanvar 2017-ci il tarixli “2017-ci ilin Azərbaycan Respublikasında “İslam Həmrəyliyi” ili” elan edilməsi haqqında” , 12 yanar 2017-ci il tarixdə “Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında” , 24 yanvar 2017-ci il tarixdə “Xocalı soyqırımının iyirmi beşinci ildönümü haqqında” sərəncamlarına uyğun olaraq görülən işlərdən danışmışdır.
Direktor müavini həmçinin Dövlət Proqramlarının icrası ilə əlaqədar insititutun şöbə və labaratoriyalarında yerinə yetirilən işlər barədə məlumat vermişdir.    
Daha sonra hesabat ətrafında müzakirələr başlanmışdır. İnsititutun elmi katibi, fil.ü.f.d.  Əzizağa Nəcəfov,  şöbə müdiri fil.ü.e.d. Azadə Musabəyli, akademik Möhsün Nağısoylu çıxış edərək hesabatın  qənaətbəxş hesab edilməsini təklif etmişlər. Hesabat qəbul edilmişdir.
Elmi Şuranın yığıncağında həmçinin uzun illərdən bəri  Əlyazmalar İnstutunda çalışan t. ü.e.d. Tahirə Həsənzadənin , t.ü.f.d.  Esmira Cavadovanın, fil.ü.e.d. Nəsib Göyüşovun  yubileyləri qeyd edilmiş, hər üç əməkdaşın ünvanına təbriklər səslənmişdir. A.Əliyeva-Kəngərli  adıçəkilən yubiliyarların instutuun tarixində böyük əməkləri olduqlarını vurğulamışdır. Yubiliyarlara institutun Fəxri Fərmanı və müxtəlif hədiyyələr verilmişdir.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014