Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 
20.10.2014

Əlyazmalar İnstitutunda Səudiyyə Ərəbistanından gələn nümayəndə heyəti ilə görüş keçirilib

Oktyabrın 20-də AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda Bakı Avrasiya Universitetinin dəvəti ilə Səudiyyə Ərəbistanından gələn mötəbər qonaqlar institutun rəhbərliyi ilə görüş keçirdi.
Görüşdə Səudiyyə Ərəbistanının Kral Abdullah adına Beynəlxalq Ərəb dilinə Xidmət Mərkəzinin müşaviri, doktor İbrahim əbə Nəmi və Şahzadə Naif adına Araşdırma və Məsləhət xidməti İnstitutunun direktor müavini, doktor Xalid əl-Xəran iştirak edirdilər.
Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d. Paşa Kərimov qonaqları salamlayaraq institutun tarixi, əsas fəaliyyət istiqaməti, ərəbdilli əlyazmaların tədqiqi sahəsində görülən işlər barədə məlumat verdi. O, M.Füzuli adına Əlyazmalar İnstitutunun ərəb ölkələri, xüsusilə də Səudiyyə Ərəbistanı ilə əməkdaşlıq istəyindən danışdı. İnstitutda ərəbdilli əlyazmaların tədqiqi ilə bağlı üç istiqamətdə: əlyazmaların toplanması və mühafizəsi, kataloqlaşdırılması, tədqiqi və nəşri yönümdə böyük işlər görüldüyünü dedi. İnstitutun əməkdaşlığa, qabaqcıl təcrübəni öyrənmək və əldə etdiyi nailiyyətləri bölüşməyə hazır olduğunu bildirdi.
Doktor İbrahim əbə Nəmi səmimi qonaqpərvərliyə görə təşəkkür etdi. Qonaq Bakıda belə bir mərkəzin olduğuna, eləcə də buradakı məsul şəxslərlə görüşündən məmnun olduğunu bildirdi.


M.Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin müdiri fil.ü.e.d. Kamandar Şərifov institutda ərəbdilli əlyazmaların 3 cildlik kataloqunun hazırlandığını qeyd etdi. Təkcə institutun fondunda deyil, eyni zamanda başqa ölkələrdə hazırlanan belə kataloqların da nəşr olunduğunu bildirdi. Ərəbdilli əsərlərin – dinşünaslıq, dilçilik, ədəbiyyatşünaslıq və başqa elm sahələrinə aid əlyazmaların müqayisəli tədqiqata cəlb edildiyini gələn qonaqların nəzərinə çatdırdı.
Doktor Xalid əl-Xəran bir institutda eyni dildə 12 min əlyazmanın saxlanmasının sevindirici olduğunu və bunun əməkdaşlıq üçün əsas verdiyini bildirdi.
Sonra qonaqlar institutun sərgi salonundakı qədim əlyazma nüsxələrinin surətləri, institutun fotolaboratoriyasının müdiri, ağac üzərində oyma ustası, tanınmış xəttat Seyfəddin Məmmədvəliyevin əl işləri və institutun rəssamı Fəxrəddin Əliyevin miniatür rəsmləri ilə yaxından tanış oldular. Görüşdən xatirə şəkilləri çəkildi.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.