ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

21.05.2018

MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU

Tədbiri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, kitabın tərtibçilərindən biri, fil.ü.e.d. Paşa Kərimov açaraq Mirzə Baxış Nadim haqqında indiyə qədər aparılmış tədqiqatlar, onun əsərlərinin axtarışı, hazırki kitabın ərsəyə gəlməsi və s. barədə məlumat verdi. O, “Seçilmiş əsərləri”n Hacıqabul rayonunun Nəvahi kəndində əldə edilmiş 354 vərəqlik əlyazma əsasında meydana gəldiyini bildirdi. P.Kərimov əvvəlki dövrlərdə M.B.Nadimin cəmi yeddi-səkkiz satirik şeirinin bəlli olduğunu və bunların əsasında şair haqqında fikir yürüldüyünü  bəyan etdi. P.Kərimov bu kitab əsasında Nadimşünaslığın formalaşacağına, şairin həyat və yaradıcılığı barədə dissertasiyalar yazılacağına ümid etdiyini bildirdi.
        AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, kitabın digər tərtibçisi, fil.ü. e. d. Raqub Kərimov Mirzə Baxış Nadim irsinin axtarışı üçün ötən ilin isti yay günlərində xeyli əziyyət çəkdiklərini, bütün Hacıqabulu dolaşdıqlarını bildirdi. Şairin qəbrinin hələ də aşkarlanmadığını deyən R.Kərimov bunun üçün xüsusi komissiya yaradılmasının zəruriliyini diqqətə çatdırdı. R.Kərimov öz tədqiqatlarında şairin oğlu Fərzullah Nadim və onun əsərlərindən bəhs etdiyini də vurğuladı.
             AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, kitabın redaktoru, fil.ü.e.d. Zaman Əsgərli M.B.Nadimin irsinin toplanmasını və nəşrini xeyirxah bir əməl kimi qiymətləndirdi. Kitabın ədəbiyyat tariximizin öyrənilməsində böyük rolu olacağını bildirən alim M.B.Nadimin həyat və yaradıcılığının araşdırılması istiqamətində axtarışların davam etdirilməsinin zəruriliyini qeyd etdi.
          Hacıqabul nümayəndələri adından çıxış edən, fəal ictimaiyyətçi, ədəbiyyat və sənət vurğunu Mübariz Xəlilov şairin həyat və yaradıcılığı, dövrü və mühiti haqqında müfəssəl məlumat verdi, tədbir iştirakçılarını şairin nəvə-nəticələri və digər yaxın qohumları ilə tanış etdi.
            Daha sonra söz alan Hacıqabul Tarix və Diyarşünaslıq  Muzeyinin direktoru Məhəmməd İsayev, şair Əmrah Şirvanlı, Hacıqabul Mədəniyyət Mərkəzinin əməkdaşı Səadət Həsənova və digərləri M.B. Nadim irsinin toplanması, nəşri və tədbirin təşkilinə görə institutun rəhbərliyinə və bütün əməkdaşlara dərin minnətdarlıqlarını bildirdilər.
Tədbir bədii hissə ilə davam etdi.



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014