Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

4.7.2014

Möhsün Nağısoylu AMEA-nın müxbir üzvü seçilib

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun kollektivi son günlər sevinc içindədir. 30 iyun 2014-cü il tarixində keçirilən AMEA-nın Həqiqi və Müxbir üzvü seçkillərində institutun iki namizədi öz layiqli yerini qazanmışdır. Teymur Kərimli AMEA-nın həqiqi üzvü, Möhsün Nağısoylu isə AMEA-nın müxbir üzvü seçilmişlər.
Nağısoylu Möhsün Zellabdin oğlu 1946-cı il sentyabrın 1-də Naxçıvan MR Şərur rayonunun Xok kəndində anadan olmuşdur. Orta təhsilini burada aldıqdan sonra 1963-cü ildə indiki BDU-nun şərqşünaslıq şöbəsinə daxil olmuş və 1971-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1972-ci ildən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda işləyir. 1976-1980-ci illərdə kiçik elmi işçi, 1981-1988-ci illərdə böyük elmi işçi, 1988-ci ildən bugünədək fars dili şöbəsinin müdiri vəzifəsində çalışır. M.Z.Nağısoylu 1979-cu ildə “XVI əsr Azərbaycan tərcümə əsəri “Şühədanamə” (paleoqrafiya, orfoqrafiya və tərcümə məsələləri)” mövzusunda namizədlik və 1994-cü ildə “XV-XVI əsrlər Azərbaycan tərcümə abidələri (tekstoloji tədqiqi və dil xüsusiyyətləri) mövzusunda doktorluq dissertasiyası müdafiə etmiş, 2012-ci ildə professor elmi adını almışdır.
M.Nağısoylu 33 kitab və monoqrafiyanın müəllifi, tərtibçisi və tərcüməçisidir. Onun “Orta əsrlərdə Azərbaycanda tərcümə sənəti” (Bakı, 2000), “(Füzulinin “Hədiqətüs-süəda” əsəri” (Bakı, 2002), “XVI əsr Azərbaycan tərcümə abidəsi “Şühədanamə” (Bakı, 2003), “Şirazinin “Gülşəni-raz” tərcüməsi” (Bakı, 2008),” “XVI əsr Azərbaycan tərcümə əsəri “Kəvamillüt-təbir” (Bakı, 2001), “Əhməd Təbrizi və “Əsrarnamə” tərcüməsi” (Bakı, 2012) kitabları milli Azərbaycan humanitar elminin inkişafında mühüm rol oynamış, elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilmişdir. M.Z.Nağısoylu Azərbaycan tərcümə tarixi problemlərinə və yazılı abidələrə dair 250-dən çox elmi və elmi-kütləvi məqalənin müəllifidir. Bir sıra Beynəlxalq elmi konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Məqalələri Tehran, Kabil, Sankt-Peterburq, İrəvan Qazan, Ankara, Konya şəhərlərində nəşr olunan elmi toplularda çapdan çıxmışdır.
Tərtibçisi olduğu “Nizami. İncilər” kitabı Türkiyədə,” Farsca əlyazmalar kataloqu” kitabı isə İranda nəşr olunmuşdur.
Abituriyentlər üçün “Azərbaycan dili” (1999), “Ədəbiyyat” (2000), “Azərbaycan dili və ədəbiyyat” (2003) dərs vəsaitlərinin də müəllifi, M.Füzulinin “Hədiqətüs-süəda” (1993), M.Nəsirinin “Lisanüt-teyr” (2000), “Şeyx Səfi təzkirəsi” (2006) əsərlərini tərtib və çap edənlərdən biridir.
Rəhbərlik etdiyi 6 dissertant namizədlik dissertasiyalarını müdafiə etmişdir.
Fars dilindən tərcümə etdiyi üç kitabı nəşr olunub: S.Bəlaği. “Quran qissələri”; Ə.Bəxşayişi. “Siddiqiye-Tahirə”; Şeyx Mahmud Şəbüstəri. “Gülşəni-raz”.
Azərbaycan MEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu nəzdində yaradılan birdəfəlik müdafiə şurasının üzvüdür.
1996-2002-ci illərdə Qafqaz Universitetində “Azərbaycan dili” və “Türk İslam ədəbiyyatı tarixi” fənlərini tədris etmişdir.
2005-2010-cu illərdə Sumqayıt Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının professoru olmuşdur.
Hazırda Bakı Slavyan Universitetində tərcümə tarixinə dair ixtisas fənnindən dərs deyir.
Əlyazmalar İnstitutunun kollektivi adından bir daha Möhsün Nağısoylunu ürəkdən təbrik edir, ona elmi fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.