ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

24.04.2018

“AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS

O, bildirib ki, erməni millətçiləri zaqman-zaman tarixi situasiyadan istifadə edərək “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Belə soyqırımlarından biri də 100 il bundan əvvəl Azərbaycan xalqına qarşı törədilib. 1918-ci ilin mart-aprel aylarında Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin göstərişi ilə erməni daşnak silahlı dəstələri minlərlə insanı amansızlıqla məhv edib. Bakı şəhərində, digər şəhər və qəzalarda etnik və dini mənsubiyyətə görə qətllərlə yanaşı, tarixi, mədəni abidələrimiz, məscidlərimiz dağıdılıb. Ermənilərin xalqımıza qarşı törətdiyi bu cür faciələrin araşdırılması və dünyaya yayılması işi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başladılıb. 1998-ci il martın 26-da Ulu öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda 1918-ci il martın 31-də baş verənlər “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb. Prezident İlham Əliyevin 1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında Sərəncamından irəli gələn vəzifələrin yerinə yetirilməsi nəticəsində xalqımız, xüsusən gənclər tarixi gerçəklikləri daha dərindən öyrənə biliblər.
Akademik Teymur Kərimli isə deyib ki, XX əsrdə ermənilər tərəfindən azərbaycanlılara qarşı  dörd dəfə böyük soyqırımı aktı törədilib və deportasiya həyata keçirilib. Bunlar 1905-1907, 1917-1920, 1948-1953 və 1988-1994-cü illəri əhatə edir. Bu soyqırımı cinayətlərindən ən dəhşətlisi 1918-ci ildə törədilmiş 31 mart soyqırımıdır. Həmin gün Bakıda təkcə Bakıda 12 min, Şamaxıda 23 min, Zəngəzurda 10 mindən çox, Şərur-Sədərək bölgəsində 18 mindən çox, Dərələyəz bölgəsində 50 mindən çox türk-müsəlman ermənilər tərəfindən qətlə yetirilib. Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı aktları təhqiqat və istintaq materialları ilə hələ 1918-ci ildə tam sübuta yetirilib. Bu gün həmin sənədlər tam şəkildə ortaya qoyulur, ölkə və dünya ictimaiyyətinə çatdırılır. Azərbaycan Prezidentinin Sərəncamı bu proseslərə böyük təkan vermişdir.
Sonra fil.ü.e.d.  professor Aybəniz Əliyeva Kəngərlinin “Erməni vandalizmi”, fil.ü.e.d., professor Paşa Kərimovun “1918-ci ilin mart hadisələri sənədlərtdə (Əlyazmalar İnstitunun materialları əsasında)”, fil.ü.e.d., professor Gülbəniz Babaxanlının “Erməni terroru, yaxud M.S.Ordubadinin “Vətən fəryadnaməsi”, fil.ü.e.d., professor Kamandar Şərifovun “Məhv edimiş kitabxana”, fil.ü.e.d. professor Nailə Səmədovanın   “Qanlı hadisələrin xatirələrdə əksi” , fil.ü.f.d.dosent Əzizağa Nəcəfovun  “Mirzə Ağadadaş Münirinin “Bahar ağlayışı” şeirində martsoyqırımı faktları” adlı məruzələri dinlənilmişdir.
Konfrans günün ikinci yarısında bölmələrdə davam etmişdir



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014