Azərbaycan Milli Elmlər Akademiyası

Məhəmməd  Füzuli  adına
Əlyazmalar  İnstitutu

                                 
 
Klassiklər
 
Şəxsi arxivlər
 
Biblioqrafiyalar
     
Tərcümələr
 
Kataloqlar
   
Şəkillər
 
Video
 
                                 
   
  
Baş səhifə
   
Direktor
Elmi işlər üzrə direktor müavini
Ümumi işlər üzrə direktor müavini
Elmi katib
İnstitutun tarixi
Türkdilli əlyazmaların tədqiqi şöbəsi
Ərəbdilli əlyazmaların tədqiqi şöbəsi
Farsdilli əlyazmaların tədqiqi şöbəsi
Şəxsi arxivlərin tədqiqi şöbəsi
Biblioqrafiya və xidmət şöbəsi
Tərcümə və informasiya şöbəsi
Əlyazmaların kataloqlaşdırılması şöbəsi
Mətnlərin nəşrə hazırlanması şöbəsi
Əlyazmaların gigiyena və bərpası laboratoriyası
Əlyazma kitabları xəzinəsi
Şəxsi arxivlər xəzinəsi
Fotolaboratoriya
İnstitutun xəttatı
İnstitutun rəssamı
Kadrlar şöbəsi
Mühasibat şöbəsi
Ezamiyyələr
Yazı arxivi
Əlaqə
   
 
Linklər
 
 
 

20.10.2014

Aybəniz Əliyeva-Kəngərli Əlyazmalr İnstitutuna yeni elmi işlər üzrə direktor müavini təyin olundu

Filologiya üzrə elmlər doktoru, professor Aybəniz Əliyeva-Kəngərli AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun yeni elmi işlər üzrə direktor müavini təyin edildi.
Oktyabrın 20-də AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli, Humanitar və İctimai Elmlər Bölməsinin akademik-katibi, institutun direktoru, akademik Teymur Kərimli Aybəniz xanımı elmi şura üzvlərinə və kollektivə təqdim etdi.


Akademik İsa Həbibbəyli bildirdi ki, AMEA-nın Rəyasət Heyətinin 14 oktyabr 2014-cü il tarixli yığıncağında Akademiyanın struktur dəyişikliyi məsələsi müzakirə edilərkən Aybəniz Kəngərlinin öz xahişi ilə AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsindən azad edilməsi haqqında ərizəsinə baxılmış, həmin yığıncaqda onun Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutuna elmi işlər üzrə direktor müavini təyin edilməsi və institutda “Kitabşünaslıq və biblioqrafiya şöbəsi”nin yaradılması qərara alınmışdır. Bu, akademiya rəhbərliyinin, xüsusilə də akademiyanın prezidenti, hörmətli Akif Əlizadənin Əlyazmalar İnstitutuna göstərdiyi qayğının nəticəsidir. Akademiya rəhbərliyi Aybəniz xanımın uzun illər elmi və peşəkar fəaliyyətini yüksək qiymətləndirir, ona uğurlar diləyir.


İnstitutun direktoru, akademik Teymur Kərimli bu təyinatın elmimiz və Əlyazmalar İnstitutunun fəaliyyəti üçün xeyirli olacağını söyləmiş, Aybəniz xanımın istedadlı folklorçu və kitabşünas alim olduğunu bildirmişdir.
Fil.ü.e.d., professor Aybəniz Kəngərli hörmətli akademiklərə təşəkkürünü bildirərək ona göstərilən etimadı doğrultmaq üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

 
©  Məhəmməd  Füzuli  adına Əlyazmalar  İnstitutu.   2009-2014.