ru / en


"HEYDƏR ƏLİYEV İRSİ"
BEYNƏLXALQ ELEKTRON KİTABXANA

HEYDƏR ƏLİYEV FONDU

            Linklər
            www.president.az
            www.mehriban-aliyeva.az
            www.science.gov.az
            www.heb.science.gov.az

                      *
           www.azerbaijan.az
           www.az.apa.az
           azertag.az

Tariximizdən

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu (əvvəllər Respublika Əlyazmalar Fondu):

-1950-ci ildə Nizami adına Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsi əsasında orta əsrlər Şərq yazılı abidələrinin toplanması, sistemləşdirilməsi, mühafizəsi və nəşri üzrə vahid bir mərkəz kimi yaradılmışdır;

-1981-ci ildə Heydər Əliyevin rəhbərlik etdiyi partiya və hökumətin o vaxtkı Respublika Əlyazmalar Fondunun fəaliyyətinin daha da yaxşılaşdırılması haqqında xüsusi Qərarı ilə müəssisənin bazası möhkəmləndirilmiş, maddi-texniki təchizatı yüksəldilmişdir;

-1982-ci ildən bu akademik orqan Bakının İstiqlaliyyət küçəsindəki ən gözəl binalarından birində yerləşdirilmişdir;

-SSRİ Nazirlər Sovetinin 28 oktyabr 1986-ci il tarixli 2162 №-li Sərəncamı, Azərbaycan SSR Nazirlər Sovetinin 11 noyabr 1986-ci il tarixli 398 №-li Qərarı və Azərbaycan SSR EA Rəyasət Heyətinin 4 dekabr 1986-cı il tarixli 22/3 №-li Qərarı ilə Respublika Əlyazmalar Fondunun bazasında Əlyazmalar İnstitutu təsis edilmişdir.

-1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev cənablarının Fərmanı ilə instituta dahi şair və mütəfəkkirimiz Məhəmməd Füzulinin adı verilmişdir.

- Hazırda AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu dünyanın ən zəngin əlyazma xəzinələrindən biridir, buradakı ərəb qrafikalı yazılı abidələr məzmunu və nadirliyi baxımından ən məşhur kitabxana və muzeylərin eksponatlarından heç də geri qalmır. Əlyazmalar İnstitutu orta əsr elmlərinin bütün sahələrinə aid Azərbaycan, türk, ərəb, fars və başqa dillərdə zəngin və nadir əlyazma kolleksiyasına malikdir.

Hazırda Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda 12 elmi-tədqiqat şöbəsi, 1 laboratoriya fəaliyyət göstərir.

            Saytın arxivi

                      *

29.06.2018

İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ

Hələ qədim zamanlardan iman bəşər həyatının və cəmiyyətin ayrılmaz bir parçası kimi çı¬xış etmişdir. Azərbaycan xalqının dini-fəlsəfi dünyagörüşündə yer tutmuş dini-mifoliji, dini-fəlsəfi təlimlər arasında  inanc və etiqadın izahı çeşidli yanaşmalarla və müxtəlif baxış bucaqları altında verilir. Buna görə də onun mahiyyəti və səbəbləri müxtəlif, hətta bir-birinə zidd olan şəkildə açıqlanır. Qədim filosoflar da bu məsələ üzərində düşünərək müxtəlif mülahizələr irəli sürmüşlər. Sokrata görə insan təbiətə aid məsələlərə qarışmamalıdır. Orada Allah hökmranlıq edir və təbiətin qanunlarını öyrənmək insanın işi deyildir. İnsanın əsas vəzifəsi özünü dərk etməkdir. Göründüyü kimi, hər bir dini təlimdə etiqad və iman prinsipal bir məsələ ola¬raq diqqət mər-kəzində dayanır. Müxtəlif inanclar və dinlər arasında ixtilaf və fərqlərin kökü eti¬qad məsələləri ilə bağlıdır. Elmlərin dini və dünyəvi olaraq iki qrupa  bölündüyü Orta  Əsrlərdə birincilər  nəqli, ikincilər isə əqli elmlər adlandırılırdı.  İlk dəfə “Elmlərin təsnifatı”nı elm aləminə təqdim edən Əbu Nəsr Əl-Fərabi Ət-Türki (870-950) elmləri beş fəslə ayirmış və dördüncü fəsli “Təbiət (fizika) elmi və onun bölmələri və ilahiyyat (metafizika) elmi və onun bölmələri adlandırmışdır”.
Qeyd etmək lazımdır ki, islam mədəniyyətinin bütün sahələri və komponentləri bu dinin yayıldığı ictimai-mədəni mühitə hakim olan etiqadla əlaqəli şəkildə təşəkkül tapmışdır. Ona görə həmin sahə və komponentlərin düzgün dərki etiqad məsələsinin mahiyyətinin düzgün izah və dərkindən asılıdır. Etiqadla bağlı məsələlərin həll edildiyi əsas elm sahəsi- elm¬lərin əsas təsnifatı sistemində daha çox Əqaid və Kəlamın ma¬raq çərçivəsinə daxil olur.  Ümumiyyətlə, əqaid islam ilahiyyatında xüsusi yer tut¬maq¬la VIII əsrdən formalaşmış, sonralar isə kəlam və fiqh elm¬lərinin inkişafı ilə təkamül yolu keçmişdir. İslamda kəlam məktəblərinin təşəkkül tapdığı IX-XI əsr¬lər¬də əqaid elmi də yeni bir mərhələyə qədəm qoyur. Azərbaycan Milli Elmlər Akademiyasının M.Füzuli adına Əlyazmalar İnsti¬tu¬tu¬nun xəzinəsində islam əqaidinə dair türk, ərəb və fars dillərində, ünvanlı və ün¬van¬sız yuzlərlə əlyazma var¬dır. Bu abidələrin arasında islamın məzhəbləri, eləcə də müx¬¬təlif təriqətlərin əqidə inancı ilə bağlı qiymətli əsərlər var¬dır. Müxtəlif tarixi dövrlərin məhsulu olan bu əsərlərin möv¬zusu birdir. Bu da ona dəlalət edir ki, əqaid islam düşüncə sisteminin əsas sütunu olaraq, bütün ta¬rixi dönəmlərdə diqqət mərkəzində olmuşdur. Xüsusilə, is¬lam cəmiyyətində bütün sosial iqtisadi və ictimai müna¬si¬bət¬lə¬rin tənzimlənməsi, şəriət və fiqh qanunlarının tərtibi əqaidlə sıx əlaqədə olmuşdur. Hətta ictimai davranış normalarının müəy¬yənləşməsində də əqaidi nəzərə almaq lazımdir. İslam mə¬dəniyyətinin bütün komponentləri, insanların fərdi və icti¬mai həyatını tənzimləyən norma və etiqaddan kənar deyil. Belə ki, insan əqi¬¬dəcə sağlam olarsa, onun rəftar və əməlləri də düz olar. 

                                                                 Zəkiyyə Əbilova
                                                                 İlahiyyat üzrə elmlər doktoru
 



ELANLAR

ƏLYAZMALAR İNSTİTUTUNUN SON 10 İLDƏKİ NAİLİYYƏTLƏRİ

ƏLYAZMALAR DÜNYA KİTABXANALARINDA
xəbərlər-yeniliklər

AVTOREFERATLAR

Əlyazmalar İnstitutunun jurnalları

www.manuscript.az

*
İradə Ələsgərova

AZƏRBAYCAN KİTABININ BƏDİİ VƏ TEXNİKİ TƏRTİBATI TARİXİ

 

187 min əlyazma oxucuların istifadəsinə veriləcək

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı ölkədaxili bütün əsərlərin əlyazma şəklinin təyin olunması və təsnifini həyata keçirəcək. Yalnız bundan sonra bütün əsərlərin əlyazma variantı internet porta-lından oxucuların istifadəsinə veriləcək.

ətraflı...

Əlyazmalar rəqəmsala keçir

Mədəniyyət və Turizm Nazirliyi Türkiyə Yazma Əsərlər Təşkilatı müxtəlif arxiv və kitabxanalarda olan əlyazmaların kataloqlaş-dırılması işinə başlayıb. Kataloq-laşdırma başa çatdıqdan sonra bütün əsərlərin əlyazma variantı internet vasitəsilə oxuculara çatdırılacaq. 

ətraflı...

Peterburqda qədim əlyazmalardan ibarət sərgi açılmışdır

2016-cı ilin 28 aprel tarixində Fələstin ictimai birliyinin sədri Sergey Stepaşin Rusiya Elmlər Akademiyasının Şərq Əlyazmaları İnstitutunda “Dinin beşiyi: Yaxın Şərqdə xristianlığın mövcudluğu” mövzusunda sərgi açmışdır.

ətraflı...

Yazılı abidələrin elektron kitabxanası yaradılır
© AMEA M.Füzuli adına Əlyazmalar İnstitutu-2014